Məhkəmə qərarları › İş №3(032)-869/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-869/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-869/2024 17.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X3 iştirakı ilə, X3 barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ/23837400 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ/23837400 nömrəli elektron qərarının ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş EQ/23837400 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qərarla Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsinin sanksiyasında 40 manat məbləğində cərimə nəzərdə tutulmasına baxmayaraq, 400 manat məbləğində cəriə edilmişdir. Məhkəmə iclasında şikayət verən şəxs X4 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin qərarı qəbul etmiş şəxs gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə qərardan şikayət verən şəxs X3 izahatını dinləyərək, işdə olan sübutlara qiymət verərək hesab edir ki, şikayət ərizəsi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ/23837400 nömrəli qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə, saat 20:04:20-də Bakı şəhəri, A.M.Şərifzadə-N.Hikmət küçələrinin kəsişməsində ** MO *** nömrəli nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmiş və Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(032)- 736/2024 saylı qərarından görünür ki, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən inzibati xəta törətmiş X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılmışdır. Həmin qərardan görünür ki, X4 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola görə EQ 20683318 nömrəli, xx.xx.2024cü il tarixli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 manat məbləğində cərimə, 6.0 manat məbləğində dəbbə, ümumilikdə 16 manat cərimə edilməsinə baxmayaraq inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin qərarı icra etməmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(032)-736/2024 saylı qərarından görünür ki, X4 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək hesablanmış cəriməni ödədiyi üçün barəsində tətbiq edilmiş olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(032)-736/2024 saylı qərarından görünür ki, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən inzibati xəta törətmiş X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 ay müddətə məhdudlaşdırılmasına dair Şirvan şəhər Məhkəməsinin 3(032)-736/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında qərarına xitam verilmişdir. Məhkəmə iclasında Şirvan şəhər Məhkəməsinin 3(032)-736/2024 saylı iş materiallarına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 ay müddətinə məhdudlaşdırılmasına dair Şirvan şəhər Məhkəməsinin 3(032)-736/2024 saylı, xx.xx.2023-cü il tarixli qərarının surəti məlumat üçün Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubu ilə X3 ünvanına - ünvan 1ır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Şirvan şəhər Polis şöbəsinin əməkdaşı (Emil Qasımov) tərəfindən X3 inzibati xəta törətməsi ilə bağlı protokol üzrə tətbiq edilmiş cərimənin müəyyən edilmiş müddətdə ödənilməsinə dair bildiriş ünvan 2 ünvanda yaşamır” qeydilə geri qaytarılmışdır. İnzibati orqanın əməkdaşı bununla kifayətlənərək heç bir əlavə araşdırma aparmadan şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsilə inzibati xəta haqqında protokol tərtib olunaraq Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. Həmçinin, bunun nəticəsi olaraq X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı və tərəfin vermiş olduğu izahat nəticəsində müəyyən edilmişdir ki, X2 şəhəri, Çingiz Mustafayev küçəsi 67A ünvanında qeydiyyatdadır. Göründüyü kimi X4 törətmiş olduğu inzibati xətadan, həmin xəta üzrə hesablanmış olan cərimədən, onun nəticəsi olaraq İXM-nin 529.3-cü maddəsinə əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan və Şirvan şəhər Məhkəməsinin 3(032)-736/2024 saylı, xx.xx.2023-cü il tarixli qərarından məlumatsız olmuşdur. Bu da onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinin tərkibini yaratmır. Belə olan halda X3 məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Məhkəmə şikayətlə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin normalarına əsasən aşağıdakıları qeyd edir: 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1- 1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İnzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); inzibati cərimənin məbləği və ödənilməsi qaydası, inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 122.6-cı maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. 125.2.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında işin hallarına obyektiv qiymət vermək mümkün olmadığına görə məhkəmə hesab edir ki, X4 barəsində qəbul olunmuş qərar ləğv olunmalı və araşdırma aparılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Material üzrə təkrarən araşdırma aparılarkən sürücü X4 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə dəvət olunmalı, ondan müvafiq izahat alınmalı, sonuncunun irəli sürdüyü dəlillər yoxlanılmalı və sonda əsaslı və qanuni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-cü maddəsini rəhbər tutub, qərara aldı: Şikayət qismən təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ/23837400 nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında qərara yenidən baxılması üçün Azərbaycan Respublikası DİNnin BDYPİ-yə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar