Məhkəmə qərarları › İş №3(032)-866/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-866/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-866/2024 08.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə ictimai asayişi pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Buna görə də, Şirvan şəhəri Polis şöbəsinin sahə rəisi X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 08 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları qismən təsdiq edərək bildirdi ki, mülkiyyətində olan “VAZ 2107” markalı avtomobili ilə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Elit” Ticarət Mərkəzinin qarşısında dayanaraq taksi fəaliyyəti ilə məşğul olur, barəsində şikayət vermiş şəxslər onun taksi fəaliyyəti ilə məşğul olmasına imkan vermir, ona söz atırlar. Hadisə olan günü, yəni xx.xx.2024-cü il tarixdə orada olan İlqar adlı şəxsə söz deyən zaman Rüstəm adlı şəxs elə başa düşmüşdür ki, o, Balağanı söyür. Daha sonra onlar arasında sözlü mübahisə yaranmış, lakin söyüş işlətməmişdir. Məhkəmədən valideynlərinin İİ dərəcəli əlil olmasını, onlara mütəmadi baxdığını, qulluq etdiyini, bu səbəbdən də əsəblərinin pozulduğunu, bəzi vaxtlarda əsəblərini cilovlaya bilmədiyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs3 izahatında bildirdi ki, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Elit” Ticarət Mərkəzinin qarşısında dayanaraq taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə bir nəfər sərnişin Hacıqabula getmək istəmiş, lakin Rahil qiyməti baha demiş, Balağa ondan ucuz qiymətə aparmış, daha sonra Rahil Balağanın onun müştərişini apardığını deyərək nalayiq ifadələr işlətmiş, Balağa gələndən sonra aralarında mübahisə yaranmışdır. Həmçinin Şəxs onu və digər şəxsləri də nalayiq söyüşlərlə söyərək təhqir etmiş, onlara hədə-qorxu gəlmişdir. Məhkəmə iclasında şahid qismində Zərərçəkmiş şəxs2 və Əhmədov X1 Rüstəm Mirzəcan oğlu ilə eyni məzmunlu ifadə verdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Şirvan şəhəri Polis şöbəsinin sahə rəisi X3 tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə səhər saat 10:00 radələrində barəsində daxil olmuş şikayət ərizəsi ilə bağlı vətəndaş Şəxs Şirvan ŞPŞ-də xidməti otağında olduğu zaman həmin şəxs ondan şikayət edən Rüstəm adlı şəxsin ünvanına nalayiq soyüşlər soyərək səs-küy salıb özunü qeyri-səmimi apararaq iş fəaliyyətini pozmağa başlamışdır. Onu nizam intizama dəvət etsə də də o, əsəbi halda öz hərəkətlərini davam etdirmişdir. Belə olan halda mən həmin şəxsin barəsində tədbir görülməsi üçün Şirvan ŞPŞ-nın növbətçi hissəsinə təhvil vermişdir. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 08 oktyabr 2024-cü il tarixdə, saat 10:30-da inzibati qaydada tutulmuş, 08 oktyabr 2024-cü il tarixdə 15:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən peşmançılığını, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs oğlu barəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, bir gün inzibati həbsdə qalma müddəti nəzərə alınsın və onun barəsində 50 (əlli) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar