Məhkəmə qərarları › İş №3(032)-859/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-859/2023

13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-859/2023 13.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə xx.xx.1966-cı ildə Şirvan şəhərində anadan olmuş, subay, orta təhsilli, Şirvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X2 tərəfindən tərtib edilmiş 13 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokola görə, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs Xanəli qızını döyərək ona qəsdən fiziki ağrı yetirmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhərindən gəlmış, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsinə evinə gəlmiş, həyətdə əkilən ağacları, çöl heyvanlarının məhv etdiyini, evin həyətinin baxımsız vəziyyətdə olduğunu görərək hirslənmiş, arvadına sillə vurmuş, əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş qismində ifadə vermiş Zərərçəkmiş şəxs Xanəli qızı bildirdi ki, 15 ildir ki, həyat yoldaşı Şəxs ilə evlidir. Övladları yoxdur. Elman 5 ildir ki, onu atıb Bakı şəhərində yaşamış, hazıda evlənmiş, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində öz adına olan evdə yaşayır. Həmin evin onun adına olduğunu, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində evində olarkən Elman evə gəlmiş, həyətdə onu söyüb təhqir etməyə başlamış, ona iradını bildirmiş, Elman üstünə hücum etmiş, onun üzünə şillə vurmuş və arxaya gedərkən müqavimətini itirərək yerə yıxılmış, sonra Elman onun bədən nahiyyəsinə yerdə təpik vurmuş, daha sonra Elman yenidən həyat qurduğu arvadını da götürüb çııxb getmiş, mübahisə zamanı ətrafda sadəcə Elmanın yeni ailə qurduğu həyat yoldaşı olmuş, Elman ona 1 sillə və 1 təpik zərbəsi vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs Xanəli qızı ərizə təqdim edərək Şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 13 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs 14 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Xanəli qızını döyərək ona qəsdən fiziki ağrı yetirməsi və bununla da Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yaşayan X3 xx.xx.2023-cü il tarixdə DİN-in “102” xidmətinə zəng edərək, xalasının əri Elmanın, xalası Reyhanı döyməsi barədə məlumat vermişdir. Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekpertiza və X1 X4 275 N-li, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs Xanəli qızının bədən səthində aşkar olunan xəsarətlər-sağ gözaltı nahiyyədə, sağ üzdə qançırlar-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 14 iyun 2023-cü il tarixdə əmələ gələ bilər. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə,xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta törədən Şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs Xanəli qızı ilə barışdığından işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, Q Ə R A R V E R D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın sürəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar