Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-842/2023 10.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Şirvan şəhər Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Polis şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı Qabil Əlizadə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında 10 iyul 2023-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Atayev X2 Familə İlham qızına məxsus “Realme C21-Y” markalı mobil telefonu sındıraraq 40 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhərindən “Mercedes-Sprinter” markalı, 77-CF384 dövlət nömrə nişanlı mikroavtobusla Şirvan şəhərinə gəldiyini, Bakı şəhərində mikroavtobusa minərkən 3 ədəd sellofan torbanı mikroavtobusun sürücüsü arxa baqaja qoyduğunu, daha sonra Şirvan şəhərindən mikroavtobusdan düşüb sellofan torbaları götürüb qohumunun avtomobililə qoyduğunu, daha sonra onunla Sabirabad rayonu, Qaragüney kəndinə getdiyini, ora çatanda baqajdan torbaları götürəndə sellofan torbalardan birinin onun olmamasını gördüyünü, həmin torbanı açanda içərisində yararsız köhnə paltarlar olduğunu, dərhal Şirvan şəhərinə qayıtdığını və avtovağzalda həmin mikroavtobus sürücüsünü tapdığını, ondan sellofan torbalarını ən son Bakı şəhərində mikroavtobusa yerləşdiyini desə də həmin sonradan adının Abbasəli olduğunu bildiyi sürücü onun üstünə qışqırmağa başladığını, o Abbasəliyə birlikdə Şirvan ŞPŞ-nə gedəcəyini bildirdiyini, Abbasəlinin onunla razılaşdığını və birlikdə polis şöbəsinə gəldiklərini, polis şöbəsinin qarşısında onların sözlə mübahisələri yarandığını, bu zaman həmin sürücünün yanına bir nəfərin yaxınlaşdığını, o həyat yoldaşına zəng edib onunla danışarkən bu zaman həmin tanımadığı şəxs onun açıq mavi rəngli, “Realme C-21 Y” markalı mobil telefonunu əlindən dartıb aldığını və onun həyat yoldaşını telefonda söyüb-təhqir etməyə başladığını, ona telefonunu zorla əlindən niyə aldığını soruşub əlindən almaq istəyərkən həmin şəxs telefonu yerə atdığını və onun mobil telefonunun ön şüşəsini və arxa görüntü kamerasının sındığını, onun mobil telefonunun həmin şəxsin Sındırması nəticəsində ona təxminən 40 manat ziyan dəydiyini, mobil telefonunu sındıran həmin şəxsin mikroavtobus sürücüsünün oğlu olduğunu öyrəndiyini, həmin torbaların oğurlanması nəticəsində ona 500 manat maddi ziyan dəydiyini, həmin torbaların oğurlanmasını Sabirabad rayonundə yaşadığı evin qarşısında aşkar etdiyini, onun sellofan torbalarını mikroavtobusa Bakı şəhərində sürücünün Şoyduğunu, mikroavtobusun bir dəfə yolüstü Hacıqabul rayonunda saxlayıb bir Şadın sərnişini düşürtdüyünü, həmin sellofan torbada toy paltarı olduğunu göstərmişdir. Şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir. Buna görə o, Şəxslə barışmışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında atası və onlardan şikayət edən əvvllər tanımadığı qadın Şirvan şəhər polis şöbəsinə ərizə ilə müraciət etdikdən sonra atasının yanına polis şöbəsinə gəldiyini, bu an qadın və atasının çöldə olduqlarını, həmin qadının uca səslə danışdığını, daha sonra həmin qadın öz mobil telefonu ilə ərinə zəng etdiyini, bir müddət danışdıqdan şonra telefonu mikrofana qoyduğunu və əri onların səsini eşitmədiklərini zənn edərək onların barəsində təhqiredici ifadələr işlətdiyini və “onları mələdərək pulu alacağıq” deyə ifadələr işlətdiyini, bundan əsəbləşərək qadından telefonu aydınlıq vermək üçün istədiyini, telefonu əlinə götürdüyünü qadın telefonu əlindən almaq istəyərkən telefonun əlindən yerə düşdüyünü göstərmişdir. Lakin hazırda dəymiş ziyanı ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir, ondan heç bir şikayəti və tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq, iş üzrə icraata xitam verilməsini xahiş edir. Beləliklə, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 30 iyun 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, X1 şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından, cinayət işinin başlanılması rədd edilməsi, inzibati xətanı törətmiş Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta üzrə icraat açılmasından ötrü qərarın surəti Şirvan şəhər PŞ-nə təqdim olunması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Atayev X2 Familə İlham qızına məxsus “Atayev X2 Familə İlham qızına məxsus “Realme C21-Y” markalı mobil telefonu sındıraraq 40 manat maddi ziyan vurduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. zərərçəkmiş şəxs X4 tərəfindən verilmiş ərizədən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdıqlarını, dəymiş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tövsif olunmuşdur. Bununla belə, vurulmuş ziyanı tamamilə ödədiyinə və zərərçəkmiş şəxslə barışdığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1 və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxlə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1 və 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx.xx.1987-ci il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinsin və zərərçəkmiş şəxs X4 ilə barışması ilə əlaqədar iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-842/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-842/2023
10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver