Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-868/2024 05.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi , Şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci və 342.2.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası DİN Baş X8i İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şikayət vermiş şəxs X4 şikayət verərək xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətə görə xx.xx.2024-cü il tarixdə idarə etdiyi, özünə məxsus olan “VAZ 2107” markalı, ** BK *** nömrəli nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində hərəkətdə olarkən arxadan ** YP *** “BMW” markalı yol polis maşınının yaxınlaşdığını görmüşdür. Yan tərəfdən şüşəsini açıb ona əli ilə işarə verərək “boş yerdə saxla səninlə işimiz var” bildirmişdir. Müəyyən olunmuş yerdə maşınını saxladı. Yol polis əməkdaşı olan polis serjantı Samir Kazımov ona yaxınlaşaraq bildirdi ki, “nə üçün maşınının üzərində arxa mühafizə qurğusu olan brizqoviklər yoxdur”. Cavabında ona bildirmişdir ki, “xahiş edirəm, mənə xəbərdarlıq edib buraxın, alıb vuraram”. Elə sözlər əsnasında yol polis əməkdaşı ondan “nəyin var, nəyin yoxdur, bizə nə verərsən” deyərək pul tələb etdi. Onlara bildirmişdir ki, “üstümdə pul azdır, həm də burada yaşamıram xahiş edirəm buraxın yoluma davam edim”. Bu zaman yol əməkdaşı olan polis sejantı X3 digər yol polis əməkdaşı olan Samir Kazımova tapşırdı ki, maşını cərimə meydançasına aparsın. Samir Kazımov və Vüqar Şirinov heç bir protokol, akt tərtib etmədən, hadisə yerində icazəsiz maşınına daxil oldular. Yol polis əməkdaşları xidməti maşınlarında oturub öz aralarında nəisə söhbət edərkən onlara yaxınlaşıb bildirmişdir ki, özünə su alıb icmək istəyir. Təxminən 500 metr məsafədə Lökbatan dairəsi yaxınlığında olan köşkdən su alıb qayıdanda görmüşdür ki, yol polis əməkdaşları olan Vüqar Şirinov və Samir Kazımov hansı məqsədlə daxil olduqlarını bilmədən avtomobilinə daxil olurdular. Sonda maşını bir evakuatora mindirib ona məlum olmayan yerə aparmışlar. Maşının qapıları və pəncərələri tam şəkildə açıq idi, açar da özündə idi. Qərardan şkikayət vermiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayon DYPŞ Yol Patrul Xidməti İnspektoru Polis Baş X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə qərarın ləğv edilməsi barədə şikayət ərizəsi qismən təmin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında qərara yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə göndərilməsi qərara alınmışdır. Lakin məhkəmənin qərarı icar edilməmiş, yanlız onun şikayətindən sonra yeni qərar qəbul edilmişdir. O, həmin qərardan narazıdır. Odur ki, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərara xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətdə qeyd olunan xüsusatlara əsaslanaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN Baş X8i İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin Azərbaycan Respublikası DİN Baş X8i İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Şikayət vermiş şəxsi dinləyib, habelə şikayəti nəzərdən keçirib, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir . İş materiallarında olan və məhkəmədə tədqiq edilən : xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi 14-cü km ərazisində ** BK *** dövlət qeydiyyat nömrəli, “VAZ 21074” minik markalı avtomobili ilə hərəkətdə olan zaman konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə Azərbaycan Respublikası İXM-nin 342.5 və 342.2.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında Şirvan şəhər Məhkəməsinin 3(032)-275/2024 saylı işinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərara əsasən xx.xx.2024-cü il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi 14-cü km ərazisində ** BK *** dövlət qeydiyyat nömrəli, “VAZ 21074” minik markalı avtomobili ilə hərəkətdə olan zaman konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə Azərbaycan Respublikası İXM-nin 342.5 və 342.2.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 150 manat məbləğində cərimə edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli , 3(032)-275/2024 saylı qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayon DYPŞ Yol Patrul Xidməti İnspektoru Polis Baş X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə qərarın ləğv edilməsi barədə şikayət ərizəsi qismən təmin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında qərara yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinin dizpozisiyasında göstərilmişdir ki, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Belə ki, məhkəmə inzibati qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN Baş X8i İdarəsinə sorğu ünvanlayaraq qərarın qəbul edilməsi üçün əsas olan sübutların məhkəməyə göndərilməsini tələb etsə də, səlahiyyətli orqan nə nümayəndənin iştirakını təmin etməmiş, nə də ki, sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb olunan şəxs X2 Azərbaycan Respublikası İXM-nin 342.5-ci və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş xətanın törədilməsində olan şübhələr onun xeyrinə həll edildiyindən, təqsirliliyi sübuta yetirilmədiyindən şikayət təmin olunmalı, X4 barəsində Azərbaycan Respublikası DİN Baş X8i İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şikayət təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası DİN Baş X8i İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-868/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-868/2024
05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver