Məhkəmə qərarları › İş №3(032)-842/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-842/2025

15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-842/2025 15.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri YNH baş inspektoru polis kapitanı X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2004-cü il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs 12 avqust 2025-ci il tarixdə, saat 21:10 radələrində “DAEWOO GENTRA” minik markalı, ** YV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şirvan şəhəri, Heydər Əliyev prospektindən H.Əliyev küçəsinə daxil olarkən “VAZ21074” markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobili düzgün manevr etməyərək onun qarşısına çıxmış, bu zaman yol-nəqliyyat hadisəsi baş vermişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolla, yol hadisəsinin sxemi, protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Şirvan şəhəri YNH baş inspektoru polis kapitanı X5 məhkəmə iclasında xx.xx.2025-ci il tarixli protokolu müdafiə edərək, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, 12 avqust 2025-ci il tarixdə, saat 21:10 radələrində etibarnaməsiz və sürücülük vəsiqəsi olmadan idarə etdiyi “DAEWOO GENTRA” minik markalı, ** YV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şirvan şəhəri, Heydər Əliyev prospektindən H.Əliyev küçəsinə daxil olarkən “VAZ21074” minik markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobili düzgün manevr etməyərək onun qarşısına çıxmışdır. Hadisə zamanı avtomobildə tək olduğunu və sərxoş olmadığını bildirmişdir. Zərər şəxsə dəymiş ziyanı ödəyə bilməyəcəyini və inzibati tənbeh olaraq cərimə cəzası təyin edilərsə, həmin cərimə cəzasını da, maddi imakının olmadığına və işləmədiyi üçün ödəyə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirdi ki, “VAZ21074” markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə, saat 21:10-da Şirvan şəhəri, H.Əliyev küçəsi ilə hərəkətdə olan zaman “DAEWOO GENTRA” minik markalı, ** YV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü düzgün manevr etmədiyindən onun idarə etdiyi avtomabili toqquşmuşdur. Toqquşmadan sonra, avtomobillər əzilsə də, xəsarət alan olmamış, avtomobilinin əzilməsi nəticəsində ona 1300 manat məbləğində ziyan dəymişdir və dəymiş zərərin tam şəkildə ödənilməsini tələb etmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, X3 məxsus “VAZ21074” minik markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şirvan "xxxx" Müəssisəsinin mütəxəssisi F.M.Ələkbərovun 13 avqust 2025-ci il tarixli rəy aktından görünür ki, “VAZ21074” minik markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3 ümumilikdə 1170 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin məcəllənin 332.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati xətanın xarakterini, törədilmiş inzibati xətanın ictimai Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar fəslinə aid olmasını, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslə barışıq əldə etməməsini, vurulmuş ziyanın qarşısının alınması ilə bağlı tədbirlər görməməsini, cərimə tətbiq olunacağı təqdirdə cərimə tənbehini icra etməyəcəyinə dair düşüncəsini, digər tənbeh növünün şəxsin islah olunmasında yetərli olmadığını və iş üzrə zəruri sübutları qiymətləndirərək hesab edir ki, X1 Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli İXM-nin 332.4-cü maddəsində daha ciddi sanskiya növündə ənbeh tətbiq edilməlidir. Məhkəmə şəxsin barəsində cərimə inzibati tənbehinin tətbiqi ilə inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə inzibati xəta törətmiş şəxs tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədinə nail olmayacağını müəyyən etmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 15 avqust 2025-ci il tarixdən, saat 11:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Zərərçəkmiş şəxsə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar