Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-899/2025 04.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, G.Mehmandarov küçəsi, ev 10, mənzil 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan şəhəri İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti X1 ******* nömrəli, xx.xx.2025-ci il tarixli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ******* nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə icra məmurunun qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti X1 ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 3000 manat məbləğində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinə əsasən 5000 manat məbləğində cərimə edilmişdir. Salon işlədir. Maddi imkanı yoxdur. Himayəsində 8 yaşında olan azyaşlı uşağı vardır. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti X1 ******* nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə üzrə Şəxs Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən təqsirli bilinərək 3.000 manat cərimə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ******* nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinə əsasən təqsirli bilinərək 5.000 manat cərimə edilmişdir. Borcluya iş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş verilməsinə, dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, qanunvericilikdə nəzərə tutulmuş müddətdə cərimələri ödəməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti X1 ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 3000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinə əsasən 5000 manat məbləğində cərimə edilmişdir. Tələbin könüllü icrası barədə bildirişlərin surətindən görünür ki, borclu Şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti X1 ******* nömrəli, xx.xx.2025-ci il tarixli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ******* nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə tələbin könüllü icrası ilə bağlı məlumatlandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. 28.2-ci maddəsinə əsasən ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın xarakterini, şəxsin törətmiş olduğu əməlinə münasibətini, çıxarılmış məhkəmə qərarının uzun müddət icra olunmaması və şəxsin heç bir üzrlü səbəbi olmadan icrasından boyun qaçırmasını, hazırki zamanda heç bir məbləğdə ödəniş etməməsini, həmçinin iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması məhkəmə tərəfindən nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, şəxsin əməlində İXM-in 529.1-ci maddəsinin tərkib əlamətləri var və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Borclunun öz əməlinə münasibətini, ana olmasını, habelə kifayət qədər yüksək məbləğdə cəriməni ödəməməsini, o cümlədən icra məmurunun tələblərinə baxmayaraq ödənişlərdən yayınmasınıl nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinin sanksiyası ilə nəzərdə tutulmuş ictimai işlər tətbiq edilməlidir. İctimai işlər növündə inzibati tənbehin tətbiq olunmasını istisna edən hər hansı halı müəyyən olunmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. İctimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası onun yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-899/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-899/2025
04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver