Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-866/2025 04.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29810546 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayətinə Şirvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 xx.xx.2025-ci il tarixli, EQ 29810546 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən 40 manat miqdarında inzibati cərimə edilmişdir. X3 həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29810546 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində quraşdırılmış videonəzarət kamerası vasitəsi ilə idarə etdiyi ** BJ *** dövlət qeydiyyat nişanlı, “X6” minik markalı avtomobilinə yol hərəkətinin qayda pozuntusunu əks etdirən elektron qərar tərtib edilərək cərimə yazılmışdır. “Asan ödəniş” sisteminə daxil edilmiş cərimə barədə məlumatlarda inzibati xəta hadisəsinin elektron qərarı və videogörüntüsü daxil edilməmişdir. Daxil edilmiş fotogörüntülərə nəzər yetirdikdə inzibati xətanın müəyyən edildiyi vaxt 11:45 qeydə alınıb, lakin, qərar 17:46-da Mərkəzi Bazaya yerləşdirilib, görüntülərin və qərarın əsassız və qanunazidd olduğu aydın görünür. X1 məhkəməyə ərizə ünvanlayaraq ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə şikayəti araşdırıb, şikayət vermiş X2 inzibati tənbeh vermə haqqında qərardan şikayətə mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını bildirməklə şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsini nəzərə alaraq hesab edir ki, şikayət ona əlavə olunmuş sənədlərlə birgə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29810546 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayəti geri qaytarılsın. Hakim Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-866/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-866/2025
04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver