Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-88/2025 05.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Şirvan şəhəri, T.İsmayılov küçəsi 3/50 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Çıraq petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında ictimai asayişi pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhərinə gedən zaman öz şəxsi minik avtomobilini kateqoriya olmadan idarə etmək üçün verdiyi sürücüsü onu yığaraq Şirvan şəhər DYPB-nin əməkdaşlarının onu saxladığını bildirmiş, ondan bir gün əvvəl həmin avtomobil duracaqda olmuş, polis əməkdaşları avtomobilin Şirvan şəhər Polis şöbəsinin müvəqqəti duracağına apararkən Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Çıraq petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında avtomobilini saxlamış, daha sonra polis əməkdaşı ilə arasında mübahisə yaranmış, ucadan danışdığı üçün polis əməkdaşı ona “niyə qışqırırsan, səni şöbəyə aparacam” sözlərini demiş, o da buna etiraz etməmişdir. Həmin vaxt əsəbi olduğu üçün ucadan danışmış, lakin nalayiq ifadələr işlətməmişdir. Əməlini səmimi etiraf edir, məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində Şirvan şəhər Polis şöbəsinin DYPB-nin, YPX-i inspektoru, polis baş serjantı Şahid1 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 10:25 radələrində Şirvan şəhəri Naxçıvan küçəsində Kia Sportage markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti patrul avtomobili ilə xidmət təşkil edən zaman Mercedes mikroavtobus markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə avtomobilin şüşələrin pərdə olduğu üçün tərəfindən saxla işarəsi verilmiş, bundan sonra sürücüyə yaxınlaşıb özünü təqdim edib, qayda pozuntusunu izah edən zaman sürücünün nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq kategoriyasının və etibamaməsinin olmadığını müəyyən etmişdir. Bundan sonra həmin nəqliyyat vasitəsi tərəflərindən Şirvan ŞPŞ-nin müvəqqəti duracağına gətirilərkən 1 nəfər şəxs nəqliyyat vasitəsinin qarşısını kəsərək nəqliyyat vasitəsinin duracağa gətirilməsinə maneçilik törədərək sürücüsünü oradan uzaqlaşdırmağa başlamışdır. Həmin şəxs ucadan səs-küy salıb, ictimai asayişi pozaraq uca səslə nalayiq söyüşlər söyməyə başlamışdır. Həmin şəxsi sakitləşdirib, nizam-intizama dəvət etsələr də, o öz əməlini qəsdən davam etdirdiyi üçün adını sonradan bildiyi Şirvan şəhər sakini Şəxs PPXB-nün əməkdaşlarının köməkliyi ilə Şirvan ŞPŞ-nin növbətçi hissəsinə təhvil vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin DYPBnin, YPX-i inspektoru, polis baş serjantı Şahid2 məhkəmə iclasında Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxs xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Çıraq petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında ictimai asayişi pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Çıraq petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında ictimai asayişi pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azayev X1 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Bundan başqa xəta törədən şəxsin şəxsiyyətini, məhkəmə icraatı zamanı davranışını, əməli səmimi etiraf etməsini iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur.” Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azayev X1 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 05 fevral 2025-ci il tarixdən, saat 15:10-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-88/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-88/2025
05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver