Məhkəmə qərarları › İş №3(032)-863/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-863/2023

14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-863/2023 14.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədirliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1977-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağcabədi rayonu, 704 saylı H/H inzibati binasında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 14 iyul 2023-cü il tarixdə saat 15:30-da şəhər ərazisində ucadan səs-küy salmış və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 14 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, yoldaşı onlayn qaydada pul götürdüyü üçün aralarında mübahisə yaranmış, xx.xx.2023-cü il tarixdə ünvanına polis əməkdaşları gəlmiş, yoldaşı ondan xəbərsiz polisə getdiyi üçün əsəbləşmiş, bu zaman polis əməkdaşları ünvanında olan zaman aşağı düşmüş, polis əməkdaşlarına qarşı hörmətsizlik etmiş, əməlindən peşmandır. Şirvan şəhər Polis Şöbəsinin NH-nin sürücüsü X5 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Şirvan ŞPŞ-nin istintaq əməliyyat qrupunun üzvü olduğu zaman ünvan 1 ünvanında yaşayan X1 ŞPŞ-yə ərizə ilə müraciət edərək əri Şəxs onu və övladlarını söyməsi, narahat etməsi barədə məlumat vermiş, ərizə əsasında onunla birlikdə yaşadıqları ünvana getmiş, binanın giriş hissəsində Şəxs arvadı Mətanət Mehraliyevanı görən zaman ucadan nalayiq ifadələr işlədərək söymüş, təhqir etmişdir. Bu vaxt özlərini təqdim etmək istədikdə Şəxs onların xidmət etdikləri orqanın ünvanına xoşagəlməz ifadələr işlədərək, blokdan çıxmağa başlamışdır. Onu dəfələrlə nizam-intizama dəvət etsələr də öz əməlini davam etdiyindən tərəflərindən polis şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə əri Şəxs onu və övladlarını söymüş, narahat etmiş, sonra Şirvan şəhər Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 14 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs 14 iyul 2023-cü il tarixdə, saat 15:30-da şəhər ərazisində ucadan səs-küy salması, polisin qanuni tələbinə tabe olmaması və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Şirvan ŞPŞnin istintaq əməliyyat qrupunun üzvü olduğu zaman ünvan 3 ünvanında yaşayan X1 ŞPş-yə ərizə ilə müraciət edərək əri Şəxs onu və övladlarını söyməsi, narahat etməsi barədə məlumat vermiş, ərizə əsasında onunla birlikdə yaşadıqları ünvana getmiş, binanın blok hissəsində Şəxs arvadı Mətanət Mehraliyevanı görən zaman ucadan nalayiq ifadələr işlədərək söymüş, təhqir etmişdir. Bu vaxt özlərini təqdim etmək istədikdə Şəxs onların xidmət etdikləri orqanın ünvanına xoşagəlməz ifadələr işlədərək, blokdan çıxmağa başlamışdır. Onu dəfələrlə nizam-intizama dəvət etsələr də öz əməlini davam etdiyindən tərəflərindən polis şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hazırki iş üzrə xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. Məhkəmə icraat iştirakçılarının izahatlarına, iş materiallarına obyektiv və hərtərəfli qiymət verərək belə hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməsi yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapmışdır və bu səbəbdən inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, həmçinin törətmiş olduğu əmələ münasibətini nəzərə alaraq məhkəmə belə qənayətə gəlir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından onun barəsində inzibati həbs növündə tənbeh tədbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər,sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs barəsində minimum həddə inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128- 130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 14 iyul 2023-cü il tarixdən, saat 15:30-dan hesablansın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar