Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-863/2025 03.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "xxxx" MMC-nin sahə rəisi Şəxs, Protokolu tərtib etmiş şəxs Azərbaycan Azərbaycan Dövlət X9 yanında Suların İstifadəsinə və X3 Xidməti 4 saylı X2 aparıcı məsləhətçi-müfəttiş X4 iştirakı ilə, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin sahə rəisi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə Azərbaycan Azərbaycan Dövlət X9 yanında Suların İstifadəsinə və X3 Xidməti 4 saylı X1 daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin sahə rəisi Şəxs izahat verərək bildirdi ki, "xxxx" MMC-nin sahə rəisi vəzifəsində çalışır. Hazırda Şirvan şəhəri, Sahib Zeynalov küçəsində yerləşən X7 İdarəsinin təmir tikinti işlərini "xxxx" MMC həyata keçirir. Həmin ərazidə maye tullantılarının axıdılması üçün layihəyə uyğun şambonun tikilməsi üçün vəsait ayrılsa da vaxt məhdudiyyəti ilə əlaqədar yerinə yetirə bilməmişdir. Əməlindən peşmandır, aşağı həddə cərimə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Azərbaycan Azərbaycan Dövlət X9 yanında Suların İstifadəsinə və X3 Xidməti 4 saylı X2 aparıcı məsləhətçi-müfəttiş X8 izahat verərək bildirdi ki, Şirvan şəhəri Sahib Zeynalov küçəsində "xxxx" MMC-yə məxsus müşahidə məlumatı araşdırılmış, araşdırma zamanı əraziyə baxış keçirilmişdir. Keçirilən baxış zaman "xxxx" MMC-yə məxsus müvəqqəti yerləşmə binalarının arxa hissəsində qüsdar üsulla hazırlanmış quyuya formalaşan maye tullantılarının axıdılması müəyyən olunmuşdur. Müəyyən olunmuş halla bağlı "xxxx" MMC-nin sahə rəisi Şəxs izahat verərək "xxxx" MMC tərəfindən lahiyəyə uyğun şambonun tikilməsi üçün vəsait ayrılsa da vaxt məhdudiyyətindən işi icra edə bilmədiyini , yaxın zamanda nöqsanın aradan qaldırılacağını qeyd etmişdir. Bununla da “Su Məcəlləsinin” 103-cü maddəsinin tələblərinin pozulduğu müəyyən olunmuş və akt tərtib edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin sahə rəisi Şəxs tərəfindən 11 avqust 2025-ci il tarixdə Şirvan şəhəri, Sahib Zeynalov küçəsində yerləşən X7 İdarəsinin təmir tikinti işlərini həyata keçirən "xxxx" MMC-yə məxsus müvəqqəti binalarda formalaşan maye tullantıları təyinatsız axıdılmışdır. İş materiallarında olan Azərbaycan Azərbaycan Dövlət X9 yanında Suların İstifadəsinə və X3 Xidməti 4 saylı X2 xx.xx.2025-ci il tarixli 000832 saylı aktdan görünür ki, 4 saylı X2 17 nömrəli sərəncamına əsasən “ Su Qanunvericiliyi” ni rəhbər tutaraq Şirvan şəhəri Sahib Zeynalov küçəsində "xxxx" MMC-yə məxsus müşahidə məlumatı araşdırılmış, araşdırma zamanı əraziyə baxış keçirilmişdir. Keçirilən baxış zaman "xxxx" MMC-yə məxsus müvəqqəti yerləşmə binalarının arxa hissəsində qüsdar üsulla hazırlanmış quyuya formalaşan maye tullantılarının axıdılması müəyyən olunmuşdur. Müəyyən olunmuş halla bağlı "xxxx" MMC-nin sahə rəisi Şəxs izahat verərək "xxxx" MMC tərəfindən lahiyəyə uyğun şambonun tikilməsi üçün vəsait ayrılsa da vaxt məhdudiyyətindən işi icra edə bilmədiyini , yaxın zamanda nöqsanın aradan qaldırılacağını qeyd etmişdir. Bununla da “Su Məcəlləsinin” 103-cü maddəsinin tələblərinin pozulduğu müəyyən olunmuşdur. Akt 4 saylı X2 aparıcı məsləhətçi-müfəttiş X8 və "xxxx" MMC-nin sahə rəisi Şəxs tərəfindən imzalanmışdır. Beləliklə təqdim edilmiş sənədlərə və fotoşəkillərə, həmçinin tərəflərin izhatlarına əsasən məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC-nin sahə rəisi Şəxs tərəfindən 11 avqust 2025-ci il tarixdə Şirvan şəhəri, Sahib Zeynalov küçəsində yerləşən X7 İdarəsinin təmir tikinti işlərini həyata keçirən "xxxx" MMC-yə məxsus müvəqqəti binalarda formalaşan maye tullantıları təyinatsız axıdılmışdır. Bununla da "xxxx" MMC-nin sahə rəisi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinin on altıncı abzasına əsasən su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən su obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni: içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən "xxxx" MMC-nin sahə rəisi Şəxs əməlindən peşman olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin sanksiyasının aşağı həddində nəzərdə tutulmuş məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: "xxxx" MMC-nin sahə rəisi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinsin və onun barəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-863/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-863/2025
03.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver