Məhkəmə qərarları › İş №3(032)-902/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-902/2023

19.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-902/2023 19.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərəçəkmiş şəxs X1 qanuni nümayəndəsi X2 iştirakı ilə, xx.xx.1984-cü ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Sabirabad rayonu, Şıxsalahlı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2023-cü il tarixdə Şəxs oğlu X3 döyərək ona qəsdən fiziki ağrı yetirmişdir. İnzibati xəta hadisənin olması xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolla, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin ifadəsi, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 2010-cu ildə X5 ilə ailə həyatı qurmuşdur. Həmin evlilikdən onların 4 övladı olmuşdur. 2017-ci ildə əri Taleh həbs olunduqdan sonra o, övladlarını təkbaşına saxlamağa başlamışdır. Sonradan 2021-ci ilin dekabr ayında əri Taleh həbsdən azad olunduqdan sonra dəfələrlə onunla münaqişələr yaratmış, övladlarını ondan tələb etmişdir. O da bu səbəbdən Talehdən rəsmi olaraq ayrılmışdır. Məhkəmə övladlarımı ona vermişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 10 radələrində Taleh yaşadığı ünvanın həyətindən oğlu Mirzağanı götürmüş, Şirvan ŞPŞ-yə gəlmiş, guya onun oğlu Mirzağaya xəsarət yetirməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Tamamilə yalandır, şər və böhtandır. Bu vaxta kimi heç bir övladına xəsarət yetirməmişdir. Əri Taleh övladına təsir göstərdiyi üçün Mirzağa bu formada izahat vermişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs X4 qanuni nümayəndəsi X2 iştirakı ilə ifadəsində bildirmişdir ki, valideyni Taleh Qədirzadə 2017-ci ildə həbs olunduqdan sonra o və digər bacı qardaşları anası Fidan Məmmədova ilə ata evlərində yaşamışlar. Anası Fidan atasının həbsdə olduğu müddətdə onu və digər bacı, qardaşlarını saxlamışdır. 2021-ci ilin dekabr ayında valideyni Taleh həbsdən azad olduqdan sonra o, atasının görüşmək istədiyini bildirmişdir. Lakin anası isə hər dəfəsində ona mane olurmuş, ona acıqlanmışdır ki, atası ilə görüşməsin. Valideyni Taleh də onların evinə gələrək onlarla görüşmək istəmişdir. Lakin anası icazə verməmişdir. Sonuncu dəfə 2023-cü ilin iyun ayının 14-ü tarixində o, yaşadığı evin pəncərəsindən həyətə baxırmış. Bu vaxt atasının onu həyətdən səsləməsini görmüşdür. Atası ilə söhbətləşən zaman anası gələrək onun yanına pəncərəni bağlamışdır. Saat təxminən 11 radələri olardı. Anası pəncərəni bağladıqdan sonra onun sağ ayağına təpiklə vurmağa başlamışdır. O da ağlayaraq yataq otağına keçmişdir. Bu günki tarixdə xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində o, həyətdə olduğu zaman atası talehi yolda görərək yanına qaçmışdır. Daha sonra atasına anası Fidan tərəfindən döyülməsi barədə məlumat vermişdir. Atası bu barədə DİN-in 102 qaynat xəttinə müraciət etmişdir. Anası Fidan sağ ayağına təpiklə xəsarət yetirmişdir. Baş verən münaqişə təxminən 2-3 dəqiqə davam etmişdir. Evdə həmin vaxt heç kim yox idi. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İnzibati xəta haqqında protokola əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 280 saylı məhkəmə-tibbi rəyindən görünür ki, 2011-ci il təvəllüdlü X1 bədən səthində aşkar olunan xəsarət-sol baldırın yuxarı 1/3-də qançır-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 14 iyun 2023-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir. Şirvan şəhər sakini X4 xx.xx.2023-cü il tarixdə, saat 11:50 radələrində Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə zəng vuraraq, anası Fidanın onu döyərək işgəncə verməsi və atası ilə görüşə icazə verməməsi barədə məlumat vermişdir. Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə,xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi, qadın olması, iş üzrə məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alınır. Ağırlaşdıran halların olması isə məhkəmə tərəfindən müəyyən edilmədi. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibari xətanının törədilməsində təqsirli bilinərək onun barəsində minimum həddə cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada tədim edildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar