Məhkəmə qərarları › İş №3(032)-900/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-900/2025

05.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-900/2025 05.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar Zərərçəkmiş şəxs1, inzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş protokol və materiallara baxaraq, müəyyən etdi: Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-653/2025 saylı icra sənədinin Şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-653/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs 3888.38 manat məbləğində pul vəsaiti tutularaq tələbkarlar Zərərçəkmiş şəxs2 Əlbəyaz qızı və Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. Şəxs adında elektron "İcra İnformasiya" sistemində hər hansı bir gəlir və əmlak aşkar edilməmişdir. Borcluya iş üzrə icraata başlamaq haqqında" qərar, tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıq məktubları verilməsinə, dəfələrlə izahatı alınaraq məsuliyyəti barədə xəbərdar olunmasına baxmayaraq o, borc məbləğindən tələbkara heç bir ödəniş etməyərək sözü gedən icra sənədlərinin icrasını təmin etməmişdir. Borclu Şəxs yerini müəyyən etmək mümkün olmadığımdan barəsində xx.xx.2025-ci il tarixdə borclunun "axtarışı haqqında qərar qəbul edilərək icra edilməsi üçün X4 göndərilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixində borclu Şirvan Şəhəri üzrə İcra və probasiya şöbəsinə gəlmiş, ondan izahat alınmış, borcu ödəmədiyi təqdirdə məsuliyyəti barədə izahatlar verilmiş. Şəxs öz növbəsində bildirmişdir ki, icra tələbi üzrə borcdan hazırda hər hansı məbləğ ödəməyə maddi imkanı yoxdur. Borclu Şəxs hal-hazırda 3888.38 manat ödənilməmiş borcu var. Bununla da Şəxs icra məmurunun qanuni tələbin yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında bildirdi ki, ondan Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-653/2025 saylı icra sənədinə əsasən ondan 3888.38 manat məbləğində pul vəsaitinin tutularaq tələbkarlar Zərərçəkmiş şəxs2 Əlbəyaz qızı və Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi qət edilmişdir. Qeydiyyatda olduğu ünvanda qardaşı olur. Bildirişlərlə bağlı ona heç bir məlumat verməyiblər. Hazırda işsizdir. Fərdi əməklə məşğul olur. Borcu aylıq hissə-hissə ödəməyə maddi imkanı çatır. Kirayə qalır. Övladı xəstədir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs1 izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-653/2025 saylı icra sənədi sənədi üzrə 3888.38 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. İşlədiyi dövrdə ödəniş edə bilərdi. Yoldaşı xəstədir. Ehtiyacı var. Borcun ödənilməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-653/2025 saylı icra sənədinə əsasən, Şəxs 3888.38 manat məbləğində pul vəsaiti tutularaq tələbkarlar Zərərçəkmiş şəxs2 Əlbəyaz qızı və Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir . Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-653/2025 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə borclu Şəxs barəsində axtarış elan edilmişdir. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişlərin surətindən görünür ki, borclu Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)- 653/2025 saylı icra vərəqəsi üzrə tələbin könüllü icrası ilə bağlı məlumatlandırılmışdır. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında protokola və protokola əlavə olunmuş digər sənədlərə məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmişdir. Belə ki, borclu icra sənədini üzrlü səbəbdən icra etmədiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiya həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın xarakterini, şəxsin törətmiş olduğu əməlinə münasibətini, çıxarılmış məhkəmə qərarının uzun müddət icra olunmaması və şəxsin heç bir üzrlü səbəbi olmadan icrasından boyun qaçırmasını, ödənilməmiş borcların məbləğini, hazırki zamanda heç bir məbləğdə ödəniş etməməsi, icra məmurunun çağırışlarından yayınması və öhdəliyinə hədsiz laqeyd münasibət bəsləməsi, övladları ilə maraqlanmaması, məhkəmə iclası zamanı verdiyi ifadəsinə əsasən övladlarının məişət və yaşam şəraiti ilə ümumiyyətlə maraqlnamadığı həmçinin iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə iş materiallarını araşdıraraq, inzibati xəta törətmiş Şəxs tələbkarlara olan borcunu ödəmədiyini, uzun zaman axtarışda olaraq icra sənədinin icrasından yayındığını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 05 sentyabr 2025-ci il tarixdən, saat 16:45-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar