Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-86/2024 01.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Baş X3 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ19028805 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası Baş X3 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 19028805 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətə görə xx.xx.2024-cü il tarixdə Hacıqabul-Şirvan yolunun 2-ci kmdə quraşdırılmış videonəzarət kamerası vasitəsi ilə idarə etdiyi ** OG *** dövlət qeydiyyat nişanlı Hyundai Accent markalı minik avtomobilinə yol hərəkətinin qayda pozuntusunu əks etdirən elektron qərar tərtib edilərək cərimə yazılmışdır. “Asan ödəniş” sisteminə daxil edilmiş cərimə barədə məlumatlarda inzibati xəta hadisəsinin elektron qərarı və videogörüntüsü daxil edilməmişdir. Daxil edilmiş fotogörüntülərə və elektron qərara nəzər yetirdikdə inzibati xətanın müəyyən edildiyi tarixin xx.xx.2024-cü il saat 14.35 göstərildiyi, lakin elektron qərarın isə xx.xx.2024-cü il saat 22.12 tarixində (xətanın qeyd edildiyi vaxtdan 6 saat sonra) təsdiqləndiyi, görüntülərin və qərarın əsassız və qanunazidd olduğu aydın görünür. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş şikayət vermiş şəxs X1 məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası İXM-nın 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş qərarı qəbul etmiş Azərbaycan Respublikası Baş X3 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli EQ 19028805 nömrəli qərarın surətindən görünür ki, X1 idarə etdiyi Hyundai Accent minik markalı ** OG *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə saat 22:12:27-də Hacıqabul-Şirvan yolunun 2-ci km-də saat 14:44 əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulmasına görə 80 manat məbləğində cərimə tətbiq edilmişdir. Şikayət vermiş şəxs X1 xx.xx.2024-cü il tarixdə Şirvan şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, onun inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair verdiyi şikayətin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Beləliklə İXM-yə əsasən qərardan şikayətə baxılması həmin qərardan şikayət verən tərəfin iradəsindən asılıdır. Bu səbəbdən də şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə hesab edir ki, X1 şikayətin baxılmadan geri qaytarılması barədə ərizə verdiyindən şikayət baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 tərəfindən Azərbaycan Respublikası Baş X3 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 19028805 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-86/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-86/2024
01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver