Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-842/2024 04.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ağəli qızının, müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli , orta təhsilli, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Ağəli qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi : Şəxs Ağəli qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN № ******* saylı hazırkı protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs Ağəli qızı şəxsi münasibətlər zəminində münaqişə zamanı Zərərçəkmiş şəxs döyərək ona fiziki ağrı yetirmişdir. İnzibati xəta hadisənin olması xx.xx.2024-cü il tarixli MN № ******* inzibati xəta haqqında protokolla, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidin izahatları, ekspert rəyi, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ağəli qızı izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə ailəsi ilə birlikdə rayona gedən zaman yolun kənarında yerləşən “Oba” marketə girmiş, sərinləşdirici içkilər və “Gülüstan Cola”sı almış, yolda övladı həmin sudan içmiş və qaytarmağa başlamışdır. Bundan sonra o, sudan şübhələnərək, dərhal onun istehsal tarixinə baxmış və istifadə müddətinin çoxdan bitdiyini görmüşdür. Övladına ilkin tibbi yardım göstərmişlər. Daha sonra “Oba” marketə getmiş , vitrin satışı üzrə kimin məsul şəxs olduğunu soruşmuş, bu zaman həmin xanım ona yaxınlaşmışdır. O, xanıma suyun istifadə müddətinin keçdiyini, buna görə də övladının zəhərləndiyini bildirmiş, xanım isə ona cavabında “olub olub da, nə olacaqki” deyə bildirmişdir. O bundan əsəbiləşmiş, xanımın yanlız çənəsindən itələmiş, həmin vaxt isə affekt vəziyyətində olmuşdur, lakin ona xəsarət yetirməmişdir. “Oba” market barəsində X1 şikayət etmiş, marketə cərimə tətbiq olunandan sonra sonra zərərçəkmiş şəxs onun barəsində polis şöbəsinə şikayət etmişdir. O, ekspert rəyindən də narazıdır. Hazırda zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunmamışdır . Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatına təngidi yanaşaraq hesab edir ki, bu cür izahat özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, “Oba” marketdə satıcı, kassir vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında xanım alışveriş edib mağazadan ayırlmış, bir neçə saat keçdikdən sonra xanım əsəbi halda marketə gəlmiş, qışqıraraq kimin cavabdeh şəxs olduğunu soruşduğundan xanıma yaxınlaşaraq nə baş verdiyini maraqlanmışdır. Xanım məcburi şəkildə suyu ona içirtməyə çalışmış, o suyu içməyib əli ilə itələdikdə onun çənə nahiyəsindən yumruqla ona xəsarət yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmamışdır, barəsində daha ağır inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində X2 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 21.07 radələrində işdə olarkən xanım əsəbi halda marketə daxil olmuş, Zərərçəkmiş şəxs ondan kassaya yaxınlaşmasını xahiş etmiş, özü isə onu sakitləşdirmək üçün xanıma yaxınlaşmışdır. Xanım Zərərçəkmiş şəxs çənəsindən tutaraq suyu ona məcburi şəkildə içirtməyə çalışmış, Zərərçəkmiş şəxs suyu içmək istəmədikdə onu yanağından yumruqla vurmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs Ağəli qızı ilə Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı Şəxs Ağəli qızı Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Şəxs Ağəli qızının əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsidə əsasən rədd edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X5 Təcrübi və X4 şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli 342 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər - sağ ordun iç səthində əzilmiş-cırılmış yara - küt əşya təsirindən törənmiş, qərarın təsvir hissəsində göstərilən 16 iyul 2024-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir. Məhkəmə iclasında təqdim edilmiş videogörüntüyə baxış keçirilmiş, baxış zamanı videogörüntüdən müəyyən edilmişdir ki, Şəxs Ağəli qızı şəxsi münasibətlər zəminində münaqişə zamanı Zərərçəkmiş şəxs yanağından yumruqla vuraraq ona fiziki ağrı yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə İXM-nın 32.1.3-cü maddəsinə əsasən (inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi) Şəxs Ağəli qızının himayəsində iki yaşlı uşağın olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati cərimə tətbiq edərkən xətanın xarakterini, şəxsin əmlak vəziyyətinin qənaətbəxş olması, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakretizə edən halları nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs Ağəli qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində müəyyən məbləğdə inzibati cərimə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 ,128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş Şəxs Ağəli qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti məlumat üçün təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-842/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-842/2024
04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver