Məhkəmə qərarları › İş №3(032)-86/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-86/2025

11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-86/2025 11.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, X1 iştirakı ilə, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı, xx.xx.2025-ci il tarixli, TP ******* saylı, xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli və xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X8 şikayətlə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı, xx.xx.2025-ci il tarixli, TP ******* saylı, xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli və xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci ildə saat 16.51-də Bakı şəhəri, Dəmiryolçular 3 ünvanında Vİ Tağım YPX-nin inspektoru polis baş X2 tərəfindən barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşudur. Həmin inzibati xəta haqqında protokola əsasən idarə etdiyi "MERCEDES BENZ" markalı ** OY *** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsinə əsasən 400 manat məbləğində cərimə olunmuş və bununla əlaqədar barəsində xx.xx.2025-ci ildə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Daha sonra, xx.xx.2025-ci ildə saat 15.39-da Şirvan şəhəri, H.Əliyev prospektində YPX-nin İnzibati Qrup polis mayoru X6 tərəfindən barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən idarə etdiyi "MERCEDES BENZ" markalı ** OY *** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsinə əsasən 400 manat məbləğində cərimə olunmuş və bununla əlaqədar barəsində xx.xx.2025-ci ildə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Daha sonra, xx.xx.2025-ci ildə saat 15.46-da Şirvan şəhəri, H.Əliyev pr ünvanında YPX-nin İnzibati Qrup polis mayoru X6 tərəfindən barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tortib olunmuşudur. Həmin inzibati xəta haqqında protokola əsasən idarə etdiyi "MERCEDES BENZ" markalı ** OY *** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsinə asasən 400 manat məbləğində cərimə olunmuş və bununla əlaqədar barəsində xx.xx.2025-ci ildə TP 993554 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. xx.xx.2025-ci ildə, saat 15:48-də Bakı-Qazax yolu 80.5 kmdə YPX-nin İnzibati Qrup polis nayoru X6 tərəfindən barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşudur. Həmin inzibati xəta haqqında protokola əsasən idarə etdiyi "MERCEDES BENZ” markalı ** OY *** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsinə əsasən 400 manat məbləğində cərimə olunmuş və bununla əlaqədar barəsində xx.xx.2025-ci ildə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında şikayət verən şəxs X8 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində bildirmişdir ki, 17 yanvar 2025ci il tarixdə atasının idarə etdiyi avtomobili atasının sürücülük vəsiqəsinin müddəti bitdiyindən sonuncu dəfə inzibati qaydada cərimələndikdən sonra avtomobili idarə etmək hüququ olduğundan özü idarə etmişdir. Belə ki, 17 yanvar 2025-ci il tarixdə yol patrul inspektoru atasını cərimələmiş lakin həmin vaxt atasının yanında olduğu üçün atası idarəetmədən kənarlaşdırılsa da həmin vaxtdan etibarən avtomobil onun tərəfindən idarə olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin qərarı qəbul etmiş orqanın əməkdaşı gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayətçinin izahatını, işdə olan sənədləri nəzərdən keçirib, sübutlara qiymət verərək hesab edir ki, şikayət aşağıda əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərara əsasən X8 xx.xx.2025-ci il tarixində, saat 16:51-də Bakı Dəmiryolçular (Sanqaçal), 3, GPS:40.1456951, 49.4525696 ərazisində ** OY *** dövlət qeydiyyat nömrəli “Mercedes Benz E350” minik markalı nəqliyyat vasitəsini idarə edərkən AR İXM 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə 400 manat məbləğində cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərara əsasən X8 xx.xx.2025-ci il tarixində, saat 15:39-da Şirvan şəhəri, H.Əliyev prospektində ** OY *** dövlət qeydiyyat nömrəli “Mercedes Benz E350” minik markalı nəqliyyat vasitəsini idarə edərkən AR İXM 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə 400 manat məbləğində cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərara əsasən X8 xx.xx.2025-ci il tarixində, saat 15:39-da Şirvan şəhəri, H.Əliyev prospekti xx.xx.2024 15:52:00 istiqamətində ** OY *** dövlət qeydiyyat nömrəli “Mercedes Benz E350” minik markalı nəqliyyat vasitəsini idarə edərkən bu məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə 400 manat məbləğində cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərara əsasən X8 xx.xx.2025-ci il tarixində, saat 15:48-də Bakı-Qazax yolu 80.5 km (xx.xx.2025 saat 15:39:08) istiqamətində ** OY *** dövlət qeydiyyat nömrəli “Mercedes Benz E350” minik markalı nəqliyyat vasitəsini idarə edərkən bu məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş AE seriyalı 512560 nömrəli sürücülük vəsiqəsindən görünür ki, X3 hüququ xx.xx.2024-cü il tarixdə başa çatmışdır. İş materiallarına əlavə edilmiş ƏN626820 nömrəli Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında Etibarnamədən görünür ki, 90OY479 dövlət qeydiyyat nişanlı “Mercedes Benz E350 markalı avtomobil mülkiyyətçi X15 tərəfindən X9 etibar edilmişdir. İş materiallarına əlavə edilmiş ƏN334064 “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamədən görünür ki, 90OY479 dövlət qeydiyyat nişanlı “Mercedes Benz E350 markalı avtomobil mülkiyyətçi X15 tərəfindənidarə edilməsi üçün X10 etibar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin bu məcəllənin 332.2-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə- iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.3-cü maddəsinə əsasən bu məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikas İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Əks halda İXM-nin 124.3, 124.4-cü maddələrinin, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki, barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X11 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Şəxs protokolla razılaşmadıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir; 80.2-ci maddəsinə görə sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; İş materiallarına əlavə edilmiş etibarnamədən və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə 90OY479 dövlət qeydiyyat nişanlı “Mercedes Benz E350 markalı avtomobil X16 tərəfindən idarə edilmiş və həmin tarixdə avtomobilin digər istifadəçisi X8 tərəfindən sürülməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə iclasında sürücü X4 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması halları ilə bağlı barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı, xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli və xx.xx.2025ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlar qanuni və əsaslı olmadığından ləğv edilməklə sonuncu tərəfindən verilmiş şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti qismən təmin edilməli, Vİ X24 Xidməti İnspektoru Polis Baş X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli və xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlar ləğv edilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X8 barəsində Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı, xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli və xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar