Məhkəmə qərarları › İş №3(032)-848/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-848/2023

27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-848/2023 27.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədirliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Şikayət vermiş şəxs "xxxx" MMC-nin və direktoru X1 nümayəndəsi X3, Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin nümayəndəsi X7 iştirakları ilə, Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından "xxxx" MMC-nin direktoru X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsini xahiş etmiş, şikayət onunla əsaslandırılmışdır ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin (FHN TTNDA) 04 iyul 2023-cü il tarixli MN ******* nömrəli qərarı ilə barəsində inzibati xətaya dar qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini (İXM) 394.0.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın (tikinti işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yazılı göstərişlərinə və tikinti işlərinin dayandırılması ilə bağlı qərarı etməməyə görə) törədilməsində təqsirli bilinərək, barəsində 2000 manat cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. FHN-nin qəbul etdiyi inzibati tənbeh vermə haqqında qərar ona rəsmi qaydada xx.xx.2023cü il tarixində təqdim edilmişdir. FHN TTNDA-nin inzibati tənbeh vermə haqqında qərarı ilə razı deyil, həmin qərar ləğv edilməlidir. Direktoru olduğu "xxxx" MMC, uzun illərdir respublikada bir çox dövlət əhəmiyyətli hündür mərtəbəli binaların tikintisini həyata keçirən inşaat şirkətidir. Tikinti sektorunda geniş təcrübəyə malik olan tikinti şirkəti olsa da, şirkətin indiyənədək xüsusi mülkiyyətində olan hər hansı bir ofisi yoxdur. Bu səbəbdən də, müəssisəyə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Aeroport-Mərdəkan yolu, Atçılığa gedən yol, 2-ci km, 10 ünvanında Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyası üzrə torpaq sahəsində (DƏDRX-nin ********** qey.nömrəli, xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən) yerləşən Anbar və İstehsalat Sahəsində ilkin olaraq ərazinin çəpərlənməsi, müvəqqəti komunikasiya xətlərinin, müvəqqəti yolların çəkilməsi, müvəqqəti anbar tipli sahələrin inşasını həyata keçirməyi planlaşdırmışlar. Belə xırda tikililər qanunvericiliklə yolveriləndir və hər hansı tikintiyə icazə alınması tələb edilmir. Bu cür tikililərin parametrləri və ölçüləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1-ci maddəsində nəzərdə tutulan hədləri keçmir və qanunvericiliyin tələbinə uyğun olaraq tikintisinə icazə tələb olunmur. Eyni zamanda, ərazidə gələcəkdə inşa olunması nəzərdə tutulan və tikintisinə icazə tələb olunan daimi anbar və istehsalat sahələrinin şəhərsalma əsaslandırılması yerinə yetirilərək Arxitektura və Şəhərsalma Komitəsindən təsdiqi alınmışdır və tezliklə müvafiq qurumlara təqdim olunacaqdır. Layihələr ekspertizadan keçdikdən və tikntiyə icazə aldıqdan sonra ərazidə qeyd olunan daimi bina və qurğuların tikinti-quraşdırma işləri başlanıla bilər. Lakin bütün bunlara baxmayaraq, FHN-nin TTNDA-nin nümayəndələri qeyri-qanuni olaraq əraziyə daxil olmuş, ərazidəki çəpərləmə, müvəqqəti kommunikasiya xətlərinin qurulması, müvəqqəti anbar-tipli sahələrin (navesli) qurulması işlərini daimi və icazə tələb olunan tikinti hesab etmiş və qərəzli olaraq işlərin dayandırılmasını tələb etmişdir. Müəssisənin vəzifəli və səlahiyyətli şəxsi olaraq ona heç bir dayandırma haqqında yazılı bildiriş və ya qərar rəsmi qaydada təqdim edilməmişdir. Bu səbəbdən də, qanunun bu tələbinə istinad edərək xəta törədilməsi ilə bağlı FHN-nin protokol tərtib edilməsi zəruriliyi qanuni hesab edilə bilməz, inzibati xəta haqqında iş üzrə qərarda qeyd olunan maddənin təsir dairəsinə düşmür və qeyd olunan normada tənzimlənən anlamda xəta sayılmır. Digər tərəfdən, YTN nin TTDNA-nin nümayəndələri tərəfindən barəsində İXM-nin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında MN ******* nömrəli protokol, mənim və yaxud müəssisənin səlahiyyətli şəxsinin iştirakı təmin edilmədən tərtib edilmişdir. Bundan başqa, FHN, və vəzifəli şəxs barəsində qərar qəbul etdiyi zaman, vəzifəli şəxsin iştirakı olmadan, araşdırma aparılmadan, akt tərtib edilmədən, törətdikləri əmələ görə vəzifəli şəxsi cərimə etmiş və nəticədə hüquqlarımın pozulması ilə nəticələnən qərar qəbul etmişdir. FHN-nin nümayəndələri tərəfindən yazılmış hər hansı birtərəfli sənəd (akt, protokol) isə sadəcə olaraq onların qərəzli yanaşmaların məhsulu olmuşdur. Belə olan halda, həmin qanunsuz protokol və qərar etibarsız sayılmaqla, onlar əsasında cərimənin tələb edilməsi qanunsuz hesab edilməlidir. İXM-nin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan...ibarətdir. Qeyd olunmalıdır ki, İXM-nin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Dövlət qeydiyyatına alındığı vaxtdan həmişə direktoru olduğum "xxxx" MMC tikinti şirkəti olaraq öz fəaliyyətini qanunvericiliyə uyğun həyata keçirməklə yanaşı sosial maraqlarının qorunması, işçilərin təminatı və təhlükəsiz əməyin təmin edilməsini prioritet tutaraq əmək münasibətlərini yüksək səviyyədə tənzimləyir. "xxxx" MMC, Azərbaycanın ən hündür binası olan “Baku Tovver” adlandırılan 277 metr hündürlüyə və mürəkkəb konstruktiv quruluşu malik olan 50 mərtəbəli X18 inşa etmiş, “X14” adlandırılan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 33 mərtəbəli inzibati binasının inşasını isə sıfırdan sonadək icra etmişdir. Bundan başqa da, müxlətif tikinti layihələrini beynəlxalq standartlara, tikinti norma və qaydalarına uyğun olaraq icra etmiş və müvəffəqiyyətlə təhvil vermişdir. "xxxx" MMC, bu kimi layihələndirmə və tikinti-quraşdırma işlərini aparmaq üçün lazım olan texniki bazaya və təcrübəyə malikdir. Bunları qeyd etməkdə məqsədimiz odur ki, icra etdiyimiz layihələrə, yerinə yetirdiyimiz inşaat işlərinə görə milyonlarla vergilər, rüsumlar ödəmişik. Bundan başqa, qeyri-neft sektorunun inkişaf etdirilməsində, çoxlu sayda işçilər götürməklə ölkəmizin əmək bazarında, iqtisadi və sosial inkişafında bir inşaat şirkəti kimi mühüm rolumuz vardır. Hesab edirik ki, möhtərəm Prezidentimizin ölkədə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar qərar və tələblərini nəzərə alaraq bizim kimi yerli istehsalı inkişaf etdirmək istəyən şirkətlərə köməklik göstərilməlidir. Ancaq çox təəsüf ki, FHN TTNDA-nin əməkdaşları, biz öz ərazimizdə yerə bir mıx vurmağa başlayan kimi heç bir səbəb olmadan bizim işlərə (çəpər və müvəqqəti kommunikasiya işləri) hər vəclə mane olur, qanuni fəaliyyətimizə əngəllik törədir. Qanunun tələbinə uyğun olmayan yoxlamalar ilə sahibkar kimi işimizi çətinləşdirir, fəaliyyətinə ziyan vurur, qeyri-qanuni inhisarçılığa yol açır. Sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı qanunvericilik yoxlamaların vahid məlumat reyestrində qeydiyyatının zəruriliyini nəzərdə tutur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometraflar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Sözügedən Qanunun 3.2-ci maddasinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik İcra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonrayoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cüm ədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometraiların, reydlərin, baxışların və s,) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Həmin Əsasnamənin 1.7-ci bəndinə əsasən, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Qanunun tələbindən göründüyü kimi, vahi məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Tikintiyə dövlət nəzarəti çərçivəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində tikinti işlərinə nəzarət funksiyasına malik subyekt olan FHN TTNDA-nin apardığı yoxlama barədə müəssisənin və ya səlahiyyətli nümayəndəsinin heç bir məlumatı olmamış və həmin yoxlama vahid məlumat reyestrində qeydə alındığı barədə müəssisəyə və ya səlahiyyətli nümayəndəsinə heç bir sənəd (çıxarış) təqdim edilməmişdir. Belə olan halda FHN-nin TTNDA tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Şikayət vermiş şəxs "xxxx" MMC-nin direktoru X4 məhkəməyə ərizə ilə müraciət edərək faktiki olaraq Şirvan şəhərində yaşaması səbəbindən aidiyyəti üzrə şikayətinə də Şirvan şəhər Məhkəməsində baxılmasını, işlərinin coxluğu ilə əlaqədar iclasları onun iştirakı olmadan keçirib, şirkətin nümayəndəsinin iştirakı ilə baxılıb şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs "xxxx" MMC-nin və direktoru X1 nümayəndəsi şikayəti müdafiə edərək Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarının ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin nümayəndəsi X12 izahat verərək bildirdi ki, "xxxx" MMC-nin direktoru X1 barəsində tərtib etmiş olduğu xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarı əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İnzibati protokolu tərtib etmiş Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. "xxxx" MMC-nin direktoru X1 nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolun tərtib edilmə tarixi göstərilməmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərara görünür ki, "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 2000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi xx.xx.2022-ci il tarixli tikintidə işlərin dayandırılması barədə 0888 nömrəli qərarın kserosurətindən görünür ki, "xxxx" MMC-nin sifarişçisi kimi göstərilmiş təyinatı məlum olmayan tikinti obyektində 1-ci mərtəbə səviyyəsində tikinti işləri aparılmağı aşkar edilmiş, obyektin tikintisinə icazə sənədinin agentliyinə təqdim edilməsinin təmin edilməsi barədə göstəriş verilmişdir. Qərarın qəbul etdi hissəsində aparıcı İnşaat mühəndisi X9- qeyd olunmuş lakin şəxsin qərarı qəbul etməsinə dair heç bir imzası mövcud deyil. Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi tərəfindən X2 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 31/01-119 nömrəli bildirişin surətindən görünür ki, barəsində İXM 394.0.7-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməsinə dair işə baxılması xx.xx.2023-cü il tarixə, saat 10:00-a təyin edilmişdir. (bildirişin şəxsə çatdırılmasını təsdiq edən xəbərnamə mövcud deyil.) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli 3-35/3-3-14/2023 nömrəli sərəncamından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırılma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”-nın 3.2-ci bəndinə uyğun olaraq aşağıda qeyd olunan tikinti obyektlərinə dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Aeroport-Mərdəkan yolu, Atçılığa gedən yolun 2-ci km, 10 ünvanında layihələndirilən bir mərtəbəli qeyri-yaşayış (anbar) binası. xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, MN ******* saylı protokolda adları qeyd olunan X8 və X10 "xxxx" MMC-nin işçiləri deyillər və heç vaxt "xxxx" MMC-də işləməyiblər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Aeroport-Mərdəkan yolu, Atçılığa gedən yol, 2-ci km, 10 ünvanda yerləşən əmlak kompleksi xüsusi mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İXM-nin 394.0.7-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunvericiliyin pozulmasına, yəni tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş yazılı göstərişlərinə və tikinti işlərinin dayandırılması ilə bağlı qərarlarına, habelə tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun həmin Məcəllə ilə müəyyən edilmiş yazılı göstərişlərinə və qərarlarına əməl etməməyə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 61.3-ci maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 100.1.8-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 105-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmənin iş üzrə mövqeyi və əsaslandığı hallar: Məhkəmə ilk öncə qeyd edir ki, şəxsin istənilən növ hüquqi məsuliyyətə cəlb edilməsinin əsası kimi məhz onun təqsirli olaraq törətdiyi qanun pozuntusu çıxış edir. Həmçinin İnzibati məsuliyyətə cəlb edilməsi də şəxsin inzibati xətalar məcəlləsi ilə nəzərdə tutulmuş əməli təqsirli olaraq pozmasında təzahür edir. Məsuliyyət məsələsinin əsas prinsiplərindən də biri isə məhz şəxsin özünün təqsirsizliyini sübuta yetirmək vəzifəsindən azad olunmasıdır. Şəxsin təqsirli olmasını isə təbii ki, bu məsuliyyətin olmasını iddia edən tərəf əldə etdiyi qanuni sübutlarla təsdiq etməlidir. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, inzibati məsuliyyətə cəlb edilərək barəsində inzibati tənbeh tətbiq edilmiş "xxxx" MMC-nin direktoru X4 bir vəzifəli şəxs kimi barəsində aparılan inzibati icraatdan, şirkətə məxsus ərazidə aparılan tikinti işləri ilə əlaqədar müvafiq orqanın - işlərin dayandırılmasına dair qərarından məlumatı olmamış, sonradan barəsində inzibati tənbeh almasını bilmişdir. Həmçinin məhkəmə səlahiyyətli orqanın aşkar etdiyi pozuntu ilə əlaqədar apardığı rəsmiləşmə işlərinin, tərtib etdiyi sənədlərin ziddiyyətli olmasını, inzibati xəta haqqında protokolda tarixin göstərilməməsini, qəbul edilmiş heç bir rəsmi qərar və protokolun şəxsə inzibati qanunvericiliklə imperativ qaydada nəzərdə tutulmuş formada təqdim edilməməsini diqqətdən qaçırmır və məhkəmə - aparılmış araşdırmanın birtərəfli olmaqla şəxsin qanunla nəzərdə tutulmuş hüquq və mənefeyinə zidd həyata keçirilməsi səbəbindən və inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməli olması prinsipindən yanaşılaraq şikayəti əsaslı hesab edir. Qeyd olunanları ümumiləşdirərək məhkəmənin qənaəti bundan ibarətdir ki, şikayət təmin edilməli, "xxxx" MMC-nin direktoru X1 İXM-nin 394.0.7-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli MN ******* qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133,134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARALDİ: Şikayət təmin edilsin. X1 İXM-nin 394.0.7-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli MN ******* qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardan Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar