Məhkəmə qərarları › İş №3(032)-894/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-894/2024

05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-894/2024 05.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Şirvan şəhər prokurorluğunun nümayəndəsi Şirvan şəhər prokurorunun böyük köməkçisi X7 iştirakı ilə , xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (FİN: xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 530-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Prokurorluğu Şirvan şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərara və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması” barədə Şirvan şəhər Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, fiziki şəxs Şəxs 21 avqust 2024-cü il tarixdə Şirvan şəhər Məhkəməsində baxılan şəhər polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin tərtib etdiyi MN1686418 nömrəli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi ilə X1 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraat zamanı məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edərkən sonuncu tərəfindən döyülməsini bildirməklə bilə-bilə yalan izahat vermiş, bununla da Azərbaycan Respublikası İXM-nin 530-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, Şirvan şəhər prokurorluğunun nümayəndəsinin izahatları ilə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarla, habelə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla razı deyil. Belə ki, o, məhkəmə iclasında işə baxılan zaman yalan izahat verməmişdir. O, Çingiz İsgəndərov tərəfindən döyülmüşdir. Belə ki, Çingizin həmin gün işdə olması faktı ilə razı deyil, əgər həmin şəxs tərəfindən döyülməsəydi, bu barədə şikayətlə müraciət etməzdi. O, zərərçəkmiş şəxs qismində tanındığı iş üzrə çıxarılmış qərardan məlumatlı olmadığından, ondan şikayət verə bilməmişdir. Məhkəmə iclasında Şirvan şəhər prokurorluğunun nümayəndəsi Şirvan şəhər prokurorunun böyük köməkçisi X11 məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarı müdafiə edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 530-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Şəxs xx.xx.2024-cü il tarixli Şirvan şəhər X8 bölməsinə verdiyi izahatının surətindən görünür ki, “hal-hazırda fərdi əməklə məşğulam. Heç bir xəstəlikdən əziyyət çəkmirəm. Həsənəli və Çingiz adlı şəxslərlə əvvəllər heç bir dava-dalaş və ədavətim olmamışdır. 08 iyun 2024-cü il tarixdə qonşudan çıxıb evə gəldim. Kirayə yaşadığım evin sahibi Həsənəli adlı şəxslə sözlü mübahisə etdik. Buna səbəb isə evdə olan qabqaşıqlarımın evdən gotürülərək həyətə yığılması idi. Bu zaman Həsənəli adlı şəxs oğluna zəng edərək, evə çağırdı. Həsənəlinin oğlu Çingiz evə gələrək, mənim üz və ayağ nahiyələrimə sillə və ayağ zərbələri endirərək xəsarət yetirdi. MTE-dən keçmək istəyirəm.” Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə asasən cinayət işinin başlanması rədd edilmiş, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(032)-670/2024 saylı qərarının surətindən görünür ki, barəsində inzibatı xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 barədə Şirvan şəhər Polis şöbəsinin İTB-nin sahə rəisi, polis kapıtanı X9 oglu tərəfındən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nomrəli protokol əsasında Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata onun həmin maddədə nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(032)-670/2024 saylı qərarında iş üzrə zərərçəkmiş şəxs Şəxs izahatından görünür ki, Çingiz İsgəndərovla qonşu olmuş, daimi yaşamaq yeri olmadığı üçün kirayə ev axtarmış, Çingizin bacısı evi kirayə verdiyini demiş, o da sentyabr ayından həmin mənzildə kirayədə yaşamışdır. İşdən çıxdığı üçün ev təmizlik işlərinə getmişdir. Ruxsarə ilə aralarında kirayə pulunun ödənilməsi ilə bağlı sözlü mübahisə yaranmış, daha sonra Rüxsarə qardaşı Çingizə zəng etmiş, saat 10:30 radələrində Çingiz evə gələrək onun üz və ayaq nahiyələrinə sillə və təpik zərbələri endirərək xəsarətlər yetirmişdir. O, evin sahibi Həsənəli tərəfindən döyülməmiş, onunla sözlü mübahisəsi olmuşdur. Hazırda o, X2 onu döydüyünə görə ondan şikayətçidir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbirinin seçilməsini xahiş edir. Şirvan şəhər Məhkəməsinin Şirvan şəhər Prokurorluğuna ünvanlanmış xx.xx.2024cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yaşayan Şəxs DİN-nin 102 xidməti zəng mərkəzinə zəng vuraraq kirayə yaşadığı evin sahibi tərəfindən döyülməsi faktı üzrə Şirvan şəhər X8 Qrupunun təhqiqatçısı, polis baş leytenantı X4 xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında X3 barəsində Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nomrəli inzibatı xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İşə mahiyyəti üzrə baxılmış və Şirvan şəhər Məhkəməsinin 3(032)-670/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində inzibatı xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 barədə Şirvan şəhər Polis şöbəsinin İTB-nin sahə rəisi, polis kapıtanı X9 oglu tərəfındən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nomrəli protokol əsasında Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata onun həmin maddədə nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməsi, zərərçəkmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 530-cu maddəsi ilə inzibatı məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında material Şirvan şəhər Prokurorluğuna göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında iş üzrə iltizamdan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs bilə-bilə yalan izahat verməyə görə İnzibati Xətalar Məcəlləsinin 530-cu maddəsində nəzərdə tutulan məsuliyyətin olması izah edilmişdir. Məhkəmə işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 530-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 530-cu maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraat zamanı şahidin, zərər çəkmiş şəxsin, mütəxəssisin bilə-bilə yalan izahat verməsinə və ya ekspertin bilə-bilə yalan rəy verməsinə, yaxud tərcüməçinin bilə-bilə yanlış tərcümə etməsinə və ya məhkəmə və digər orqanların qərarlarının icrası üzrə icraat zamanı bilə-bilə yanlış tərcüməsinə görəiki yüz əlli manatdan dörd yüz əlli manatadək məbləğdə cərimə olunur. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1-ci, 43-cü, 114-cü, 115-ci, 129-cu və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay , orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (FİN:xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 530-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli ) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti məlumat üçün təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar