Məhkəmə qərarları › İş №3(032)-841/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-841/2023

10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-841/2023 10.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 08 iyul 2023-cü il tarixdə, saat 00:10 radələrində G.Şıxbalaoğlu küçəsində olan zaman polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisəsinin olması 08 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və şahidlərin ifadələri, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində münaqişə yaratmış, oraya yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, himayəsində 2 azyaşlı qızı var, hazırda əməlindən peşmandır. Şirvan şəhəri PŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X5 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Şirvan ŞPŞ-də istintaq-əməliyyat qrupunda olduqları zaman Şirvan şəhər sakini X2 DİN-in 102 xidmətinə qonşusunun qeyri-rəsmi yaşadığı şəxs tərfəindən döyülməsi ilə əlaqədar vermiş olduğu şikayətlə bağlı Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsinə saat 00 radələrində yaxınlaşmış, yaxınlaşan zaman məhlədə bir qadın olmaqla iki nəfər kişinin bir-birləri ilə nalayiq ifadələr işlədərək ucadan münaqişə etmələrinin şahidi olmuşdur. Dərhal hər üç şəxsə yaxınlaşaraq özünü təqdim etmiş, onlardan sakit olmalarını, ictimai qaydanı pozmamalarını xahiş etmişdir. Onların qanuni tələblərindən sonra təkrar həmin şəxslər əxlaqsız sözlər işlədərək, məhəllənin onlara aid olmasını, heç bir dövlət orqanının onlara qarışa bilməyəcəyini demiş, ətrafda olan sakinlərin istirahətinə mane olmağa başlamışlar. Bu vaxt dəfələrlə hər üç şəxsi nizam-intizama dəvət etsələr də, şəxslər onlara məhəl qoymayaraq, öz hərəkətlərinə davam etmilər. Tərəflərindən hər üç şəxs polis şöbəsinə gətirilmiş, orada məlum olmuşdur ki, həmin şəxslər X3, X4 və Şəxsdır. Şirvan şəhər PŞ-nin baş təhqiqatçısı İnqilab Məmmədzadə məhkəmə iclasında X1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 08 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs 08 iyul 2023-cü il tarixdə, saat 00:10 radələrində polisin qanuni tələbinə tabe olmaması və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Şirvan ŞPŞ-də istintaq-əməliyyat qrupunda olduqları zaman Şirvan şəhər sakini X2 DİN-in 102 xidmətinə qonşusunun qeyri-rəsmi yaşadığı şəxs tərəfindən döyülməsi ilə əlaqədar vermiş olduğu şikayətlə bağlı Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsinə saat 00:10 radələrində yaxınlaşmış, yaxınlaşan zaman məhlədə bir qadın olmaqla iki nəfər kişinin bir-birləri ilə nalayiq ifadələr işlədərək ucadan münaqişə etmələrinin şahidi olmuşdur. Dərhal hər üç şəxsə yaxınlaşaraq özünü təqdim etmiş, onlardan sakit olmalarını, ictimai qaydanı pozmamalarını xahiş etmişdir. Onların qanuni tələblərindən sonra təkrar həmin şəxslər əxlaqsız sözlər işlədərək, məhəllənin onlara aid olmasını, heç bir dövlət orqanının onlara qarışa bilməyəcəyini demiş, ətrafda olan sakinlərin istirahətinə mane olmağa başlamışlar. Bu vaxt dəfələrlə hər üç şəxsi nizam-intizama dəvət etsələr də, şəxslər onlara məhəl qoymayaraq, öz hərəkətlərinə davam etmilər. Tərəflərindən hər üç şəxs polis şöbəsinə gətirilmiş, orada məlum olmuşdur ki, həmin şəxslər X3, X4 və Şəxsdır. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa xəta törədən şəxsin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər,sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, himayəsində azyaşlı uşaqları olan qadın olmasını, yaşını, əməlinə olan münasibətini nəzərə alaraq, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar