Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-864/2023 14.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Samux rayonu, Zazalı Ərazi Dairəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Samux rayonu, Zazalı Ərazi dairəsi, Zazalı kəndində qeydiyyatda olan, faktiki Şirvan şəhəri, Çılpaqlı qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 523.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:30 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində dilənçiliklə məşğul olduğuna görə Şirvan şəhər Polis şöbəsinin PPXB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. İnzibati xəta hadisənin olması 25 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, heç bir yerdə işləmir, daimi yaşayış yeri yoxdur, dilənçiliklə məşğul olur. Hazırda əməlindən peşmandır. Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri X1 məhkəmə iclasında izahatına bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 15:30 radələrində şəhərin H.Əliyev prospektində xidmətdə olarkən azyaşlı övladı və özü avara-dilənçiliklə məşğul olan bir nəfər şəxs tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, məlum olmuşdur ki, həmin şəxs Şəxsdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 523.1-ci maddəsinə əsasən avarlıqla məşğul olmağa görə vətəndaş xəbərdarlıq edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xəbərdarlıq edilir və ya iyirmi manatdan iyirmi beş manatadək məbləğdə cərimə edilməklə və ya edilməməklə Azərbaycan Respublikası hüdudlarından inzibati qaydada kənara çıxarılır. Həmin məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa inzibati xəta törədən şəxsin qadın olması, əməlindən peşmançılığı iş üzrə məsuliyyəti yüngülləşdirən hal olması və ağırlaşdırıcı halların olmaması nəzərə alınır. Məhkəmə baxışı zamanı inzibati işin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 523.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməsi yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapmışdır, İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olduğundan inzibati xəta törətmiş şəxsin inzibati xətanın törədilməsində rolu nəzərə alınmaqla Azərbaycan Respublikası İXM-nin 523.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiyası çərçivəsində tətbiq edilməsi nəzərdə tutulmuş inzibati tənbeh daha yüngül inzibati tənbeh növü olan xəbərdarlıqla əvəz edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 523.1-ci maddəsi ilə təqsirli bilinərək xəbədarlıq edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-864/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-864/2023
14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver