Məhkəmə qərarları › İş №3(032)-866/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-866/2023

17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-866/2023 17.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus obyektin şüşəsini sındırmışdır və polisin qanuni tələbinə qəsdən əməl etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxsı təxminən 6 ildir ki tanıyır, İlhamla aralarında düşmənçilik və ədavət yoxdur, təxminən 8 ay bundan əvvəl İlhama məxsus obyekti ayda 150 manat icarə haqqı olmaqla icarəyə götürmüş, daha sonra təxminən mart ayından sonra alver zəif olduğundan onun İlhama 200 manat borcu yaranmış, alver zəif olduğundan obyekti İlhama təhvil vermiş və borcunu verə bilməmiş, 3- 4 gün bundan qabaq bir nəfər şəxs ona İlhamın borcun verməsə onun evinə bu barədə məlumat verəcəyini demiş, bundan əsəbləşib xx.xx.2023-cü il tarixdə saat 17 radələrində İlhama məxsus Şirvan şəhəri H.Əliyev prospektində yerləşən obyektə getmiş və yerdən daş götürüb obyektin şüşəsini sındırmaq üçün atmış, daş şüşəyə dəyəndən sonra şüşə sınmış və oradan uzaqlaşmışdır. Bundan sonra o yenidən xx.xx.2023-cü il tarixdə səhər saat 11 radələrində yenidən həmin obyektə getmiş və yenidən daş götürüb şüşəyə atıb sındırmış, daha sonra polis əməkdaşları gəlmiş və izahat vermək üçün polis şöbəsinə dəvət etmişlər. Etdiyi əməlindən peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şirvan şəhəri H.Əliyev prospektində şəxsi obyekti var. Həmin obyekti gözəllik salonu kimi fəaliyyət göstərir. Əvvəllər Faiq adlı şəxsin həyat yoldaşı Pəri həmin obyekti şirniyyat sexi kimi işlətmişdir. Qonşuların qeyri-rəsmi şikayətləri əsasında ona məlum olmuşdur ki, işdən sonra Faiq obyektin içərisində içki məclisi verdiyi üçün onlarla olan icarə münasibətlərinə xitam vermiş və onları obyektdən çıxartmışdır. Bundan sonra mütəmadi olaraq Faiq və yoldaşı Pərinin onu və obyekti icarəyə götürən işçiləri narahat etmiş, xx.xx.2023-cü il tarixdə saat 18:00-da Faiq adlı şəxs daş ataraq obyektin şüşəsini sındırıb içəri daxil olaraq gözəllik salonuna aid avadanlıqları və ləvazimatları yararsız hala salmış, bu barədə DİNnin “102” xidmətinə müraciət etmiş və polis əməkdaşları hadisə yerinə gəlmiş, daha sonra həmin tarixdə saat 21 radələrində Faiq taxta ilə qapıya və şüşəyə vuraraq yenidən obyektin qapısını taxta ilə əzərək yararsız hala salmış, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində sınmış şüşəni yerinə bərpa etmiş, həmin müddətdən 20 dəqiqə keçdikdən sonra yenidən ona zəng edərək Faiqin yenidən şüşəni sındırdığını ona və polis əməkdaşlarına nalayiq söyüşlər söydüyünü bildirmişlər, həmin vaxt polis əməkdaşlarına zəng edib Faiq adlı şəxsin binanın qarşısında olduğunu demiş və polis əməkdaşları hadisə yerinə gələrək Faiq adlı şəxsi PŞ-nə dəvət etmiş, bu hadisə nəticəsində ona 400 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində Şirvan şəhər Polis şöbəsinin PPXB-nin polis nəfəri X1 izahatında bildirdi ki, xx.xx.2023-cü tarixdə, saat 12:00 radələrində şəhərin H.Əliyev priospektində xidmətdə olan zaman həmin ərazidə yerləşən obyektin şüşəsini bir nəfər şəxsin sərxoş halda obyektin şüşəsini sındıraraq ictimai qaydanı pozması faktını müəyyən etmişdir. Həmin şəxsə yaxınlaşmış və nizam-intizama dəvət edib etdiyi əməlin məsuliyyətini izah edən zaman o polisin qanuni göstərişlərini qəsdən pozmağa davam etdiyi üçün tərəflərindən polis şöbəsinə gətirilmişdir. Məlum olmuşdur ki, həmin şəxs Şirvan şəhər sakini Şəxsdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus obyektin şüşəsini sındırmışdır və polisin qanuni tələbinə qəsdən əməl etməmişdir. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 232-1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 16:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2023-cü il il tarixli, 188 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğunun orta dərəcəsi olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhv etmə əmlakın təsərrüfat dəyərinin itirilməsi, məqsədli təyinatı üzrə istifadənin mümkün olmaması, tam yararsız vəziyyətə salınması, yəni təmirlə və ya başqa üsulla bərpa etmənin mümkün olmaması deməkdir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus obyektin şüşəsini sındırmışdır və polisin qanuni tələbinə qəsdən əməl etməmişdir. Bununla da, Şəxs İnzibati Xətalar Məcəlləsinin 232-1 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə xəta törədən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar, həmin əməli sərxoş halda törəməsini isə İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 232-1 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2023-cü il tarixdə saat 15:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən saat 15:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2023-cü il tarixdən saat 15:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis Şöbəsinə tapşırılsın. Zərərçəkmiş şəxsə izah olunsun ki, dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar