Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-911/2025 18.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İnzibati qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli 3-13-16/1-143642 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli 3-13-16/1-143642 nömrəli qərarın ləğv edilməsi və ona əsassız yazılmış 100 manat inzibati cərimə silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində X2 idarə etdiyi 2006-cı il buraxılışlı, X5 minik markalı, **-NQ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə cərimə tətbiq edilmişdir. Belə ki, qeyd edilən nəqliyyat vasitəsinin mülkiyyətçisidir. xx.xx.2025-ci il tarixdə qeyd edilən nəqliyyat vasitəsi ilə Salyan rayonu X.R.Ulutürk küçəsinin M.Dadaşov küçəsi ilə kəsişməsində olan işıqforda sola dönmə işıqlarını yandırmaqla, qarşı tərəfədən gələn nəqliyyat vasitələrinin hərəkətlərini gözləməklə hərəkətini davam etdirmişdir. İşıqforun yaşıl işığında sola dönmək zərurəti yarandığından yolayrıcına daxil olmaqla əks tərəfdə hərəkət edən nəqliyyat vasitələrini gözləmişdir. Sonuncu YPX-nin nəqliyyat vasitəsi hərəkət edirdi. Salyan rayonunda quraşdırılmış təhlükəsiz şəhər kameraları vasitəsi ilə çəkilmiş foto şəkil YPX əməkdaşı tərəfindən İXM-nin 327.2-ci maddəsinin tələblərinin pozulmasını əsas gətirilməklə barəsində 100 manat inzibati cərimə tətbiq edilmişdir. Elektron qərardan narazı qaldığı üçün Şirvan şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şirvan şəhər Məhkəməsinin 3(032)-672/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə X1 şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 17 iyun 2025-ci il tarixli, EQ 28647487 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılması qərara alınmışdır. Qeyd edilən qərar icra edilməsi üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə göndərilmiş, lakin Baş Dövlət Yol Polis İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Pərvin Səfərəliyev tərəfindən xx.xx.2025-ci il tarixli, 3-13-16/1-143642 nömrəli qərar qəbul edilməklə barəsində 100 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. Qeyd edilən qərarı xx.xx.2025-ci il tarixdə şəxsən almışdır. Hesab edir ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Pərvin Səfərəliyev tərəfindən xx.xx.2025-ci il tarixli, 3-13- 16/1-143642 nömrəli qərar əsassız qəbul edilmişdir. Belə ki, şikayəti əsasında Şirvan şəhər Məhkəməsi ədalətli araşdırma aparmaqla elektron qərarı ləğv etmişdir. Buna baxmayaraq Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsi heç bir araşdırma aparmadan, Şirvan şəhər Məhkəməsinin qərarını “ləğv” etməklə ona əsassız təyin edilmiş cəriməni təkrar tətbiq etmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında tərtib edilmiş xx.xx.2025-ci il tarixli 3-13-16/1-143642 nömrəli qərar əsassız olmaqla qəbul edilmişdir. Qərardan şikayət verən şəxs X2 məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilən Azərbaycan Respublikası DİN-nin DYPB-yə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, Azərbaycan Respublikası DİN-nin DYPB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası DİN-nin DYPB-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət verən şəxsin izahatı dinləyib, şikayəti və inzibati işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, inzibati qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Belə ki, iş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 3(032)-672/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X1 şikayəti qismən təmin edilərək, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 17 iyun 2025-ci il tarixli, EQ 28647487 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılması qərara alınmışdır. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş 3-13-16/1-143642 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibti xətanın törədilməsinə görə vətəndaş X2 barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələblərinin pozulması ilə bağlı barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. Həmin qərardan narazı qalan Mətləb Yusifov şikayət vermiş və Şirvan şəhər Məhkəməsinin 3(032)-672/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilərək, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 17 iyun 2025-ci il tarixli, EQ 28647487 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi və işin yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş 3-13-16/1-143642 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə inzibati tənbeh vermə haqqında qərarda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərinin pozuntusunun baş verməsi əsaslandırılmamış, qərar qəbul edən orqan tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki, barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X3 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 təqsirliliyi sübuta yetirilmədiyindən X2 tərəfindən verilmiş şikayət təmin olunmalı, DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli 3-13- 16/1-143642 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122, 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin rəis vəzifəsinin müvəqqəti icra edən Pərvin Səfərəliyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 3-13-16/1-143642 nömrəli qərar ləğv edilsin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X1 barəsində yerləşdirilmiş 100 manat inzibati cərimə məbləği silinsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şirvan şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-911/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-911/2025
18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver