Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-875/2025 26.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, ünvan 1 ünvanında yerləşən hüquqi şəxs Şəxs MMC-nin (VÖEN ********** ) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Lerik Rayon Prokurorluğu tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə qərara baxılması üçün aidiyyəti üzrə Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. Hüquqi şəxs "xxxx" MMC-ni təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin direktoru X5 hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslər Şahid1, Şahid3 və Şahid2 2024-cü ilin iyul ayının sonlarından oktyabr ayının sonlarınadək olan müddət ərzində Lerik rayonu ərazisində internet-rabitə xətlərinin çəkilməsi işlərində fəhlə və sürücü vəzifələrində işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir . İnzibati xəta hadisəsinin olması xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla, Lerik Rayon Prokurorluğunun nümayəndəsinin izahatı ilə, habelə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Lerik Rayon Prokurorluğunun nümayəndəsi Lerik rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X4 qərarı müdafiə edərək, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir . Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Lerik Rayon Prokurorluğunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması” barədə Lerik Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, hüquqi şəxs "xxxx" MMC-ni təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin direktoru X5 hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslər Şahid1, Şahid3 və Şahid2 2024-cü ilin iyul ayının sonlarından oktyabr ayının sonlarınadək olan müddət ərzində Lerik rayonu ərazisində internet-rabitə xətlərinin çəkilməsi işlərində fəhlə və sürücü vəzifələrində işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Lerik rayon prokurorunun köməkçisi X4 tərəfindən elektron X1 çıxarışlara baxış keçirmiş, baxış zamanı Şahid1, Şahid3 və Şahid2 ilə Şəxs MMC arasında əmək müqaviləsinin bağlanmadığı müəyyən edilmişdir. Bununla da baxış sona çatmışdır. Baxış zamanı hər hansı foto, video və kino çəkilişindən və ya digər yazan texniki vasitələrdən istifadə edilməmişdir. Lerik rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X4 tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş arayışdan görünür ki, icraatında olan 92-Ş-25 saylı müraciətin araşdırılması ilə əlaqədar Şəxs MMC-nin direktoru X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə dəfələrlə zəng edərək izahat vermək üçün rayon prokurorluğuna gəlməyinin vacibliyi barədə məlumat verilərək sonuncunun və ya nümayəndəsinin rayon prokurorluğuna dəvət edilmiş, sonuncu dəfələrlə dəvət olunmasına baxmayaraq izahat vermək üçün rayon prokurorluğuna gəlməmiş, işin halları barədə ətraflı məlumatı olan nümayəndənin izahat vermək üçün rayon prokurorluğuna gəlməsini təmin etməmiş, müraciətin araşdırılması üçün tələb olunan sənədləri, təqdim etməmiş, həmçinin Şəxs MMC tərəfindən işlərin "xxxx" şirkətinə həvalə olunması ilə bağlı rəsmi sənəd tələb olunsa da, hər hansı bir sənəd təqdim etməmişdir. Şahid1 tərəfindən xx.xx.2025-ci il tarixdə Lerik rayon prokurorluğuna verilmiş izahatından görünür ki, onunla əmək müqaviləsi bağlanmadan Şəxs MMC-də 2024-cü ilin iyul ayının sonlarından oktyabr ayının sonlarınadək Lerik rayon ərazisində internet dirəklərinin basdırılması və kabellərin çəkilməsində sürücü olaraq işləmişdir. Şəxs MMC-nin Lerik rayon üzrə məsul şəxsi olan Ramin Abdullayev ona və onun kimi əmək müqaviləsi olmadan işləyən digər həmkəndlilərinə işlədikləri ilk aylarda gördükləri iş müqabilində əlbəəl əmək haqlarınının verməsinə baxmayaraq 2024-cü ilin avqust ayından əmək haqlarının verilməsini dayandırmışdır. Bununla bağlı bir neçə dəfə onlara işlərinə nəzarət edən Kamal Paşayevə desələr də sonuncu onlara Ramin Abdullayevlə danışdığını və “10- 15 gün daha işləyin əmək haqqlarınız veriləcək” demişdir. Pula ehtiyyacları olduğundan dediklərinə güvənərək işləmişlər. Bir neçə dəfə şirkət rəhbərliyinə zəng edərək əmək haqlarının verilməsini tələb etsə də ona yalan vədlər verərək əmək haqlarıının qısa müddət ərzində verəcəklərini demişilər. Lakin avqust ayından oktyabr ayınadək olan əmək haqları bugünədək onlara verilməmişdir. Şahid3 tərəfindən xx.xx.2025-ci il tarixdə Lerik rayon prokurorluğuna verilmiş izahatından görünür ki, onunla əmək müqaviləsi bağlanmadan Şəxs MMC-də 2024-cü ilin iyul ayının sonlarından oktyabr ayının sonlarınadək Lerik rayon ərazisində internet dirəklərinin basdırılması və kabel ərin çəkilməsində fəhlə olaraq işləmişdir. Şəxs MMC-nin Lerik rayon üzrə məsul şəxsi olan Ramin Abdullayev ona və onun kimi əmək müqaviləsi olmadan işləyən digər şəxslərə işlədikləri ilk aylarda gördükləri iş müqabilində əlbəəl əmək haqlarını verməsinə baxmayaraq 2024-cü ilin avqust ayından əmək haqlarının verilməsini dayandırmışdır. Bununla bağlı bir neçə dəfə onların işinə nəzarət edən Kamal Paşayevə desələr də sonuncu onlara Ramin Abdullayevlə danışdığını və “10-15 gün daha işləyin əmək haqqlarınız veriləcək” demişdir. Pula ehtiyyacları olduğundan dediklərinə güvənərək işləmişlər. Şahid1 bir neçə dəfə şirkət rəhbərliyinə zəng edərək əmək haqlarının verilməsini tələb etsə də ona yalan vədlər verərək əmək haqlarının qısa müddət ərzində verəcəklərini demişlər. Lakin avqust ayından oktyabr ayınadək olan əmək haqları bu günədək onlara verilməmişdir. Şahid2 tərəfindən xx.xx.2025-ci il tarixdə Lerik rayon prokurorluğuna verilmiş izahatından görünür ki, onunla əmək müqaviləsi bağlanmadan Şəxs MMC-də 2024-cü ilin iyul ayının sonlarından oktyabr ayının sonlarınadək Lerik rayon ərazisində internet dirəklərinin basdırılması və kabel ərin çəkilməsində fəhlə olaraq işləmişdir. Şəxs MMC-nin Lerik rayon üzrə məsul şəxsi olan Ramin Abdullayev ona və onun kimi əmək müqaviləsi olmadan işləyən digər şəxslərə işlədikləri ilk aylarda gördükləri iş müqabilində əlbəəl əmək haqlarını verməsinə baxmayaraq 2024-cü ilin avqust ayından əmək haqlarının verilməsini dayandırmışdır. Bununla bağlı bir neçə dəfə onların işinə nəzarət edən Kamal Paşayevə desələr də sonuncu onlara Ramin Abdullayevlə danışdığını və “10-15 gün daha işləyin əmək haqqlarınız veriləcək” demişdir. Pula ehtiyyacları olduğundan dediklərinə güvənərək işləmişlər. Şahid1 bir neçə dəfə şirkət rəhbərliyinə zəng edərək əmək haqlarının verilməsini tələb etsə də ona yalan vədlər verərək əmək haqlarının qısa müddət ərzində verəcəklərini demişlər. Lakin avqust ayından oktyabr ayınadək olan əmək haqları bu günədək onlara verilməmişdir. Şəxs MMC-nin xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, Lerik Rayon Prokurorluğu tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin pozuntusunun iddiasına dair inzibati xəta haqqında icraat Sizin icraatınızdadır. İş üzrə məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə, saat 12:10-a təyin edilmişdir. İlk olaraq nəzərə alınmalıdır ki, iş materialları, yəni Şəxs MMC barəsində qəbul edilmiş qərardad, tərəflərin izahatları, tərəflər barədə məlumatlar və digər zəruri materiallar məhkəmə işinə əlavə edilməmişdir. Bu səbəbdən də, həmin sənədlərin elektron məhkəmə kabinetinə yerləşdirilməsi üçün məhkəmə baxış iclası təxirə salınaraq, yeni tarixə təyin edilməlidir. Əlavə olaraq, Şəxs MMC-nin nümayəndəsi tərəfindən Lerik rayon prokurorluğunda ifadə verilmiş və bildirilmişdir ki, həmin şəxslər ümumiyyətlə Şəxs MMC-nin əməkdaşları olmamış və həmin şəxslərin hər hansı subpodratçıların və “briqadir”lərin əməkdaşları olması barədə də Şəxs MMC-nin heç bir məlumatı yoxdur. Belə olan halda, Şəxs MMC-nin əməkdaşları olmamış şəxslər səbəbindən Şəxs MMC-nin onlarla əmək müqaviləsi bağlamamasına görə inzibati məsuliyyətə cəlb edilməsi tamamilə absurddur. Həmçinin, AR İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsində prokurorun inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar qəbul edə biləcəyi inzibati xətaların siyahısı qeyd edilmişdir. Həmin inzibati xətalar arasında İXM-nin 192.1-ci maddəsi yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022 -ci il tarixli **********4 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adından inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-Məcəllə) 192.1-192.11 maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - əmək və əhalinin sosial müdafiəsi naziri, onun müavinləri, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin rəisi, onun müavinləri, Xidmətin aparatın şöbələrin müdirləri, Xidmətin regional bölmələrinin rəisləri, onların müavinləri baxa bilərlər. Göründüyü kimi, inzibati xətalar məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan hüquq pozuntusunun həqiqətən törədildiyi fərz edilsə belə, həmin maddə üzrə inzibati icraatın aparılması prokurorluq orqanlarının səlahiyyətində deyildir. Yuxarıda qeyd olunanlara əsasən, Lerik rayon prokurorluğu tərəfindən göndərilmiş inzibati xəta haqqında qərar geri qaytarılmalı və Şəxs MMC barədə aparılan inzibati icraata xitam verilməlidir. Şəxs MMC-nin xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanlanmış etiraz ərizəsinə əlavədən görünür ki, Lerik Rayon Prokurorluğu tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin pozuntusunun iddiasına dair inzibati xəta haqqında icraat Sizin icraatınızdadır. İş üzrə məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə, saat 10:30-a təyin edilmişdir. İş üzrə Lerik Rayon Prokurorluğu tərəfindən aparılmış araşdırma və bu barədə materiallar elektron məhkəmə kabinetinə əlavə edilmişdir. Həmçinin, tərəfinizdən xx.xx.2025-ci il tarixli sorğu ilə Şəxs MMC-yə müraciət edilərək Lerik rayonu Hamarat kəndində dirəklərin basdırılması üzrə lahiyənin "xxxx" şirkətinə həvalə edilməsi ilə bağlı müqavilənin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. İş üzrə Şəxs MMC-də rabitə işlərinə nəzarətçi mühəndis vəzifəsində işləyən X2 Lerik Rayon Prokurorluğunda verdiyi xx.xx.2025-ci il tarixli izahatı xüsusi əhəmiyyət daşımaqdadır. Belə ki, Abdullayev Raminin öz izahatında bildirdiyi kimi, Kamal Paşayev, Şahid1, Şahid2 və Şahid3 ümumiyyətlə Şəxs MMC-nin icra etdiyi layihə üzrə ümumiyyətlə çalışmamışdırlar. Şikayətçilərin bildirdikləri müddət və kənddə isə işlərin görülməsi "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə tapşırılmışdır. Həmin müqavilə "xxxx" MMC ilə "xxxx" MMC arasında imzalandığından həmin müqavilənin tərəfimizdən təqdim edilməsi mümkün deyildir. Əlavə olaraq, şikayətçilərin gördükləri işin xarakteri də nəzərə alınmalıdır. Görülən işlərin mahiyyətinə və detallarına nəzər yetirdikdə həmin şəxslərlə "xxxx" MMC arasında əmək münasibətlərinin deyil də, podrat münasibətlərinin yarandığını görə bilirik. Çünki şikayətçilərə məhz hər hansı konkret işlərin görülməsi tapşırığı qarşısında muzdun verilməsi barədə razılığa gəlinmişdir. Bu barədə Plenum Qərarına nəzər saldıqda şikayətçilərin əmək münasibətlərinə deyil də, xidməti müqavilə münasibətlərinə cəlb olunduqları aydın olmaqdadır. Lakin qeyd olunan faktorlar Lerik Rayon Prokurorluğu tərəfindən ümumiyyətlə nəzərə alınmamışdır. Belə olan halda, Şəxs MMC-nin əməkdaşları olmamış şəxslər səbəbindən Şəxs MMC-nin onlarla əmək müqaviləsi bağlamamasına görə inzibati məsuliyyətə cəlb edilməsi tamamilə absurddur. Həmçinin, AR İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsində prokurorun inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar qəbul edə biləcəyi inzibati xətaların siyahısı qeyd edilmişdir. Həmin inzibati xətalar arasında İXM-nin 192.1-ci maddəsi yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022 -ci il tarixli **********4 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adından inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-Məcəllə) 192.1-192.11 maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - əmək və əhalinin sosial müdafiəsi naziri, onun müavinləri, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin rəisi, onun müavinləri, Xidmətin aparatın şöbələrin müdirləri, Xidmətin regional bölmələrinin rəisləri, onların müavinləri baxa bilərlər. Göründüyü kimi, inzibati xətalar məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan hüquq pozuntusunun həqiqətən törədildiyi fərz edilsə belə, həmin maddə üzrə inzibati icraatın aparılması prokurorluq orqanlarının səlahiyyətində deyildir. Həmçinin, qeyd olunan əsaslardan aydın olmaqdadır ki, iş materialları Şəxs MMC-nin təqsirini sübuta yetirməməkdədir. Yuxarıda qeyd olunanlara əsasən, Lerik rayon prokurorluğu tərəfindən göndərilmiş inzibati xəta haqqında qərar əsassız hesab edilməli və Şəxs MMC barədə aparılan inzibati icraata xitam verilməlidir. Azinvest İnşaat QSC-nin məhkəmə sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, "xxxx" QSC ilə "Upsilon” MMC və "Yupiter” şirkəti arasında hər hansı müqavilə olmamışdır. Bu şirkətlərlə onların iş birliyi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. 49.1-ci maddəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “k” bəndinə əsasən elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək işəgötürənin vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs MMC tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsinə münasibətdə qeyd edir ki, Lerik rayonu Hamarat kəndində dirəklərin basdırılması üzrə lahiyənin "xxxx" şirkətinə həvalə edilməsi ilə bağlı müqavilənin "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə tapşırıldığını bildirsə də, buna dair heç bir sübut təqdim etməmiş, həmçinin Azinvest İnşaat QSC məhkəmə sorğusuna cavab olaraq "xxxx" QSC ilə "Upsilon” MMC və "Yupiter” şirkəti arasında hər hansı müqavilənin olmadığı, həmin şirkətlərlə onların iş birliyi mövcud olmadığını bildirmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar, inzibati materialda olan digər sənədlər və izahatlarla sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC 2024-cü il iyul ayının sonlarından oktyabr ayının sonlarınadək əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslər Şahid1, Şahid3 və Şahid2 olan müddət ərzində Lerik rayonu ərazisində internet-rabitə xətlərinin çəkilməsi işlərində fəhlə vəzifəsində işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: ünvan 1 ünvanında yerləşən hüquqi şəxs Şəxs MMC-nin (VÖEN **********) İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-875/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-875/2025
26.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver