Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-861/2025 03.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi , Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şikayət vermiş şəxs X4 şikayət ərizəsi verərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir . Şikayətə görə barəsində İXM-nin 254.3-cü maddəsi ilə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi inzibati təhbeh vermə haqqında qərar vermişdir. Bir ay bundan əvvəl onun yaşadığı mənzilə sonradan onun təkidi ilə özlərini 3 saylı 7 Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları kimi təqdim edən şəxslər gəlmişdir. Onlar ona bildirmişlər ki, yaşadığı binanın qarşısında olan, agacın budağını guya o kəsmiş və buna görə onu cərimə edəcəklər. O öz növbəsində bildirmişdir ki, o heç bir ağac budağı kəsməmiş və ümumiyyətlə o bunu etmək üçün heç evində alətində yoxdur. Yaşayış binasının qarşısında ağac budağını kimsə kəsib, bundan heç umumiyyətlə onun xəbəri yoxdur. Onun yaşadığı bina çoxmənzilli binadır və burda yüzlərlə adam yaşayır. Lakin buna məhəl qoymayan ekologiya əməkdaşları getmişlər. O öz növbəsində narahat olmuşdur ki, necə olur onun etmədiyi bir əməli və işi onun adına niyə yazmalıdırlar ki ? Bu səbədən o 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati binasına getmiş və orada məsələni aydınlaşdrmaq istəmişdir. İlk öncə idarə rəhbəri onu qəbul etməmiş, sonra onun təkidindən sonra onu qəbul etmişdir. O öz növbəsində onun ağacı budağını kəsməyinə dair hər hansı bir sübutun olub-olmaması və ya hər yansı şahidin olub-olmamasını soruşmuşdur. Lakin orada ona bildirmişlər ki , belə bir sübut mövcud deyil. Məsərə ilə bağlı o Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 Qaynar xəttinə zəng etmiş və şikayətini bildirmişdir. Bundan sonra 19 avqust 2025-ci il tarixdə ona rəsmi olaraq inzibati tənbeh haqqında qərar göndərilmişdir. Onun barəsində 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati təhbeh vermə haqqında qərar qanunsuzdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qərardan şikayət verən şəxs X2 məhkəmə bildirişi göndərilmiş, lakin X4 məhkəmə iclasına gəlməmiş , ərizə verərək məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir . Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 izahat verərək bildirdi ki, 18 iyul 2025-ci il tarixində Şirvan şəhərində keçirilən nəzarət tədbirləri zamanı Şirvan şəhəri H.Əliyev prospekti 44 ünvanında 1 ədəd köküstü yaş tut ağacının mövsümi olmayan dövrdə aqrotexniki qaydalara riayət etmədən qolbudağının kəsilməsi faktı müəyyən edilmişdir. Araşdırma zərurəti ilə əlaqədar Şirvan şəhər Mənzil İstismar İdarəsinin 7-ci sahə üzrə rəisi Çingiz İsgəndərovla əlaqə saxlayan zaman o bu xətanın ünvan 2 ünvanında yaşayan X4 tərəfindən törədildiyini bildirmişdir. Murad Muradovnan əlaqə saxlayan zaman o həmin ağacın qol-budağının qurutmaq məqsədi ilə asdığı paltarlara mane törətdiyini şifahi şəkildə onlara bildirmişlər. Araşdırma zərurəti ilə əlaqədar Murad Muradovdan yazılı formada izahat verməsi xahiş olunsa da o izahat verməyəcəyini bildirmişdir. Şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən : Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində fiziki şəxs qismində 100 (bir yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttiş Sami Məmmədovun və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttiş Ramazan Əliyevin iştirakı ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli 91010 nömrəli aktın surətindən görünür ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 211 nömrəli Sərəncamına əsasən “ X6 haqqında”, “Yaşıllıqların Mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarını və bu sahədə qəbul edilmiş digər normativ hüquqi aktları rəhbər tutaraq 18 iyul 2025-ci il tarixində Şirvan şəhərində keçirilən nəzarət tədbirləri zamanı Şirvan şəhəri H.Əliyev prospekti 44 ünvanında 1 ədəd köküstü yaş tut ağacının mövsümi olmayan dövrdə aqrotexniki qaydalara riayət etmədən qolbudağının kəsilməsi faktı müəyyən edilmişdir. Araşdırma zərurəti ilə əlaqədar Şirvan şəhər Mənzil İstismar İdarəsinin 7-ci sahə üzrə rəisi Çingiz İsgəndərovla əlaqə saxlayan zaman o bu xətanın ünvan 2 ünvanında yaşayan X4 tərəfindən törədildiyini bildirmişdir. Murad Muradovnan əlaqə saxlayan zaman o həmin ağacın qol-budağının qurutmaq məqsədi ilə asdığı paltarlara mane törətdiyini şifahi şəkildə onlara bildirmişlər. Araşdırma zərurəti ilə əlaqədar Murad Muradovdan yazılı formada izahat verməsi xahiş olunsa da o izahat verməyəcəyini bildirdi. Muradov Murada mövcud qanunvericiliyin tələbləri izah olunaraq barəsində inzibati xəta haqqında protokolun tərtib olunacağı bildirilmişdir. Bununla da müəyyən olunmuşdur ki, Muradov Murad Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli Yaşıllıqların götürülməsi Qaydasının 4.6.4-cü bəndinin tələblərini pozmuşdur. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.12-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi - bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbir. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi) rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanları) və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. Həmin Qanunun 13.5-ci maddəsinə əsasən qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. İnzibati xəta hadisəsinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xəta törətməsini təsdiq edən sübutlar təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb olunmuş X1 təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Məhkəmə xx.xx.2025-ci il tarixli 91010 nömrəli akta münasibətdə bildirir ki, aktı tərtib edən şəxslər inzibati xəta hadisəsinin məhz X4 tərəfindən baş verməsi anının şahidi olmadığından və aktı Şirvan şəhər Mənzil İstismar İdarəsinin 7-ci sahə üzrə rəisi Çingiz İsgəndərovun dediklərinə əsasən tərtib etdiklərindən həmin sənədi mötəbər sübut kimi qəbul etmir. Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqından: iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 253.4-cü maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların zədələnməsinə görə - fiziki şəxslər yüz manat miqdarında, vəzifəli şəxslər iki yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarındanyuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi əsasdır; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, habelə onun təqsirli olmasını sübut etmək vəzifəsi inzibati xəta haqqında iş üzrə icraata başlamış səlahiyyətli orqanın (vəzifəli) şəxsin üzərinə düşdüyündən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, təqsirliliyi sübuta yetirilmədiyindən X1 şikayəti təmin olunmalı, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-861/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-861/2025
03.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver