Məhkəmə qərarları › İş №3(032)-834/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-834/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-834/2025 06.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qıznın katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-16/2024 saylı icra sənədinin Şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, Şirvan Şəhəri Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-16/2024-ci il tarixli icra sənədinə əsasən, Şəxs oğlundan 17701 manat 08 qəpik pul vəsaiti və 96 manat ödənilmiş dövlət rüsumu tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə borcluya "icraata başlamaq haqqında" qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra vərəqəsi icra olunmamışdır. Borclu Şəxs edilmiş xəbərdarlıqlardan nəticə çıxartmayaraq, borcunu ödəməmiş və bununla da, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hazırki vaxta qədər Şəxs oğlu tələbkara ödəniş etməmişdir. Borclu Şəxs axtarış nəticəsində təhvil verilmişdir.. Ona görə də, məhkəmədən borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixli, 2(032)-16/2024-ci il tarixli icra sənədinə əsasənondan 17701 manat 08 qəpik pul vəsaiti və 96 manat ödənilmiş dövlət rüsumu ödənilməsi qət edilmişdir. Hazırda icra sənədləri üzrə borcunu tam ödəmək üçün maddi imkanı yoxdur. Xəbərdarlıq məktubundan məlumatı olmamışdır. Borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-16/2024 tarixli icra sənədi üzrə toplanmış olan borcun ödənilməsini, əks təqdirdə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-16/2024-ci il tarixli icra sənədinə əsasən, Şəxs 17701 manat 08 qəpik pul vəsaiti və 96 manat ödənilmiş dövlət rüsumu tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin verilməlidir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-16/2024-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, borclu Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-16/2024-ci il tarixli icra vərəqəsi üzrə tələbin könüllü icrası ilə bağlı məlumatlandırılmışdır. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2024-ci il tarixli qərarı ilə Şəxs yaşadığı ünvan məlum olmadığı üçün barəsində axtarış elan edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında protokola və protokola əlavə olunmuş digər sənədlərə məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmişdir. Belə ki, borclu icra sənədini üzrlü səbəbdən icra etmədiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiya həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın xarakterini, şəxsin törətmiş olduğu əməlinə münasibətini, çıxarılmış məhkəmə qərarının uzun müddət icra olunmaması və şəxsin heç bir üzrlü səbəbi olmadan icrasından boyun qaçırmasını, ödənilməmiş borcuın məbləğini, hazırki zamanda heç bir məbləğdə ödəniş etməməsini, həmçinin iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə iş materiallarını araşdıraraq, inzibati xəta törətmiş Şəxs tələbkara olan borcunu ödəmədiyini, uzun zaman axtarışda olaraq icra sənədinin icrasından yayındığını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, borclu öz üzərinə düşən icra öhdəliklərini yerinə yetirməmiş, xəbərdarlıqlara məhəl qoymamış və barəsində axtarış elan edildikdən sonra tapılıb məcburi gətirilmə ilə məhkəməyə təqdim olunmuşdur. Borclunun iddiasına görə xəbərdarlıqlardan məlumatı olmamış və borcu maddi səbəbdən ödəyə bilməmişdir. Lakin bu sənədlərlə sübuta yetirilməmiş, xüsusilə də, xəbərdarlıq məktubundan xəbərsiz olması barədə bəyanatı təkzib edilməmişdir. Məhkəmə AR İXM-nin 31.2-ci maddəsini rəhbər tutaraq inzibati tənbeh növünü müəyyən edərkən aşağıdakı halları nəzərə alır:  icra sənədinin icrasından üzrlü səbəbsiz boyun qaçırılması;  yüksək məbləğdə borcun ödənilməməsi;  borclunun icra sənədinin icrasını uzun müddətə təxirə salması və yaxud ondan yayınması;  xəbərdarlıqlara baxmayaraq heç bir könüllü hərəkət etməməsi;  barəsində axtarış tədbiri aparılaraq tapılması;  məsuliyyəti yüngülləşdirən halların olmaması. Bunlarla yanaşı, AR İXM-nin 30.2-ci maddəsində qeyd olunan və inzibati həbsin tətbiqinə qadağa qoyan hallar (məsələn, 65 yaşına çatmış kişi olması, birinci və ikinci qrup əlillik, himayəsində 14 yaşına qədər uşaq olan qadın və s.) Şəxs barəsində müəyyən edilməmişdir. Onun yaşı, sağlamlıq vəziyyəti və ailə vəziyyəti barədə təqdim edilmiş heç bir sənəddə inzibati həbsə mane olan halın mövcudluğuna dair məlumat yer almamışdır. Nəticə etibarilə, Şəxs tərəfindən AR İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta sübuta yetirilmiş, bu xətanın cəzasız qalması qanunun aliliyinə, ədalətli mühakimə prinsipinə və məhkəmə aktlarının icrasının məcburiliyinə xələl yetirərdi. Belə halların cəmiyyətdə genişlənməsinin qarşısının alınması üçün tənbeh tədbiri olaraq inzibati həbs tətbiqi prosessual məqsədəuyğunluq və hüquqi legitimlik baxımından zəruri hesab olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 06 avqust 2025-ci il tarixdən, saat 11:50-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar