Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-861/2023 14.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1984-cü ildə Hacıqabul rayonunda anadan olmuş, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 14 iyul 2023-cü il tarixdə, saat 03:30 radələrində şəhərin H.Əliyev prospektində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 14 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və şahidin ifadəsi, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində şəhərin H.Əliyev prospektində yerləşən “001” kafesinə istirahət etmək üçün getmiş, həmin kafedə bir qədər spirtli içki qəbul etdikdən sonra kafenin qarşısında dayanıb taksiyə minmiş, oradan uzaqlaşmışdır. Daha sonra taksi marketin qarşısında saxlamış və sürücü marketə girmişdir. Bu zaman onun əhvalı yaxşı olduğu üçün maşında mahnı qoyaraq çöldə oynamağa başlamışdır. Polis əməkdaşları ona yaxınlaşaraq səs-küy salmamağını bildirmişlər. Polis əməkdaşları ilə mübahisə etmişdir. Əməlindən peşmandır. Şirvan şəhər PŞ-nin CAB-in əməliyyat müvəkkili polis leytenantı X1 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 03:30 radələrində şəhərin H.Əliyev prospektində “VAZ 2107” markalı avtomobildən bir nəfər şəxsin aşağı enərək maqnitafona yüksək səs verdiyini və ucadan səs-küy salaraq rəqs etdiyini müşahidə etmiş, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, bu hərəkətlərini dayandırmasını tələb etmiş, lakin o, polisin qanuni tələblərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərinə davam etmişdir. Polislə mübahisə etməyə başlamış, tərəflərindən polis şöbəsinə gətirilmişdir. Orada məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 14 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs 14 iul 2023-cü il tarixdə polisin qanuni tələbinə tabe olmaması və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 14 iyul 2023-cü il tarixli, 184 saylı tibbi müayinəsi protokolundan görünür ki, Şəxs yüngül dərəcəli sərxoşluq müəyyən edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 03:40-da inzibati qaydada tutulmuşdur. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində şəhərin H.Əliyev prospektində yerləşən “001” kafesinə istirahət etmək üçün getmiş, həmin kafedə bir qədər spirtli içki qəbul etdikdən sonra kafenin qarşısında dayanıb taksiyə minmiş, oradan uzaqlaşmışdır. Daha sonra taksi marketin qarşısında saxlamış və sürücü marketə girmişdir. Bu zaman onun əhvalı yaxşı olduğu üçün maşında mahnı qoyaraq çöldə oynamağa başlamışdır. Polis əməkdaşları ona yaxınlaşaraq səs-küy salmamağını bildirmişlər. Əməlindən peşmandır. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hazırki iş üzrə xəta törədən şəxsin törətdiyi əməli səmimi etiraf etməsi, əməlindən peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olması və sərxoş vəziyyətdə olması məsuliyyəti ağırlaşdıran hallardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əməlindən peşmançılığını, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 31.4- 1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-861/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-861/2023
14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver