Məhkəmə qərarları › İş №3(032)-895/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-895/2025

01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-895/2025 01.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs , İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X4 iştirakı ilə , xx.xx.1991-ci ildə Zəngilan rayonu Mincivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, işləməyən , Cəbrayıl rayonu Horovlu kəndində ünvanında qeydiyyatda olmaqla Şirvan şəhəri Xəqani küçəsi ev 21 mənzil 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Şirvan şəhər Məhkəməsinin 2(032)-173/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən icra yeri Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin inzibati binası müəyyən edilməklə xx.xx.2016-cı il təvəllüdlü X2 hər həftənin şənbə günü saat 10.00-da atası Zərərçəkmiş şəxs təhvil vermək vəzifəsi anası Şəxs həvalə edilməsi, xx.xx.2016-cı il təvəllüdlü X1 hər həftənin şənbə günü saat 14:00-da anası Şəxs təhvil vermək vəzifəsi atası Zərərçəkmiş şəxs həvalə edilməsi nəzərdə tutulsa da, borclu icra vərəqəsində göstərilən tələbləri icra etməmiş və icra sənədinin icrası ilə bağlı Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən 01 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta hadisəsinin olması 01 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. Belə ki, onun övladının atası ilə ünsiyyətinə etirazı yoxdur. Lakin övladı özü atası ilə görüşmək istəmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X10 izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-173/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən icra yeri Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin inzibati binası müəyyən edilməklə xx.xx.2016-cı il təvəllüdlü X2 hər həftənin şənbə günü saat 10.00-da atası Zərərçəkmiş şəxs təhvil vermək vəzifəsi anası Şəxs həvalə edilməsi, xx.xx.2016-cı il təvəllüdlü X1 hər həftənin şənbə günü saat 14:00-da anası Şəxs təhvil vermək vəzifəsi atası Zərərçəkmiş şəxs həvalə edilməlidir. Göstərilən icra sənədi “icraata başlamaq haqqında” qərar qəbul edilərək tərəflərə, eləcə də “tələbin könüllü icrası barədə” bildiriş borcluya göndərilmişdir. Şirvan Şəhəri üzrə İcra və probasiya şöbəsinin inzibati binasında dəfələrlə görüşlər təyin olunmuş, lakin tərəflərin övladı Elgün atası ilə getməkdən imtina etmişdir. Elgünlə və anası ilə söhbətlər aparılmasına baxmayaraq görüşlər baş tutmamışdır. Müvafiq psixoloq və Şirvan İH-nin yanında Qəyyumluq və Himayəçilik komissiyasının əməkdaşının iştirakları ilə görüşlər keçirilmişdir. Bu barədə müvafiq aktlar tərtib olunmuş və videoçəkilişlər aparılmışdır. Görüşlərin nəticəsində qəyyumluq orqanının əməkdaşının və psixoloqun rəyindən uşağın anası, iş üzrə borclu Şəxs görüşlər zamanı övladı Elgünə psixolofi təsirlər edərək uşağın atasının uşaqla görüşünə imkan yaratmır. Sonuncu, yəni xx.xx.2025-ci il tarixində mütəxəssislərin də iştirak etdiyi görüşdən sonra borclu ümumiyyətlə bundan sonra uşağı atasıyla görüşdürməyəcəyini bildirmişdir. Beləliklə, Şəxs dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Həmçinin o, bildirdi ki, Şəxs övladını ünsiyyət üçün gətirərkən Zərərçəkmiş şəxs təhvil vermək əvəzinə yalnız özünün iştirakı ilə Zərərçəkmiş şəxs ilə ünsiyyətinə icazə verir, həmçinin ona kənardan təsir göstərir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-173/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi borclu Şəxs tərəfindən icra olunmur. Belə ki,o, övladına təsir edir, nəticədə övladı da onunla görüşmək istəmir. Görüş zamanı oğlunu ona təhvil verməli olduğu halda təhvil vermir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin 2(032)- 173/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, icra yeri Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin inzibati binası müəyyən edilməklə xx.xx.2016-cı il təvəllüdlü X2 hər həftənin şənbə günü saat 10.00-da atası Zərərçəkmiş şəxs təhvil vermək vəzifəsi anası Şəxs həvalə edilməsi ,xx.xx.2016-cı il təvəllüdlü X1 hər həftənin şənbə günü saat 14:00-da anası Şəxs təhvil vermək vəzifəsi atası Zərərçəkmiş şəxs həvalə edilməsi qət edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Şirvan şəhər Məhkəməsinin 2(032)-173/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə tələbin icra edilməsi ilə bağlı Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xəbərdar edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)- 173/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)- 173/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Həmin bildiriş Şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X4, iş üzrə tələbkar Zərərçəkmiş şəxs, iş üzrə borclu Şəxs, hal şahidi ünvan 3 ünvanında yaşayan X6, digər hal şahidi ünvan 4 ünvanında yaşayan X5, Şirvan şəhər İcra Hakimiyyətinin yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqları üzrə komissiyanın üzvü X3, Şirvan şəhər Mərkəzi Xəstəxanasının psixoloqu X8 iştirakı tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-173/2025-022 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə sənədinə əsasən icra yeri Şirvan şəhəri üzrə lcra və probasiya şöbəsinin inzibati binası müəyyən edilməklə xx.xx.2016-cl il təvəllüdlü X2 hər həftənin şənbə günü saat 10.00-da atası Zərərçəkmiş şəxs təhvil vermək vəzifəsi anası Şəxs həvalə edilsin, xx.xx.2016-ci il təvəllüdlü X1 hər həftənin şənbə günü saat 14:00-da anası Şəxs təhvil vermək vəzifəsi atası Zərərçəkmiş şəxs həvalə edilməlidir. xx.xx.2025-ci il tarixində Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin inzibati binasında komissiya təşkil olumuşdur. Uşaqla aparılan bütün söhbətlər videoçəkilişlə qeydə alınmışdır. Görüşdə Şirvan Şəhər İcra Hakimiyyəti yaninda Uşaq hüquqları üzrə Komissiyanın üzvü və Şirvan Şəhər Mərkəzi Xəstəxanasınıin psixoloqu uşaqla təkbətək və valideynləri ilə birgə görüşmüşdür. Görüş zamanı tərəflərin övladı olan Elgün Allahverdiyevin atası Zərərçəkmiş şəxslə anasının iştirakı olmadan görüşmək istəməməsinin, eləcə də onun üzərində anasının hər hansı bir təsir və müdaxiləsinin olubolmamaması ilə bağlı söhbətlər aparılmışdır. Və mütəxəssislərin hər ikisinin ortaq rəyinə əsasən müəyyən edilmişdir ki, Elgün hələ də atası ilə görüşmək istəmir və bunu hər hansı bir səbəblə izah edə bilmir. Bu məqsədlə onunla bir daha fərdi qaydada söhbət aparıldı ve söhbət zamanı ona müəyyən kənar təsirlər olduğu müşahidə edildi. Hazırda onun atası Zərərçəkmiş şəxs ilə getməsi yenidən məqsədəmüvafiq hesab edilmədi. Bu səbəbdən də növbəti dəfə yenidən komissiyanin iştirakı ilə görüşün keçirilməsi və Elgünün atası ilə getməsinə və vaxt keçirməsinə şərait yaradılması məsələsinə baxılması məqsədəmüvafiq hesab edilmişdir. Odur ki, aktı tərtib edib doğruluğunu imzaları ilə təsdiq etmişlər. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X4, iş üzrə tələbkar Zərərçəkmiş şəxs, iş üzrə borclu Şəxs, hal şahidi ünvan 3 ünvanında yaşayan X6, digər hal şahidi ünvan 4 ünvanında yaşayan X5, Şirvan şəhər İcra Hakimiyyətinin yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqları üzrə komissiyanın üzvü X3, Şirvan şəhər Mərkəzi Xəstəxanasının psixoloqu X8 iştirakı tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-173/2025-022 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə sənədinə əsasən icra yeri Şirvan şəhəri üzrə lcra və probasiya şöbəsinin inzibati binası müəyyən edilməklə xx.xx.2016-cl il təvəllüdlü X2 hər həftənin şənbə günü saat 10.00-da atası Zərərçəkmiş şəxs təhvil vermək vəzifəsi anası Şəxs həvalə edilsin, xx.xx.2016-ci il təvəllüdlü X1 hər həftənin şənbə günü saat 14:00-da anası Şəxs təhvil vermək vəzifəsi atası Zərərçəkmiş şəxs həvalə edilməlidir. xx.xx.2025-ci il tarixində Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin inzibati binasında komissiya təşkil olumuşdur. Uşaqla aparılan bütün söhbətlər videoçəkilişlə qeydə alınmışdır. Görüşdə Şirvan Şəhər İcra Hakimiyyəti yaninda Uşaq hüquqları üzrə Komissiyanın üzvü və Şirvan Şəhər Mərkəzi Xəstəxanasınıin psixoloqu uşaqla təkbətək və valideynləri ilə birgə görüşmüşdür. Görüş zamanı tərəflərin övladı olan Elgün Allahverdiyevin atası Zərərçəkmiş şəxslə anasının iştirakı olmadan görüşmək istəməməsinin, eləcə də onun üzərində anasının hər hansı bir təsir və müdaxiləsinin olubolmamaması ilə bağlı söhbətlər aparılmışdır. Və mütəxəssislərin hər ikisinin ortaq rəyinə əsasən müəyyən edilmişdir ki, Elgün hələ də atası ilə görüşmək istəmir və bunu hər hansı bir səbəblə izah edə bilmir. Bu məqsədlə onunla bir daha fərdi qaydada söhbət aparıldı ve söhbət zamanı ona müəyyən kənar təsirlər olduğu müşahidə edildi. Hazırda onun atası Zərərçəkmiş şəxs ilə getməsi yenidən məqsədəmüvafiq hesab edilmədi. Bu səbəbdən də növbəti dəfə yenidən komissiyanin iştirakı ilə görüşün keçirilməsi və Elgünün atası ilə getməsinə və vaxt keçirməsinə şərait yaradılması məsələsinə baxılması məqsədəmüvafiq hesab edilmişdir. Odur ki, aktı tərtib edib doğruluğunu imzaları ilə təsdiq etmişlər. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şəxs xx.xx.2025-ci il tarixli yazılı izahatından görünür ki, övladının atası ilə görüşünə etirazı yoxdur və övladı ayda bir dəfə atası ilə görüş istəyir. Atasının pis vərdişlərinə görə övladı atasına getmək istəmir, övladına babası və atası içki içirtmişdir. Özü könüllü olaraq atasına getmək istəmir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və təqdim edilmiş sübutlara, həmçinin işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədinin icrasını təmin etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-173/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən də görünür ki, məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Şəxs nikahın pozulmasına etiraz etməsə də, birgə nikahlarından olan uşağı xx.xx.2016-cı il təvəllüdlü X2 ilə iddiaçının görüş vaxtının saat 10:00-dan 12:00-dək və məhz onun iştirakı ilə müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir . Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 32.1.3-cü maddəsinə əsasən inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hallardan biridir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.3-cü maddəsinə əsasən Şəxs himayəsində azyaşlı uşağının olması onun əməlində məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxsin şikayətçi olduğunu, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32-ci və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar