Məhkəmə qərarları › İş №3(032)-901/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-901/2023

19.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-901/2023 19.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Zərərçəkmiş şəxs X6 və qanuni nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “Qarasu” Neft şirkətində böyük usta vəzifəsində işləyən, Sabirabad rayonu, Bala-Həşimxanlı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 157-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 22 iyun 2023-cü il tarixdə qardaşı qızı X7 döyərək, sol saidin aşağı 1/3-də qançır ilə müşayiət olunan sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə qardaşı Namil ilə həyat yoldaşı Günel arasında mübahisə olmuş və bu səbəbdən Günel evdən çıxıb bacısı Aynurgilə getmişdir. Bundan sonra Aynur ona zəng edib Günelin və uşaqlarının paltarlarını götürməsini bildirmiş və o da, buna etiraz etməmişdir. Bundan sonra Aynur və Günelin qızı Xanım gəldilər və paltarları götürdülər. Həmin vaxtı Xanım Namilin onun atası olmadığını bildirdi və o da uşaq olduğu üçün ona baş qoşmadı. Bundan Sonra onlar paltarları götürüb evdən getdilər. Daha sonra Aynura zəng edib Güneli evə gətirməsini demiş, lakin həmin vaxtı Günel ilə danışanda Günel onu söyüb-təhqir etmiş və o da cavab olaraq Güneli söyüb-təhqir etmişdir. Sonradan eşitmişdir ki, Günel ondan şikayət edib və onu PŞ-dən zəng edib izahatının alınması üçün polis şöbəsinə dəvət etdilər. Qardaşı qızı Xanımı döyməmiş, ona fiziki ağrı yetirməmişdır. Əsadova Günelin onun barəsində vermiş olduğu şikayət əsassızdır. Məhkəmə iclasında zərəçəkmiş şəxs X6 qanuni nümayəndəsi X5 bildirdi ki, X8 ilə 2009-cu ildə ailə həyatı qurmuş, bu nikahdan 2 övladları var. Evləndiləri gündən bəri münasibətləri normal olsada təxminən mart ayından bəri aralarında problemlər yaranmışdır. Namil sərxoş halda evə gələrək, onu söyüb-təhqir edir və döyür. Bu barədə Şirvan ŞPŞ-nə müraciət etmiş və sonradan barışmışdır. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində uşaqlarını götürüb, Şirvan şəhərində yaşayan bacısıgilə getmişdir. Daha sonra həmin evdə paltarları qaldığından həmin paltarları götürmək lazım idi. Bundan sonra özü ora getməkdən qorxduğu üçün qızı Xanımla birlikdə bacısını həmin evə göndərmişdir. Həmin evdə qaynı Elcan qızı Xanımın qol nahiyəsindən tutaraq fiziki ağrı yetirmişdir. Bundan sonra bu barədə DİN-nin “102” xidmətinə zəng edərək, bu barədə məlumat vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etdiyi əmələ görə bağışlamadığını bildirərək, məhkəmədən sonuncunun barəsində qanunla müəyyən edilmiş hədd daxilində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, X4 Nazirliyi “Məhkəmə-tibbi ekspertizası və Pataloji Anatomiya Birliyi” X11 22 iyun 2023-cü il tarixli, 291 saylı ekspert rəyinə əsasən X6 bədən səthində sol saidin aşağı 1/3-də qançır kimi xəsarətlər aşkar edilmiş, həmin xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişlər, 22 iyun 2023-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətə aid olduqları üçün dərəcəsi təyin edilmir. Bundan başqa, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X2 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti icra olunması üçün Şirvan şəhər Polis Şöbəsinə həvalə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar