Məhkəmə qərarları › İş №3(032)-832/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-832/2025

12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-832/2025 12.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Qərardan şikayət vermiş X3, Qərarından şikayət verilən Şirvan şəhəri polis şöbəsinin DYPB-nin YPX-i inspektoru polis baş serjantı X2 iştirakı ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis şöbəsinin YPX-i tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X6 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis şöbəsinin YPX-i tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Polis şöbəsinin yol patrul xidməti tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibai tənbeh vermə haqqında qərar qəbul edilmiş və 100 manat məbləğində cərimə olunmuşdur. Qərarın qəbul edilməsinə səbəb guya onun xx.xx.2025-ci il tarixdə saat 02:03 tarixində “Opel Astra” minik markalı ** BX *** dövlət nömrə nişanlı avtomobillə svetoforun qırmızı işığının tələblərini pozmağı olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 02:00 radələrində şəhərin 1 May küçəsində hərəkətdə olarkən qardaşı X4 məxsus “VAZ 21154” minik markalı ** NA *** dövlət nömrə nişanlı avtomobilin yolun kənarında post patrul xidmətinin avtomobili ilə birlikdə dayandığını görmüşdür. Dərhal avtomobili saxlayaraq qardaşına yaxınlaşmışdır. Qardaşının yanına yaxınlaşdıqda post patrul xidmətinin əməkdaşları qardaşına təzyiq edirdi və öz avtomobillərinə əyləşdirmək istəyirdilər. Yaxınlaşıb özünü təqdim etdikdə polis əməkdaşları maneçilik törtməyə çalışdılar. Ona qarşı fiziki zor tətbiq etməyə başladılar. Sonra qardaşı ilə onu Şirvan şəhər polis şöbəsinə gətirdilər. Polisə müqavimət göstərməkdə ittiham edərək barələrində İXM-nin 535.1-ci maddəsinə əsasən protokol tərtib etdilər. Sonra Şirvan şəhər polis şöbəsinin yol patrul xidmətinin əməkdaşları gəlmiş və hər ikisi barəsində İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib etdilər. Yazılmış protokollara etiraz etdikdə Şirvan şəhər polis şöbəsində ona və qardaşına fiziki zor tətbiq etməyə və nalayiq ifadələrlə təhqir etməyə, daha ağır ittihamla barələrində cinayət işi açılacağı barədə hədə-qorxu gəlməyə başladılar. O və qardaşı təzyiqlərə davam gətirməyərək TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın aşağı hissəsində protokolla razı olduğunu, qırmızı işıqda keçdiyini qeyd edib imza etmişdir. xx.xx.2025-ci il tarixə polis şöbəsində saxladıqdan sonra barələrində İXM-nin 535-ci maddəsi ilə tərtib edilmiş protokolu baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərdilər. Şirvan şəhr Məhkəməsi tərəfindən iş materialları obyektiv, hərtərəfli araşdırıldıqdan sonra barəsində İXMnin 535-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. O, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarla razı deyil. Çünki onun svetoforun qırmızı işığından keçməsi ilə bağlı nə videogörüntü nə də ki, hal şahidləri vardır. Ümumiyyətlə onun svetoforun qırmızı işığından keçməyi heç bir sübutla sübut olunmur. Şirvan şəhər Polis şöbəsinin əməkdaşları öz qanunsuz əməllərinə don geyindirmək üçün həm onun, həm də qardaşının barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib etmiş və hər birini 100 manat məbləğində cərimə etmişdir. Necə ola bilər ki, 2 qardaş eyni vaxtda işıqforun işığında keçir, hər ikisi polisə müqavimət göstərirlər. Qeyd olunanlar xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın qanunsuz və əsassız olmasının birbaşa sübutudur. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən X1 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, Şirvan şəhər Polis şöbəsinin YPX-i tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında Şirvan şəhəri polis şöbəsinin DYPB-nin YPX-i inspektoru polis baş serjantı X5 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olan zaman Şirvan şəhər Polis şöbəsinin PPXB-nin əməkdaşları “Opel Astra” minik markalı ** BX *** dövlət nömrə nişanlı avtomobilinin işıqforun qırmızı işığında keçməsi barədə məlumat vermiş, həmin avtomobilə yaxınlaşaraq avtomobilin sürücü Təmraz Ağayevdən avtomobilinin işıqforun qırmızı işığında keçməsi etiraf etmişdir. Bu səbəbdən də barəsində protokol tərtib edilmiş, həçmin protokol əsasında şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin protokol tərtib edilərkən Təmraz Ağayev protokolla razı olduğunu və heç bir etirazının olmadığını bildirmiş və bu məzmunda qeydi protokola əlavə edərək imzalamışdır. Qeyd edilənlərə əsasən qərarı əsaslı hesab edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayət verən şəxs X3 şikayətini, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, X3 şikayəti təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Şirvan şəhəri polis şöbəsinin DYPB-nin YPX-i inspektoru polis baş serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 02:03-də “Opel Astra” markalı ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol tərtib edilmişdir. Qərarı onu tərtib edən şəxs və X6 tərəfindən imzalanmışdır. X6 “qırmızı işıqda keçmişəm, protokolla razıyam” qeydini yazaraq imzalamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. X1 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmişdir. X3 şikayətdə göstərdiyi xüsusatlar barəsində qəbul edilmiş Şirvan şəhər polis şöbəsinin DYPB-nin inzibati tənbeh vermə haqqında 26 iyul 2025-ci il tarixli TP seriyalı ******* nömrəli qərarının ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün də heç bir hal yoxdur. Bununla bağlı məhkəmə qeyd edir ki, şikayətçı X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixdə tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, qərar, tərtib edən şəxslə yanaşı X6 tərəfindən də imzalanmış və o protokolla razı olduğuna və işıqforun qırmızı işığında keçdiyinə dair qeydini qoymuşdur. Məhkəmə bunların hər birini şikayət verən şəxsin etirafedici davranışı kimi qiymətləndirir və hesab edir ki, şikayət verən şəxs X6 xx.xx.2025-ci tarixdə “Opel Astra” minik markalı ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini işıqforun qırmızı işığında avtomobili idarə etmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair həmin tarixdə Şirvan şəhəri Polis şöbəsinin DYPB-nin YPX-i inspektoru polis baş serjantı X5 tərəfindən tərtib edilmiş TP ******* saylı qərar əsaslı olmuşdur. Məhkəmə şikayətdə göstərilən hallara bir daha qiymət verərək qeyd edir ki, X3 göstərdiyi inzibati xəta törətməməsinə dair xüsusatlar işdə olan sübutlarla təkzib olunur. Belə ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi protokol tərtib edən şəxsin izahatı, xx.xx.2025-ci il tarixdə tərtib edilən protokolla tam təsdiq olunmuşdur. Şikayətçinin şikayətində göstərdiyi hallar heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Həmin hallar formal mülahizələrdən ibarət olmaqla iş üzrə icraata xitam verilməsi və onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyət vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1nun şikayətində göstərdiyi xüsusatlar iş materiallarında olan sübutlarla təkzib olunur, şikayətdə göstərilən hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin Şirvan şəhəri polis şöbəsinin DYPB-i tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin Şirvan şəhəri polis şöbəsinin DYPB-i tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar