Məhkəmə qərarları › İş №3(032)-848/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-848/2025

20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-848/2025 20.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X5 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şirvan Şəhər Məhkəməsinin 2(032)-988/2015 nömrəli, xx.xx.2015-ci saylı icra sənədinin X6 tərəfindən icra edilməməsinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X8 protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)- 988/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə borclu X2 xx.xx.2015-ci il tarxdən hesablanmaqla hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq iş üzrə tələbkar X1 ödənilməlidir. İcra sənədi üzrə borcluya “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra vərəqəsi icra olunmamışdır. Tərəfimizdən borclunun müvafiq təşkilatalara edilmiş əmlak sorğuları nəticəsində borclunun adına heç bir əmlak aşkar olunmamışdır. İcra sənədi üzrə borclu X4 hüquq və vəzifələri, eləcə də aliment öhdəliyini yerinə yetirmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsinə dair xəbərdar edilməsinə baxmayaraq keçən müddət ərzində aliment üzrə ödənişlərini tam şəkildə etməmiş, nəticədə aliment üzrə borcu yaranmışdır. Borclu icra məmurunun çağırışlarına gəlmədiyindən, eləcə də, onun yaşayış yerini müəyyən etmək mümkün olmadlığından barəsində xx.xx.2015-ci il tarixində “borclunun axtarılması” barədə qərar qəbul edilmişdir. İcra tədbirləri nəticəsində borclunun xx.xx.2025-ci il tarixinə cəmi 19600 manat aliment borcu olduğu məlum olmuşdur. İş üzrə tələbkar dəfələrlə şöbəyə yazılı və şifahi müraciətlər edərək yaranmış aliment borcunu tələb etmişdir. Beləliklə, X6oğluna dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də, məhkəmədən borclu X3 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 verdiyi izahatında bildirdi ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-988/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə borclu X2 xx.xx.2015-ci il tarxdən hesablanmaqla hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq iş üzrə tələbkar X1 ödənilməlidir. O uzun illdədir xərçəng xəstəliyindən əziyyət çəkdiyini və müalicə üçün Rusiya federasiyasında olduğunu və orada dövlət hesabına müalicələr aldığını bildirmişdir. Artıq səhətinin yaxşılaşdığını və işləyərək aliment borcunu hisssə-hissə ödəyəcəyini bildirmişdir. Borcu tam şəkildə ödəməyə hazırda maddi imkaı olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan Şəhər Məhkəməsinin 2(032)-988/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə borclu X2 xx.xx.2015-ci il tarxdən hesablanmaqla hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq iş üzrə tələbkar X1 ödənilməlidir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Şirvan Şəhər Məhkəməsinin 2(032)-988/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, borclu Şirvan Şəhər Məhkəməsinin 2(032)-988/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra vərəqəsi üzrə tələbin könüllü icrası ilə bağlı məlumatlandırılmışdır. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsi xx.xx.2015-ci il tarixində “borclunun axtarılması” barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X4 mədə xərçəngi və regional limfa düyünlərinin böyüməsi diaqnozu qoyulmuşdur. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 31-33-cü маддяляриня мцвафиг олараг инзибати щябс тятбиг едяркян хятанын характериni, şəxsin törətmiş olduğu əməlinə münasibətini, çıxarılmış məhkəmə qərarının uzun müddət icra olunmaması və şəxsin heç bir üzrlü səbəbi olmadan icrasından boyun qaçırmasını, həmçinin иш цзря мясулиййяти йцнэцлляшдирян və ağırlaşdıran halların olmaması məhkəmə tərəfindən нязяря алыnır. Məhkəmənin mövqeyi: Şirvan Şəhər Məhkəməsinin 2(032)-988/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qərarı ilə X2 hər ay 200 manat aliment tutulması müəyyən edilmişdir. İcraata başlanılmış, borclu könüllü icra barədə məlumatlandırılmış, lakin uzun müddət ərzində qərarın icrasından yayınmış, nəticədə 19600 manat aliment borcu yaranmışdır. Bu faktla onun qanuni öhdəliklərini yerinə yetirmədiyi sübuta yetirilir. Borclu məhkəmədə bildirib ki, uzun illərdir mədə xərçəngindən əziyyət çəkir, Rusiya Federasiyasında dövlət hesabına müalicə alıb. İş materiallarına əlavə edilmiş tibbi sənədlərdən onun xəstəliyi təsdiqlənir. Bu hal, şübhəsiz ki, onun əmək qabiliyyətinə təsir etmiş və müvəqqəti olaraq alimenti ödəməsinə mane olmuşdur. Lakin həmin xəstəliyin mövcudluğu tam şəkildə aliment öhdəliyindən azad etmir, sadəcə onun təqsirinin dərəcəsini qiymətləndirərkən nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, borclunun uzun müddət alimenti ödəməməsi qanuni öhdəliyin pozulmasıdır. Bu, aliment hüququndan istifadə edən uşaqların mənafeyinə ziddir və icra intizamını ciddi şəkildə pozur. Lakin şəxsin ağır xəstəlikdən əziyyət çəkməsi, müalicədə olması, əmək fəaliyyətini davam etdirə bilməməsi onun təqsirini tamamilə aradan qaldırmasa da, dərəcəsini yüngülləşdirir. Bu şəraitdə ən ağır tənbeh olan inzibati həbsin tətbiqi məqsədəuyğun hesab edilmir, çünki şəxsin sağlamlıq durumu və real vəziyyəti nəzərə alınanda bu, həm humanist prinsiplərə, həm də tərbiyəedici məqsədə uyğun olmaz. Digər tərəfdən, heç bir tədbir görməmək də icra intizamının təmininə zərbə vurar. Ona görə də pul cəriməsi tətbiq olunması daha məqsədəuyğun hesab edilir. Bu həm şəxsi məsuliyyətə cəlb edir, həm də gələcəkdə öhdəliyin icrasına stimul yaradır. Beləliklə, məhkəmə nəticəyə gəlir ki, X6 tərəfindən icra sənədinin uzun müddət icra olunmaması İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı təşkil edir. Lakin onun ağır xəstəlik keçirməsi və müalicədə olması məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Bu səbəbdən, iş üzrə inzibati tənbeh tədbiri kimi cərimə tətbiq edilməsi məqsədəuyğun hesab olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar