Məhkəmə qərarları › İş №3(032)-87/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-87/2025

05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-87/2025 05.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə , xx.xx.2002-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərind anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli , orta təhsilli , işləməyən , Şirvan şəhəri ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.5-ci və 342.2.4-cü maddələrinə əsasən Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.5-ci və 342.2.4-cü maddələri ilə inzibati xəta haqqında İXP № ******* saylı , xx.xx.2025-ci il tarixli protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:56 radələrində Şirvan şəhəri Naxçıvan küçəsində nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkməklə, etibarnamə olmadan, həmçinin idarə etmək hüququ olmadan ümumi istifadədə olan «Mersedes Benz 308D» mikroavtobus markalı ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərnişin daşımaqla idarə etmişdir. İnzibati xəta hadisəsinin olması İXP № ******* saylı , xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, «Mersedes Benz 308D» mikroavtobus markalı ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ona məxsus deyil. Elxan adlı şəxsə məxsusdur. Həmçinin sahibi tərəfindən ona etibarnamə verilməmişdir. Maddi ehtiyacı olduğundan sürücülük vəsiqəsinin «D» kateqoriyası olmadan sərnişin daşımaqla taksi fəaliyyəti ilə məşğul olmağa məcbur qalmışıdr. Belə ki, həyat yoldaşı hamilə olduğundan onun müalicə xərcləri ilə bağlı pul lazım olmuş, ona görə də bu yolla pul qazanmaq qərarına gəlmişdir. Həmin tarixdə Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şirvan şəhər Polis Şöbəsinin DYPB YPX xidməti inspektoru X2 bildirdi ki, 05 fevral 2025-ci il tarixdə saat 10:56 radələrində Şirvan şəhəri H.Əliyev prospektində xidmətdə olarkən «Mersedes Benz 308D» mikroavtobus markalı ** BJ *** dövlət say nişanlı avtomobilin yan şüşələrində kustar üsulla hazırlanmış pərdələrdən istifadə edildiyindən saxlanılmış, sürücüyə etdiyi qayda pozuntusu izaha edilmiş və avtomobilin duracağa yerləşdirilməsi bildirilmişdir. Bu zaman həmin avtomobilin sürücüsü olan adını sonradan bildiyi Şəxs «Mersedes Benz 308D» mikroavtobus markalı ** BJ *** dövlət say nişanlı avtomobilin ona məxsus olmadığını bildirib sahibinə zəng etməsini bildirmiş, avtomobilin sahibi Elxan Azayev həmin əraziyə gəldikdən sonra Şəxs sənədlərinə baxış keçirilmiş, baxış zamanı sürücünün «D» kateqoriyası olmadan sərnişin daşımaqla məşğul olması müəyyən edildikdən sonra bu barədə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şirvan şəhər Polis Şöbəsinin DYPB YPX xidməti inspektoru X4 şahid Şirvan şəhər Polis Şöbəsinin DYPB YPX xidməti inspektoru X1 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etdi . Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs məxsus BD seriyalı 504148 nömrəli B1,B,C1,C kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2021-ci il tarixdə verilmiş, vəsiqənin istifadə müddəti xx.xx.2031-ci il tarixədək müəyyən edilmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 44-cü bəndinə görə ümumi istifadədə olan nəqliyyat vasitəsi dedikdə - sərnişin daşınması üçün nəzərdə tutulmuş, müəyyən edilmiş marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsidir (avtobus, trolleybus, tramvay). Həmin Qanunun 34-cü maddəsinin dördüncü hissəsinə əsasən bu Qanunun 34-cü maddəsinin İİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş məlumatlardan başqa, idarə etmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin aşağıdakı kateqoriyaları və altkateqoriyaları göstərilir: “B1” – bu Qanunun 1-ci maddəsinin 25-3-cü bəndində nəzərdə tutulmuş kvadrisiklləri idarə etmək üçün; “B” - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün: “A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri; qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri; qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri; “C1” - “D” kateqoriyasına və “D1” altkateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq, lakin 7.500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün; “C” - “D” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kqdan artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kqdan artıq olmayan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; “D1” - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün; “D” - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; İş üzrə müəyyən edilmiş hallardan görünür ki, Şəxs məxsus BD seriyalı 504148 nömrəli B1,B,C1,C kateqoriyalı sürücülük vəsiqəsinə malik olduğundan “D” kateqoriyasına aid edilən (mikroavtobus) nəqliyyat vasitəsini idarə etmək hüququ olmamış, həmin nəqliyyat vasitəsini sərnişin daşımaqla idarə etmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsinə görə - on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 342.2.4-cü maddələri ilə inzibati xəta haqqında işə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından inzibati xəta törətmiş şəxs Şəxs yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsi ilə inzibati tənbeh verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 332.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin : 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmçinin Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, əmlak vəziyyətinin qənaətbəxş olmamasını, iş üzrə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olduğundan inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsi sanksiyasının həddləri daxilində müəyyən inzibati həbs tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 ,128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : xx.xx.2002-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərind anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli , orta təhsilli , işləməyən , Şirvan şəhəri ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 05 fevral 2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar