Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-898/2024 31.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, X1 iştirakı ilə, X2 barəsində Azərbaycan Respublikası DİN-in BDYPİ-nin rəis müavini polis polkovnikleytenantı Pərvin Səfərəliyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ/24211856 və xx.xx.2024-cü il tarixli, EQ/24202567 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası DİN-in BDYPİ-nin rəis müavini polis polkovnik-leytenantı Pərvin Səfərəliyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ/24211856 nömrəli və xx.xx.2024-cü il tarixli, EQ/24202567 nömrəli elektron qərarların ləğv edilməsi və ona əsassız yazılmış 800 manat inzibati cərimənin silinməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, idarə etdiyi 1974-cü il buraxılışlı, “VAZ 2103” minik markalı, ** DA *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri Salyan döngəsi adlanan ərazidə olarkən barəsində İXM-nin 364.4-cü maddəsinin tələblərinin pozulmasına görə 400 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə barəsində İXM-nin 339.1-1-ci maddəsi ilə EQ/24202567 nömrəli elektron qərar qəbul edilməsi barədə qərar qəbul edilməsi barədə məlumat almışdır. Elektron qərarların qəbul edilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə məlumat almışdır. Elektron qərarın qəbul edilməsini araşdırdıqda ona yolun hərəkət hissəsinin ikinci və ya sonrakı cərgisində saxlanmağına görə İXM-nin 346.4-cü maddəsinin tələblərinin pozmasını qeyd edilmişdir. Bundan əlavə eyni gündə ona aidiyyəti olmayan ** QA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cərimə ona tətbiq edilmişdir. Barəsində İXM-nin 529.3-cü maddəsinə əsasən çıxarılan məhkəmə qərarı Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(032)- 737/2024 saylı qərarı ilə xitam verilmiş, lakin qeyd edilən qərar DİN-in Baş Dövlət Yol Polis İdarəsinin məlumat bazasına əlavə edilməmişdir. Barəsində tətbiq edilmiş elektron qərarlar qanunsuz və əsassızdır. Məhkəmə iclasında şikayət verən şəxs X3 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin qərarı qəbul etmiş şəxs gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayət verən şəxsin izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, EQ/24211856 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X3 "VAZ 2103" minik markalı, ** DA *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən yanqoşusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli, EQ/24202567 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X3 "VAZ 21041" markalı, ** DA *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(032)- 737/2024 saylı qərarından görünür ki, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən inzibati xəta törətmiş X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılmışdır. Həmin qərardan görünür ki, X3 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola görə EQ 20252021 nömrəli, xx.xx.2024-cü il tarixli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə, 30 manat məbləğində dəbbə, ümumilikdə 80 manat cərimə edilməsinə baxmayaraq inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin qərarı icra etməmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(032)-737/2024 saylı qərarından görünür ki, X3 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək hesablanmış cəriməni ödədiyi üçün barəsində tətbiq edilmiş olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(032)-737/2024 saylı qərarından görünür ki, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən inzibati xəta törətmiş X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 ay müddətə məhdudlaşdırılmasına dair Şirvan şəhər Məhkəməsinin 3(032)-737/2024 saylı, 10 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında qərarına xitam verilmişdir. Məhkəmə şikayətlə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin normalarına əsasən aşağıdakıları qeyd edir: 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə – səksən manat məbləğində cərimə edilir. 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İnzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); inzibati cərimənin məbləği və ödənilməsi qaydası, inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 122.6-cı maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. 125.2.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir. Hazırda məhkəməyə təqdim edilmiş materiallardan görünür ki, səalhiyyətli orqan tərəfindən qəbul edilmiş qərarda X3 Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimənin tətbiq edilməsi göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası İMX-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş cərimənin məbləği qanunverici tərəfindən fiziki şəxslər üçün 80 manat həddində müəyyən edilmişdir. Göstərilən bu hal şəxsin törətmiş olduğu inzibati xətaya görə qanunvericilikdə nəzərdə tutulmuş cərimə məbləğindən dəfələrlə artıq məbləğdə inzibati tənbehə məruz qalmasına dəlalət edir ki, bu da yolverilməz olmaqla səlahiyyətli orqan tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olmasının göstəricisidir. Həmçinin, məhkəmə bildirir ki, digər, yəni xx.xx.2024-cü il tarixli, EQ 24202567 nömrəli elektron qərarda göstərilən fotoşəkildə ** OA *** dövlət qeydiyyat nişanlı maşın göstərilə də, inzibati tənbeh barədə protokolda ** DA *** dövlət qeydiyyat nişanlı maşın tərəfindən qayda pozuntusu qeyd edilmişdir. Həmçinin ** OA *** dövlət qeydiyyat nişanlı maşının X2 mülkiyyətində və ya istifadəsində (etibarnamə üzrə) olması halı müəyyən edilməmişdir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında işin hallarına obyektiv qiymət vermək mümkün olmadığına görə məhkəmə hesab edir ki, X3 barəsində qəbul olunmuş qərarlar ləğv olunmalı və araşdırma aparılması üçün Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinə göndərilməlidir. Material üzrə təkrarən araşdırma aparılarkən sürücü X3 Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinə dəvət olunmalı, ondan müvafiq izahat alınmalı, sonuncunun irəli sürdüyü dəlillər yoxlanılmalı və sonda əsaslı və qanuni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası DİN-in BDYPİ-nin rəis müavini polis polkovnikleytenantı Pərvin Səfərəliyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ/24211856 və xx.xx.2024-cü il tarixli, EQ/24202567 nömrəli qərarlar ləğv edilsin. İnzibati xəta haqqında qərarlara yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-898/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-898/2024
31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver