Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-899/2024 07.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Şikayət verən şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ/23577326 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 şikayətlə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ/23577326 nömrəli elektron qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə barəmdə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş EQ/ 23577326 nömrəli elektron qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən 400 (dörd) yüz manat məbləğində cərimə edilmişdir. Barəsində xx.xx.2024-cü il tarixdə tərtib olunmuş EQ/ 23577326 nömrəli inzibati tənbehvermə haqqında Elektron Qərarı 09 oktyabr 2024-cü il tarixdə qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən yolda müəyyyən edilmiş hərəkər sürətini 10-20 km/saat həddində aşmağa görə 10 (on) manat məbləğində cərimə nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən 10 (on) manat məbləgində cərimə nəzərdə tutulmasına baxmayaraq, 400 (dörd) yüz manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqanın gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə iclasında şikayət verən şəxs X4 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin qərarı qəbul etmiş şəxs gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, işdə olan sənədləri nəzərdən keçirib, sübutlara qiymət verərək hesab edir ki, şikayət aşağıda qeyd edilən əsaslara görə təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, EQ/23577326 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X4 “MİTSUBİSHİ PAJERO” markalı, ** TX *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 16 km/saat həddində aşdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(032)-674/2024 saylı qərarından görünür ki, xx.xx.2024-cü il tarixli, İXP ******* və İXP ******* nömrəli inzibati xəta haqqında protokollara əsasən inzibati xəta törətmiş X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 8 (səkkiz) ay müddətə məhdudlaşdırılmışdır. Həmin qərardan görünür ki, X4 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola görə EQ 20752367 nömrəli protokol üzrə xx.xx.2024-cü il tarixli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə, 48 manat məbləğində dəbbə, ümumilikdə 128 manat, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola görə EQ 20474265 nömrəli protokol üzrə xx.xx.2024-cü il tarixli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələri ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə, 48 manat məbləğində dəbbə, ümumilikdə 128 manat cərimə edilməsinə baxmayaraq inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin qərarı icra etməmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(032)-674/2024 saylı qərarından görünür ki, X4 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək hesablanmış cəriməni ödədiyi üçün barəsində tətbiq edilmiş olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(032)-674/2024 saylı qərarından görünür ki, xx.xx.2024-cü il tarixli, İXP ******* və İXP ******* nömrəli inzibati xəta haqqında protokollara əsasən inzibati xəta törətmiş X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququnun 08 (səkkiz) ay müddətə məhdudlaşdırılmasına dair Şirvan şəhər Məhkəməsinin 3(032)-674/2024 saylı, 03 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında qərarına xitam verilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(032)-787/2024 saylı qərarından görünür ki, X4 barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə şikayətlə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin normalarına əsasən aşağıdakıları qeyd edir: 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyət vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(032)-674/2024 saylı qərarı ilə xx.xx.2024-cü il tarixli, İXP ******* və İXP ******* nömrəli inzibati xəta haqqında protokollara əsasən inzibati xəta törətmiş X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 8 (səkkiz) ay müddətə məhdudlaşdırılmışdır. Sonradan, yəni xx.xx.2024-cü il tarixdə X4 ərizə ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş olan protokollar üzrə cərimə məbləğini ödədiyindən Şirvan şəhər Məhkəməsinin 3(032)-674/2024 saylı, 03 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında qərarına xitam verilməsini xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(032)- 674/2024 saylı qərarı ilə Şirvan şəhər Məhkəməsinin 3(032)-674/2024 saylı, 20 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında qərarına xitam verilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ/23577326 saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ/23577326 nömrəli inzibati xəta haqqında qərarı mübahisələndirir. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinin tələbinə görə inzibati xəta haqqında iş üzrə qərardan rəsmi qaydada verildiyi vaxtdan qanunla müəyyən edilmiş 10 gün ərzində şikayət verilmədikdə, şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən həmin fiziki şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur. Xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən xüsusi hüququn məhdudlaşdırılması müddəti qurtaranadək və ya İXM-in 152.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərara xitam verilənədək fiziki şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur. İnzibati işin araşdırması zamanı müəyyən edilmişdir ki, X3 törətmiş olduğu inzibati xəta məhz onun sürücülük hüququnun məhdudlaşdırıldığı dövrdə törədilmişdir. Məhkəmə, şikayətçinin barəsində tərtib olunmuş qərarın ləğv edilməsi üçün bildirdiyi halları əsassız kimi qiymətləndirir, həmin qərarın ləğvi üçün əsas ola bilmədiyi qənaətə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında tərtib olunan qərarın ləğvi yalnız inzibati xəta baş verməsini şübhə altına alan, xətanın tərkibini formalaşdıran əlamətlərin ziddiyyətli məqamlara əsaslanması, qərarın qanuna zidd və əsassız tərtib olunması hallarının mövcud olduğu təqdirdə mümkün sayıla bilər. Hazırkı iş üzrə belə halların mövcud olması aşkar edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ/23577326 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ/23577326 nömrəli inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-899/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-899/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver