Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-845/2025 18.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şirvan şəhər Polis Şöbəsinin sahə rəisi X5 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə xx.xx.2025-ci il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki ailə üzvləri ilə birlikdə yaşayır. Heç vaxt ruhi-əsəb xəstəliyi keçirməmişdir və oununla bağlı müalicə almamışdır. xx.xx.2025-ci il tarixdə, saat 01 radələrində Şirvan səhərində H.Əliyev prospektində avtomobildə olarkən polis əməkdaşları tərəfindən saxanılmışdır. Onun ilə polis əməkdaşı sorğu-sual etdikdən sonra onun narkotik vasitəsinin təsiri altında olduğundan şübhələnib onu Şirvan Şəhər Polis Şöbəsinə dəvət etmişdirlər. Saxlanılmazdan təxminən 5-10 gün əvvəl narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Bundan sonra o, inzibati məsuliyyətdən yayıanaraq Bakı şəhərinə getmiş və daha sonra Şirvan şəhərinə qayıtmışdır. Həmçinin barəsində Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən də araşdırmanın aparıldığını bildirmişdir. 16 avqust 2025-ci il tarixdə saat 12 radələrində tutulmuşdur. Əməlindən peşmandır. Məhkəmədən cərimə tətbiq edilməsini xahiş etmişdir. Şirvan şəhər Polis Şöbəsinin sahə rəisi X5 məhkəmə iclasında 17 avqust 2025-ci il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan şəhər Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı, polis leytenantıİlkin Xudiyev tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə icraata şirvan ŞPŞ-nin DYPB-nin polis nəfərləri, Ə.Mayılov və İ.Mustafayev, Şirvan ŞPŞ-nin PPXB-nün polis nəfərləri, İ.Xancanov və R.Xankişiyevin xx.xx.2025-ci il tarixdə, saat 01:30 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində xidmətdə olduqları zaman “Chevrolet” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin əlavə avadanlığı olduğu üçün işarə edilərək saxlanılmışdır. Sürücüyə qayda pozuntusunu izah edilərkən sürücünün tabesizlik göstərməsi və sürücü oz kobud hərəkətlərini davam etdirərək müqavimət göstərməyə başlaması, həmin şəxsi dəfələrlə nizam intizama dəvət etsələrdə öz əməlini davam etdirməsi nəticəsində sürücünün narkotik vasitənin təsiri altında istifadəsində şübhəli olduğu üçün polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Polis şöbəsində həmin şəxslərin Şirvan şəhər sakinləri X7, X4, X2 olması barədə raport daxil olmuşdur. İnzibati tənbeh tətbiq edilməsinə dair müraciət materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə xx.xx.2025-ci il tarixli, 1575 nömrəli rəyində qeyd edilmişdir ki, Şəxs götürülmüş sidik nümunəsində MET (+), THC (+) aşkar olunmuşdur. Həmçinin müayinə zamanı X1 OPİOİDLƏRİN və Psixostimulyatorların qəbulu nəticəsinde yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunu” Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Şəxs xx.xx.2022-ci il tarixdən RNM-da (F11x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surətinin aidiyyəti üzrə Şirvan şəhər PŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məmmədov X3 məsuliyyətdən yayındığından barəsində inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 11:30-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə, saat 10:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeyd hissəsinə əsasən, satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasına əsasən Marixuana (kannabis) – narkotik vasitə kimi qeyd edilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, tibbi müayinə protokolu, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında tam sübuta yetirilmişdir. Şəxs məhkəmə iclasında əməliyyat keçirdiyi üçün ağrıları olması səbəbi ilə ağrıkəsici qəbul etdiyini və buna görə ekspert rəyində narkotik vasitələrin və psixotrop maddələrin aşkar edilməsini bildirməsi məhkəmə tərəfindən özünü müdafiə halı kimi müəyyən edilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, narkotik vasitələrin istehlak olunması nəticəsinə ailəsinin maddi vəziyyətinə təsir göstərməsini, nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Məmmədov X3 Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə şəxsin barəsində cərimə inzibati tənbehinin tətbiqi ilə inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə inzibati xəta törətmiş şəxs tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədinə nail olmayacağını müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 115.2-ci maddəsinə əsasən ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınmalıdır. Məhkəmə şəxsin barəsində cərimə inzibati tənbehinin tətbiqi ilə inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə inzibati xəta törətmiş şəxs tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədinə nail olmayacağını müəyyən etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106- 115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 16 (on altı) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il traixdə saat 10:00-dək, yəni bir gün həbsdə saxlanılma müddəti ona təyin edilmiş həbs müddətindən çıxılsın. Şəxs Azərbaycan Respublikası İXM-in 115.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və onun xx.xx.2022-ci il tarixdən Respublika Narkoliji Mərkəzində F11.2 diaqnozu ilə dispanser qeydiyyatda olduğundan, hazırki iş üzrə sonuncunun narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-845/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-845/2025
18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver