Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-837/2025 08.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qıznının katibliyi, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Sabirabad rayonu, Çöl Beşdəli Ə/D, Çöl Beşdəli kəndində qeydiyyatda olan Şəxs barəsində Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş protokol və ona dair toplanmış materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi barədə» xx.xx.2025-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə X6 qəsdən fiziki ağrı yetirərək xəsarət yetirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, törətdiyi əməldən peşmandır. X1 ilə barışdıqlarını və barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında izahatında bildirdi ki, baş vermiş hadisə nəticəsində ona zərər dəysə də, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ilə hazırda barışdığını və ona qarşı heç bir şikayəti olmadığını bildirmişdir. Şəxs qarşı şikayət və tələbinin olmadığını nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan şəhər Polis Şöbəsinin PŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Samir Qəribov tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx xxxx 2005-ci ildə Sabirabad rayonu, Çöl-Beşdəli kəndində anadan olmuş və qeydiyyatda olan, Şirvan şəhəri 20 Yanvar küçəsi bina 12 mənzil 54-də yaşayan Şəxs və 24 oktyabr 2007-ci ildə Sabirabad rayonu, Çöl-Beşdəli kəndində anadan olmuş, Şirvan şəhəri 21 saylı tam orta məktəbdə təhsil alan, ildə Sabirabad rayonu, Çöl-Beşdəli kəndində anadan olmaqla Şirvan şəhəri 20 Yanvar küçəsi bina 12 mənzil 54-də yaşayan X7 barəsində Azərbaycan Respublkasın İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötürü adiyyəti üzrə göstəriş verilməyini xahiş etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs və X7 cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsini, Şəxs və X2 təqsirləndirilən statusuna xitam verilmiş, X4 zərər çəkən statusuna xitam verilməsi, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs və X2 əməlində Azərbaycan Respublkası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti ŞPŞ-nin İTB-yə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X12 canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli 130 nömrəli rəyində qeyd edilmişdir ki, X3 Bədən səthində aşkar olunan xəsarətlər-burunda şişkinlik-qızartı burunun sağyan səhtində sıyrıq-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilmiş 11 mart 2025-ci il tarixdə əmələ gələn bilərdi. xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs xx.xx.2025-ci il tarixdə X8 qəsdən döyərək xəsarət yetirdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; Zərərçəkmiş şəxs X10 tərəfindən verilmiş ərizədən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Zərərçəkmiş şəxslə barışdığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 39.1-ci maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs zərərçəkmiş şəxslə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.1.9-cu maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-837/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-837/2025
08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver