Məhkəmə qərarları › İş №3(032)-840/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-840/2023

10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-840/2023 10.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X9 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Şirvan şəhər prokurorunun köməkçisi X2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, qanuni nümayəndəsi X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşur, ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 00.10 radələrində Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində münaqişə yaradaraq yaxınlaşan polis əməkdaşlarının qanuni taləbinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə yaşadığı evdə yatdığı zaman qonşularının mübahisə etməsini,səs-küy eşidib yuxudan oyanmışdır. Onların səsinə küçəyə çıxmış, nalayiq ifadə işlətdiklərindən qonşusuna nalayiq ifadə işlətməməsini bildirib onunla mübahisə etmişdir. Ora gələn polis əməkdaşı onları sakitləşdirsə də, o yenidən nalayiq ifadələr işlətmişdir. Ona görə də o, yenidən mübahisə etmişdir. Bundan sonra onlar Şirvan şəhər Polis Şöbəsinə aparılmışlar. Törətdiyi əməldən peşmandır. Bir daha bu cür əməllər törətməyəcəyinə söz verir. Odur ki, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin baş təhqiqatçısı Şahid1 izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə qonşusunun qeyri-rəsmi münasibətdə olduğu şəxs tərəfindən döyülməsi barədə daxil olmuş məlumat əsasında qeyd edilən Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsinə getmişlər. Yaxınlaşan zaman küçədə 3 nəfər şəxsin bir-bir ilə mübahisə etdiyini, nalayiq ifadələr işlətdiyini görüb onlara yaxınlaşmışlar. Həmin şəxsləri nizam-intizama dəvət etmişlər, lakin həmin şəxslər onların qanuni tələblərinə məhəl qoymaraq öz hərəkətlərinə davam etdiklərindən Şirvan şəhər Polis Şöbəsinin növbətçi hissəsinə gətirilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid2 izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə qonşusunun qeyri-rəsmi münasibətdə olduğu şəxslə mübahisə etməsi barədə daxil olmuş məlumat əsasında Şirvan şəhər Polis Şöbəsinin baş təhqiqatçısı Şahid1 ilə birlikdə qeyd edilən Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsinə getmişlər . Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində 3 nəfər şəxsin bir-bir ilə mübahisə etdiyini, nalayiq ifadələr işlətdiyini görüb onlara yaxınlaşmışlar. Həmin şəxsləri nizam-intizama dəvət etmişlər, lakin həmin şəxslər onların qanuni tələblərinə məhəl qoymaraq öz hərəkətlərinə davam etmişlər. Onlar Şirvan şəhər Polis Şöbəsinin növbətçi hissəsinə gətirilmişlər. Şirvan şəhər Polis Şöbəsində onların X6, X7 və X5 olduqları məlum olmuşdur. Məhkəmə iclasında iştirak edən Şirvan şəhər prokurorunun köməkçisi X4 izahat verib bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yetkinlik yaşına çatmamışdır, etdiyi əməldən səmimi peşman olduğunu bildirir. Odur ki, onun barəsində cərimə inzibati tənbehin tətbiq edilməsini xahiş edirəm. İş materiallarında olan Şirvan şəhər Polis Şöbəsinin baş təhqiqatçısı Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Şirvan şəhər Polis Şöbəsində istintaq-əməliyyat qrupunda olan zaman Şirvan şəhər sakini X3 DİNnin 102 xidmətinə qonşusunun qeyri-rəsmi münasibətdə olduğu şəxs tərəfindən döyülməsi mübahisə etməsi barədə verdiyi şikayət əsasında Şirvan şəhər G.Şıxbalaoğlu küçəsinə saat 00 radələrində yaxınlaşmışlar. Yaxınlaşan zaman məhəllədə bir qadın olmaqla iki nəfər kişinin bir-biri ilə nalayiq ifadələr işlədərək ucadan münaqişə etmələrinin şahidi olmuşlar. Dərhal hər üç şəxsə yaxınlaşaraq özlərini təqdim edərək, onlardan sakit olmasını ,ictimai qaydanı ,ictimai asayişi pozmamasını xahiş etmişlər. Onların qanuni tələbindən sonra təkrar həmin üç şəxsə onların ünvanına nalayiq ifadələr işlədərək, “məhəllənin” onlara aid olmasını,heç bir dövlət orqanının onlara qarışa bilməyəcək formada fikirlər işlədərək, ətrafda olan sakinlərin istirahətinə mane olmağa başlamışlar. Həmin şəxsləri nizam-intizama dəvət etmişlər, lakin həmin şəxslər onların qanuni tələblərinə məhəl qoymaraq öz hərəkətlərinə davam etmişlər. Şirvan şəhər Polis Şöbəsində onların X6, X7 və X5 olduqları məlum olmuşdur. Şəxs tərəfindən törədilmiş bu inzibati xəta onun izahatı ilə yanaşı, şahidlərin ifadəsi ilə, iş materiallarında olan inzibati xəta haqqında protokolla və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yetkinlik yaşına çatmaması , səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən etdi. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsinin, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan cərimə cəzası təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat miqdarında cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik Edən : Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar