Məhkəmə qərarları › İş №3(032)-846/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-846/2025

28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-846/2025 28.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, Qərardan şikayət vermiş X4 iştirakı ilə, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 275.1.1-ci maddəsi ilə 3 saylı RETSİ-nin baş müfəttişi X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X9 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdən hal-hazıradək "xxxx" ASC-nin X13 Təchizatı və Satışı İdarəsinin rəisi vəzifəsində çalışır. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən hal-hazırda rəhbəri olduğu Şirvan RET və Sİ-yə xx.xx.2025-ci il tarixli, Ç-BH/4225-553 saylı məktub ünvanlanaraq 3 saylı RETSİ-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı protkola əsasən inzibati xəta haqqında işə xx.xx.2025-ci il tarixə, saat 15:00-a baxılmasının nəzərdə tutulduğu bildirilmişdir. Həmin məktuba əlavə olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokolda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə təstiq edilmiş layihə sənədləri əsasında elektrik şəbəkələrinin yenidən qurma işlərinin aparılması zamanı sifarişçi olaraq dövlət ekoloji ekspertiza rəyi alınmamışdır”. Bundan sonra şəxsən tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 X8 və Təbii Sərvətlər İdarəsinin rəisinə xx.xx.2025-ci il, 01/05-159 saylı məktub ünvavlanaraq bildirilmişdir ki, Şirvan RETSİ-nin struktur ərazisinə aid olan zonada (Salyan rayonu) müəyyən tender şirkəti tərəfindən elektrik şəbəkələrinin yenidən qurması işləri aparılır və həmin işlərin görülməsi zamanı sifarişçi təşkilat tərəfindən dövlət ekoloii ekspertiza rəyinin alınmadığı və X2 AR Qanununun müddəlarının pozulduğu göstərilmişdir. Həmçinin sözü gedən protokolun heç bir araşdırma aparılmadan, əsas olmadan tərtib olunduğu bildirilmişdir. Belə ki, protokolda göstərildiyi kimi X9 vətəndaş və ya vəzifəli şəxs olaraq hansısa sifarişlə işlərin görülməsi üçün hər hansısa bir tender şirkəti ilə müqavilə bağlayaraq AR ərazisində hər hansısa işlərin görülməsini təşkil etməmiş və ümumiyyətlə Şirvan RETSİ rəisi olaraq bu cür işlərin görülməsinin təşkili barədə ona Səlahiyyət, cavabdehlik verilməmiş, həvalə olunmamış, ümumiyyətlə tapşırılmamışdır. Buna baxmayaraq 3 X8 və Təbii Sərvətlər İdarəsinin müfəttişi Kamran Səmədov tərəfindən heç bir araşdırma aparılmadan vəzifəli şəxs olaraq şəxsən onun barəsində sözü gerən protokolu tərtib etmişdir. Bütün bu göstərilənlərin nəzərə alınmasını və barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* protokolun ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bundan əlavə olaraq sözü gedən protokola baxılacağı gün, yəni xx.xx.2025-ci il tarixdə, saat 15:00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 X8 və Təbii Sərvətlər İdarəsinin inzibati binasına yaxınlaşaraq barəsində sözü gedən protokola baxılacağını bildirmiş, lakin, həmin idarədə çalışan bir xanım Fərid müəllimin və digər əməkdaşların idarədə olmadığını bildirərək, iclasın olmayacağını bildirmişdirlər. Daha sonrakı günlərdə də, protokolun baxış iclasının hansı tarixə keçirilməsi və ya baxılması, qərar qəbul edilməsi barədə heç bir məlumat əldə edə bilməmişdir. Həmçinin bir neçə dəfə həmin idarə əməkdaşlarından maraqlandıqda isə, protokola əsasən hər hansısa bir qərar qəbul olunmadığı bildirilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* saylı protkola dair tərəfindən fikirlər və sübutlar təqdim olunmasına baxmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Reg onal Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən hüquqları pozulmuş və barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərar qəbul olunmuşdur. Hesab edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 X8 və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməsinə dair qərar qəbul edilməlidir. Bu səbəbdən qanun pozuntusu ilə tərtib edilmiş qərarın ləğv edilməsi üçün məhkəməyə müracət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında şikayət verən şəxs X9 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında 3 X8 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi idarənin ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun məsləhətçi X10 məhkəmədə izahat verərək qəbul olunmuş qərarın ləğv edilməməsini və qüvvədə saxlanmasını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X9 17 may 2025-ci il tarixdə təsdiq olunmuş layihə sənədləri əsasında elektirik şəbəkələrinin yenidən qurma işlərinin aparılması zamanı sifarişçi olaraq dövlət ekaloji ekspertiza rəyi alınmamışdır. Enerji təhlükəsizlik haqqında qanunun 9-cu maddəsi pozulmuşdur. xx.xx.2025-ci il tarixli MT/P-S-25/319-1 saylı podrat müqavisəsindən görünür ki, bu müqavilə bir tərəfdən bundan sonra “Sifarişçi” adlandırılacaq öz Nizamnaməsi və Azərbaycan Respublikasının Qanunvericiliyinə müvafiq olaraq fəaliyyət göstərən Sədr müavini X3 şəxsində "xxxx" ASC ilə sonradan müqavilənin mətnində "İcraçı" adlandırılacaq, öz Nizamnaməsi və Azərbaycan Respublikasının Qanunvericiliyinə müvafiq olaraq vət göstərən direktoru X7 şəxsində "xxxx" MMC xx.xx.2025-ci il tarixində bağlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1 X2 qanunvericiliyin pozulmasına, yəni: 275.1.1. dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 61.3-ci maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 100.1.8-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsindən görünür ki,; 2.1. Cəmiyyət hüquqi şəxsdir, müstəqil balansa, banklarda hesablaşma hesabına və digər hesablara malikdir. 2.2. Cəmiyyətin ayrıca əmlakı vardır və öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir. Cəmiyyət qanuna uyğun olaraq əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququna malikdir, həmçinin vəzifələr daşıyır, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar (idarələr):.... X13 Təchizatı və Satışı İdarəsi (Şirvan) - Şirvan, Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayon elektrik şəbəkələri; Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını və təqdim edilmiş sənədləri hərtərəfli, tam və obyektiv tədqiq etməklə belə qənaətə gəlir ki, X9 barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 X8 və Təbii Sərvətlər İdarəsinin müfəttişi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati protokol, habelə həmin protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh haqqında qərar qanunsuz və əsassızdır. İXM-in 3-cü maddəsinə görə, yalnız inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. İXM-in 275.1-ci maddəsi isə dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə təsir göstərən fəaliyyətə yol verildiyi halda sifarişçi subyektin məsuliyyətini nəzərdə tutur. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixli MT/P-S-25/319-1 saylı podrat müqaviləsində “sifarişçi” qismində "xxxx" ASC çıxış etmiş, müqavilə ASC-nin sədr müavini X3 tərəfindən imzalanmışdır. Müqavilənin digər tərəfi "xxxx" MMC olmuşdur. Bu sənəd əsasında görülən işlərin sifarişçisi "xxxx" ASC-dir və hüquqi baxımdan bütün öhdəliklər həmin hüquqi şəxsin üzərinə düşür. Şirvan RETSİ isə yalnız ASC-nin struktur bölməsidir, hüquqi şəxs statusuna malik deyildir və müstəqil sifarişçi kimi müqavilə bağlamaq, sifarişçi olaraq dövlət ekoloji ekspertiza rəyi almaq səlahiyyəti yoxdur. X1 idarə rəisi vəzifəsində işləsə də, onun sifarişçi statusu ilə hər hansı müqaviləyə imza atması və ya ekoloji ekspertiza rəyi almaması faktı sübuta yetirilməmişdir. Bu isə inzibati məsuliyyətin subyektlik tələbinin pozulması deməkdir. İXM-in 8.1-ci maddəsinə əsasən, şəxsin təqsiri yalnız qanunda nəzərdə tutulmuş qaydada sübuta yetirildikdə o, təqsirli hesab edilə bilər. Təqdim edilmiş materiallarda şikayətçinin dövlət ekoloji ekspertiza rəyi alınmamasına dair hər hansı bilavasitə göstərişi və ya əməli təsbit olunmamışdır. İXM-in 61.3-cü maddəsinə görə, inzibati işə baxılarkən şəxsin iştirakı təmin olunmalıdır. İş materiallarından aydın olur ki, şikayətçi xx.xx.2025-ci il tarixdə iclas keçiriləcək yerə gəlmiş, lakin iclas baş tutmamışdır. Sonrakı günlərdə də işin icraatı və qəbul ediləcək qərar barədə ona məlumat verilməmişdir. Bu hallar müdafiə hüququnun pozulması ilə nəticələnmişdir. (Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi, İXM-in 8-ci maddəsi). AR İXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda başlanmış icraata xitam verilir. Mövcud işdə sifarişçi "xxxx" ASC olduğu halda, məsuliyyət əsassız olaraq şikayət vermiş şəxsə yönəldilmişdir;  şikayətçinin bu hərəkətlərlə bağlı təqsiri sübuta yetirilməmişdir;  protokolun tərtibi və qərarın qəbulunda prosessual tələblərə riayət olunmamışdır. Bu halların məcmusu inzibati xəta tərkibinin mövcud olmadığını tam şəkildə təsdiq edir. AR İXM-in 134.1.3 və 135.1.5-1-ci maddələrinə əsasən, inzibati xəta tərkibinin olmaması inzibati tənbeh haqqında qərarın ləğvi və icraata xitam verilməsi üçün əsasdır. Beləliklə, sifarişçi qismində "xxxx" ASC çıxış etdiyi halda, inzibati protokolun idarə rəisi X9 barəsində tərtib olunması subyektlik baxımından əsassız olmuş, və məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, şikayət təmin edilməli, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 275.1.1-ci maddəsi ilə 3 X8 və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125, 128-134-cü maddərini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. X9 barəsində Azərbaycan Respublikası İXM-nin 275.1.1- maddəsi ilə 3 X8 və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar