Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-856/2023 13.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədirliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində iş üzrə icraat aparılan şəxs X4 iştirakı ilə xx.xx.1976-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan X4 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: X7 13 iyul 2023-cü il tarixdə saat 03:20-də şəhərin M.Maqomayev küçəsində səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 13 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 izahat verərək bildirdi ki, Ağayeva Elbəniz adlı qadınla bir neçə ildir ki, qeyri-rəsmi yaşayır. Bu illər ərzində mütəmadi olaraq söz söhbətləri olub. xx.xx.2023-cü il tarixdə Elbənizin qardaşı ilə spirtli içki qəbul etmişlər. Səsküy salaraq Elbənizlə dalaşmışlar. Elbəniz polis şöbəsinə zəng etmiş, polis əməkdaşları gəlib onu PŞ-yə aparmışlar. Əməlindən peşmandır. Şirvan şəhər Polis Şöbəsinin YYÇQ-nin inspektoru, polis kiçik leytenantı X13 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 03:20-də Şirvan ŞPŞ-nə DİN-in “102” xidmətindən X5 X7 tərəfindən narahat edilməsi ilə bağlı daxil olmuş məlumatla əlaqədar ünvan 2 ünvanına gəlmişlər. Orada X1 yerə səs-küy salaraq ucadan nalayiq söyüşlər söydüyünü görmüşlər. X11 Azayeva Elbənizə hücum çəkirmiş. X2 etdiyi qanunsuz əmələ son qoymasını tələb etsə də, sonuncu onlara müqavimət göstərmiş, polis əməkdaşlarına nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən də həmin şəxs tərəflərindən Şirvan ŞPŞ-nin Növbətçi Hissəsinə dəvət olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə qeyri-rəsmi yaşadığı X7 tərəfindən narahat edilmiş, sonra Şirvan şəhər Polis Şöbəsinin DİN 102 xidmətinə zəng etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 13 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolda X4 13 iyul 2023-cü il tarixdə, saat 03:20 radələrində polisin qanuni tələbinə tabe olmaması və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 03:20-də Şirvan ŞPŞ-nə DİN-in “102” xidmətindən X5 X7 tərəfindən narahat edilməsi ilə bağlı daxil olmuş məlumatla əlaqədar ünvan 2 ünvanına gəlmişlər. Orada X1 yerə səs-küy salaraq ucadan nalayiq söyüşlər söydüyünü görmüşlər. X11 Azayeva Elbənizə hücum çəkirmiş. X2 etdiyi qanunsuz əmələ son qoymasını tələb etsə də, sonuncu onlara müqavimət göstərmiş, polis əməkdaşlarına nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən də həmin şəxs tərəflərindən Şirvan ŞPŞ-nin Növbətçi Hissəsinə dəvət olunmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X7 xx.xx.2023-cü il tarixdə, saat 04:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, iş üzrə məsuliyyəti yüngülləşdirən halların olmaması, eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi iş üzrə məsuliyyəti ağırlaşdıran hal olması nəzərə alınır. Məhkəmə icraat iştirakçılarının izahatlarına, iş materiallarına obyektiv və hərtərəfli qiymət verərək belə hesab edir ki, X7 İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməsi yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapmışdır və bu səbəbdən inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, həmçinin törətmiş olduğu əmələ münasibətini nəzərə alaraq məhkəmə belə qənayətə gəlir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq, X9 qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından onun barəsində inzibati həbs növündə tənbeh tədbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər,sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən X4 barəsində minimum həddə inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128- 130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 13 iyul 2023-cü il tarixdən, saat 04:30-dan hesablansın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-856/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-856/2023
13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver