Məhkəmə qərarları › İş №3(032)-910/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-910/2023

25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-910/2023 25.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN 19834590 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs polis şöbəsinin giriş qapısında ictimai qaydanı, həmçinin polis şöbəsinin növbətçi hissəsində iş rejimini pozmuş və nalayiq söyüşlər söyərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, o döyülməsi ilə bağlı olaraq polis şöbəsinə müraciət etmiş, polis şöbəsi tərəfindən onun müraciəti qeydə alınmış və araşdırılması üçün Şirvan şəhər X6 bölməsinə göndərilmişdir. Hadisə günü ona X6çısı tərəfindən zəng edilərək o, polis şöbəsinə dəvət edilmişdir. O, polis şöbəsinə gəlmiş və şöbənin giriş qapısında xidmətdə olan polis nəfərinə Nahidin yanına getdiyini bildirərək şöbəyə daxil olmaq istəmişdir. Bu zaman polis əməkdaşı ona gözləməli olacağını və Nahidə xəbər verdikdən sonra polis şöbəsinə keçə biləcəyini bildirmişdir. Lakin o, baxçadan qardaşı uşağını götürəcəyini, vaxtının az olduğunu bildirərək təcili olaraq keçməli olduğunu polis əməkdaşına demişdir və bu zaman aralarında mübahisə yaranmışdır. O, ucadan danışsa da hər hansı bir nalayiq ifadə işlətməmişdir. Hazırda əməlindən peşmandır və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsinin xahiş edir. Şirvan şəhər Polis şöbəsinin PPXB-nin polis nəfəri X5 məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində şəhərin F.İsmayılov küçəsində yerşələn Şirvan ŞPŞ-nin 1 nömrəli qapı postunda inzibati binanın təhlükəsizliyini təmin edərkən, oraya bir nəfər şəxs yaxınlaşmış və polis şöbəsində tədqiqatçı Nahidin yanına gedəcəyini bildirərək, inzibati binaya keçmək istəmişdir. Tərəfindən ona inzibati binaya keçmək üçün ilkin olaraq tədqiqatçı ilə əlaqə saxlanılıb məruzə edildikdən sonra keçməyin mümkün olduğu və bu səbəbdəndə 5 dəqiqə gözləməli olacağı bildirdi. Lakin barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs gözləyə bilməyəcini və keçməli olduğunu bildirərək aqressivlik nümayiş etdirməyə başlamışdır. Həmin şəxs polisin nüfüzunu alçaldacaq nalayiq ifadələr istifadə etdiyinə görə onu nizam intizama dəvət etsə də o, qanuni tələblərinə qəsdən məhəl qoymaraq, 1 nömrəli postun xidmətini 30 dəqiqə yubatmış, xidməti fəaliyyətinə maneçilik törətmişdir. Bu müddət ərzində həmin şəxs ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı və ictimai asayişi kobud şəkildə pozmuşdur. Bu səbəbdən həmin şəxsi PŞ-nin Növbətçi Hissəsinə dəvət etdikdə o, qərəzli şəkildə onun qanuni tələblərinə məhəl qoymayaraq gəlməkdən imtina etdi. Onlar çətinliklə həmin şəxsi sakitləşdirərək NH-yə gətirmişdirlər. Bundan sonra həmin şəxs onun və polislərin ünvanına nalayiq ifadələr işlədərək, inzibati binanın daxilində olan vətəndaşların gözü önündə polisin nüfüzunu alçaldaraq, polisin qanuni tələblərinə qəsdən tabe olmadı. Növbətçi hissədə müəyyən olundu ki, həmin şəxs Şirvan şəhər sakini X1r Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri X9 məhkəmə iclasında X5 ilə eyni məzmunlu izahat verdi. Şirvan şəhər polis şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi, polis kapitanı X7 məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 17.30 radələrində Şirvan şəhər polis şöbəsinin 1 nömrəli postunda xidmət aparan PPXB-nin polis nəfərləri Həsənli Arslan və Qasımov Samir tərəfindən Şəxs ictimai asayışı kobud surətdə pozduğuna və həmçinin polisin qanunu tələbinə tabe olmadığından Şirvan ŞPŞ-nin növbətçi hissəsinə gətirilmiş, Şəxs hərəkətlərini davam etdirərək NH-nin iş fəaliyyətini kobud şəkildə pozmuş, nalayıq ifadələr işlədərək polisin ünvanına söyüşlər söymüşdur və ucadan danışaraq onların xidməti fəaliyətlərinə maneçilik törətmişdir. Şirvan şəhər polis şöbəsinin növbətçi hissəsinin, növbətçi köməkçisi polis baş serjantı X10 məhkəmə iclasında X5 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şirvan şəhər polis şöbəsinin giriş qapısında ictimai qaydanı, həmçinin polis şöbəsinin növbətçi hissəsində iş rejimini pozmuş və nalayiq söyüşlər söyərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:45-də inzibati qaydada tutulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3949/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirili bilinərək barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2023-cü il il tarixdə saat 17:30 radələrində şəhərin Şirvan şəhər polis şöbəsinin giriş qapısında ictimai qaydanı, həmçinin polis şöbəsinin növbətçi hissəsində iş rejimini pozmuş polisin qanuni tələblərinə qəsdən tabe olmamış və nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmaqla xuliqanlıq etmişdir. Bununla da, Qurbanov X2 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Bundan başqa xəta törədən şəxsin iş üzrə məsuliyyəti yüngülləşdirən halların olmaması və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Qurbanov X2 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2023-cü il tarixdə saat 17:45-də inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən saat 17:45-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2023-cü il tarixdən saat 17:45-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar