Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-906/2023 21.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.2001-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus “Nokia” markalı mobil telefonu oğurlamışdır. İnzibati xəta hadisəsinin olması xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidin və Zərərçəkmiş şəxsnın izahatları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 14 iyul 2023-cü il tarixində saat 18 radələrində o, Şirvan şəhəri, N.Nərimanov küçəsində gəzirmiş. Bu vaxt tanışı Elmir Orucovu orada yerləşən dönərxananın qarşısında görmüşdür. Elmirə yaxınlaşaraq 30 dəqiqəyə yaxın söhbət etmişdir. Elmirlə o, 4 ilə yaxındır ki tanışdır. Elmirlə həqiqi hərbi xidmətdə birlikdə qulluq etmişdir. Münasibətləri yaxşı olmuşdur. Daha sonra o, Elmirdən Bakı şəhərində yaşayan dostuna zəng vurmaq üçün mobil telefonunu istəmişdir. Elmir ona istifadəsində olan “Nokia” markalı mobil telefonunu vermiş və özü orada yerləşən dönərxanaya daxil olmuşdur. O, telefonu Elmirdən aldıqdan sonra dönərxananın arxasına getmişdir. Daha sonra o, dostu ilə danışmışdır. Danışdıqdan sonra o, oradan ayrılmışdır. Ayrılan zaman Elmirin mobil telefonunu maddi imkanı zəif olduğundan və üzərində pulunun olmadığından satmaq qərarına gəlmişdir. O, saat 14 iyul 2023-cü il tarixdə 23 radələrində Elmirin mobil telefonunu “Azpetrol” yanacaq doldurma məntəqəsinin tualetinə getmişdir. Tualetdə ehtiyatsızlıqdan onun əlindən Elmirə məxsus oğurladığı telefonu kanalizasiyaya düşürmüşdur. Sonra Elmirin onun mobil telefonunu oğurlamağı barədə Şirvan ŞPŞ-yə etmiş olduğu şikayətini öyrənmiş və hadisə ilə əlaqədar polis şöbəsinin inzibati binasına yaxınlaşmışdır. Əməlindən peşman olması, dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, 14 iyul 2023cü il tarixində saat 18 radələrində o, Şirvan şəhəri, N.Nərimanov küçəsində yerləşən “Köz dönəri” adlanan dönərxananın qarşısında dayanmışdır Bu vaxt onunlaq birgə həqiqi hərbi xidmətdə qulluq etmiş, əsgər yoldaşı olan Şəxs ona yaxınlaşmışdır. Təxminən 30 dəqiqəyə Murad ilə söhbət etdikdən sonra Murad ondan danışmaq üçün mobil telefonunu istəmişdir. O da Muradı təxminən 4 ilə yaxın müddətə tanıdığından Murada inanaraq mobil telefonunu Murada danışması üçün vermiş və verdikdən sonra özü həmin qarşısında dayanmış olduğu dönərxananın içərisinə keçmişdir. Təxminən 15 dəqiqədən sonra dönərxanadan çölə çıxdıqda ətrafa nə qədər nəzər salsa da, Muradı tapa bilməmişdir. Bir müddət sonra digər tanışlarının mobil nömrəsi ilə öz mobil nömrəsinə zəng çalsa da, ilkin mobil nömrəsinə zəng çatsa da, sonradan mobil telefonu söndürüldüyündən zəng çatmamışdır. Təxminən 3 saaata yaxın o, Ərtrafda Muradı axtarsa da, tapa bilmədiyindən Murad tərəfindən ona məxsus olan “Nokia” markalı mobil telefonunun oğurlanmasını bildirmişdir. Daha sonra baş verən oğurluq barədə Şirvan şəhər polis şöbəsinə gələrək ərizə vermişdir. Ona məxsus “Nokia” markalı mobil telefonunun oğurlanması ilə əlaqədar ona 50 manat maddi ziyan dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ilə barışmış, dəymiş ziyan ona ödənilmişdir. Bu barədə məhkəməyə ərizə təqdim edib iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs şikayəti əsasında xx.xx.2023-cü il tarixdə ona məxsus olan mobil telefonunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını bildirmiş, lakin Şəxs əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdıqlarını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışdıqlarını, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Bununla belə, vurulmuş ziyanı tamamilə ödədiyinə və zərərçəkmiş şəxslə barışdığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1 və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxlə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1 və 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-906/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-906/2023
21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver