Məhkəmə qərarları › İş №3(032)-864/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-864/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-864/2024 08.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 157-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdim: xx.xx.2024-cü il tarixdə Ağayev X1 Kəmalə Qurban qızını döymüşdür. Bununla əlaqədar Şəxs barəsində Şirvan şəhər Polis şöbəsinin İTB-nin sahə rəisi X3 tərəfindən 08 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək bildirmişdir ki, küçələri dardır. Zərərçəkmiş şəxs qızı maşını yolun ortasında saxlamışdır. Ona maşını biraz qırağda saxlamasını demişdir. Evlərinin qabağında başqa maşınlar da olurdu. Həyətinə girə bilmirdi. Evə gələndən sonra oğluna maşının şəklini çəkməsini demişdir. Bundan sonra yaşadığı ünvana Kəmalə gələrək həyətə daxil olmuş, oğluna “sən niyə mənim maşınımın şəkillərini çəkirsən” demişdir. Kəmaləyə “mən ona demişəm çəksin” demişdir. Bundan sonra nalayiq ifadələr işlətmişlər. Zərərçəkmiş şəxs qarşı heç bir xəsarət yetirməmişdir. Onun barəsində etdiyi müraciət şər-böhtandır. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində yaşadığı ünvanın həyətyanı sahəsində oturmuşdur. Bu vaxt kamerada Vilayətin oğlunun onların evinə qonaq gələn avtomobilin şəkillərini çəkməsini görmüşdür. O, anidən əsəbləşərək məsələni aydınlaşdırmaq üçün Vilayətin ünvanına getmiş, qapını döydükdə qapını Vilayətin oğlu İsmayıl açmışdır. O, İsmayıla “niyə avtomobilin şəklini çəkirsən?” dedikdə bu zaman Vilayət və həyat yoldaşı onun üzərinə gəlmiş, ona hücum çəkmişdirlər. Bundan sonra Vilayət onu itələmiş, onu və qızını təhqir etmişdir. Hadisə yerinə polis əməkdaşları yaxınlaşmış, Vilayət onun qol nahiyyəsindən tutaraq silkələmiş, həmçinin onun qol nahiyyəsinə yumruqla zərbəsi vurmuşdur. O, ayaq nahiyyəsindən xəsarət almış, həmin xəsarəti Vilayətin oğlu İsmayılın yetirdiyini bildirmişdir. Şahid2 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, Şəxs dayısıdır. Hadisə olan zaman dayısıgilin həyətində oturmuşlar. Bu zaman qonşuları həyətə girərək “maşının şəklini niyə çəkmisiz” demiş, aralarında mübahisə yaranmışdır. Dayısı Şəxs onlara heç bir xəsarət yetirməmişdir. Şahid1 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs bacısıdır. Həmçinin qonuşdurlar. Məhlədə olan səs-küyə çölə çıxmışlar. Çıxan zaman Şəxs bacısı və bacısı qızının qolundan tutduğunu görmüşdür. Sonra 102 xidmətinə zəng etmişlər. Polis əməkdaşları gəlmişdir. Yol üstündə mübahisə etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti şöbənin müvafiq əməkdaşına həvalə edilmişdir. 06 avqust 2024-cü il tarixli, 397 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət-sağ bazunun orta 1/3-də qançırküt əşya təsirindən törənmiş, müddəti müayinədən 1-2 gün əvvələ uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, iş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alıb Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 16 (on altı) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 08 oktyabr 2024-cü il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinə tapşırılsın. Qərardan 10 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar