Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-840/2025 12.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Şirvan şəhər Məhkəməsinin 25 yanvar 2016-cı il tarixli, 2(032)-137/2016 nömrəli icra sənədinə icra sənədinə əsasən borclu Şəxs ümumilikdə 7337.10 manat pul alınaraq tələbkar "xxxx" ASC-yə verilməli, 24 aprel 2013-cü il tarixli ipoteka qoyulmuş Şəxs məxsus olan “Mercedes benz C230” markalı, ** BF *** dövlət qeydiyat nişanlı avtomobil açıq hərractdan satılmaqla 7337.10 manat məbləğində pulun alınması barədə tələb həmin əmlaka yönəldilməli, satışdan əldə olunmuş məbləğ iddiaçı "xxxx" ASC-nin tələblərindən olduqda, artıq məbləğ cavabdeh Şəxs qaytarılmalı, Şəxs dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq tələbkar "xxxx" ASC-yə verilməlidir. Şirvan şəhər Məhkəməsinin 25 yanvar 2016-cı il tarixli, 2(032)-137/2016 nömrəli cra sənədinin Şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri İcra və probasiya şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 25 yanvar 2016-cı il tarixli, 2(032)-137/2016 nömrəli icra sənədinə icra sənədinə əsasən borclu Şəxs ümumilikdə 7367.10 manat pul alınaraq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. Tutma ipoteka predmeti olan “Mercedes Benz C230” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməlidir. Borcluya iş üzrə “icraata başlamaq haqqında” qərar, tələbin könüllü icrası haqqında bildiriş verilməsinə, dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borc məbləğini ödəməyərək icra sənədini icra etməkdən yayınaraq, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hazırki vaxta qədər Şəxs 7367.10 manat borcu mövcuddur. Ona görə də, məhkəmədən borclu Şəxs barəsində inzibati tənbeh tədbiri barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək bildirdi ki, ondan ümumilikdə 7337.10 manat pul alınaraq tələbkar "xxxx" ASC-yə verilməli, 24 aprel 2013-cü il tarixli ipoteka qoyulmuş Şəxs məxsus olan “Mercedes benz C230” markalı, ** BF *** dövlət qeydiyat nişanlı avtomobil açıq hərractdan satılmaqla 7337.10 manat məbləğində pulun alınması barədə tələb həmin əmlaka yönəldilməli, satışdan əldə olunmuş məbləğ iddiaçı "xxxx" ASC-nin tələblərindən olduqda, artıq məbləğ cavabdeh Şəxs qaytarılmalı, Şəxs dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq tələbkar "xxxx" ASC-yə verilməlidir. O, 2016-cı il tarixdə avtomobili başqa şəxsə etibarnamə ilə vermiş, həmin kredit ödənişlərini onun etməsi barədə razılaşmışlar. Daha sonra həmin şəxs 1-2 il ərzində ödənişlər etsə də, lakin az məbləğdə ödəmişdir. Avtomobilin harada olmasından məlumatı yoxdur, bununla bağlı müəyyən yerlərə müraciət etsə də, avtomobili tapıb banka təqdim edə bilməmişdir. Hal-hazırda banka olan borcundan hər ay 100 manat ödəniş edə bilər. Özü heç bir yerdə işləmir, himayəsində üç uşağı var, ailədə yeganə qazanc gətirən şəxs odur. Qeyd edilənləri nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxsnın inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 25 yanvar 2016-cı il tarixli, 2(032)-137/2016 saylı icra sənədindən görünür ki, borclu Şəxs ümumilikdə 7337.10 manat pul alınaraq tələbkar "xxxx" ASC-yə verilməli, 24 aprel 2013-cü il tarixli ipoteka qoyulmuş Şəxs məxsus olan “Mercedes Benz C230” markalı, ** BF *** dövlət qeydiyat nişanlı avtomobil açıq hərractdan satılmaqla 7337.10 manat məbləğində pulun alınması barədə tələb həmin əmlaka yönəldilməli, satışdan əldə olunmuş məbləğ iddiaçı "xxxx" ASC-nin tələblərindən olduqda, artıq məbləğ cavabdeh Şəxs qaytarılmalı, Şəxs dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq tələbkar "xxxx" ASC-yə verilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan, tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən və onun üzərindəki qeyddən görünür ki, Şirvan şəhər Məhkəməsinin 25 yanvar 2016-cı il tarixli, 2(032)-137/2016 saylı qətnaməsinə dair icra sənədi üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarında olan Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şirvan şəhər Məhkəməsinin 25 yanvar 2016-cı il tarixli, 2(032)-137/2016 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə iş üzrə borclu Şəxs mülkiyyətində olan “Mercedes Benz C230” markalı, ** BF *** dövlət qeydiyat nişanlı avtomobilin axtarılıb tapılması Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 31.2-ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş inzibati xətadan səmimi peşmançılığını məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-840/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-840/2025
12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver