Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-921/2023 28.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şirvan şəhər İşıqları İdarəsində mühəndis, elektrotexnika vəzifəsində işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şirvan şəhər Polis şöbəsinin inzibati ərazisində polis əməkdaşlarına qarşı əl-qol ataraq qanuni tələblərinə məhəl qoymamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilməyərək bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, saat 18:30 radələrində idarə etdiyi “Ford Transit” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə etdiyi üçün DYPB-nin əməkdaşları tərəfindən saxlanılmış və avtomobil duracağa yerləşdirilmişdir. Şirvan şəhər Polis şöbəsinin inzibati ərazisində polis əməkdaşlarına hədə-qorxu gəlməmiş, söyüş söymüməmiş, onların qanuni göstərişlərinə tabe olaraq avtomobilini cərimə meydançasına yerləşdirmişdir. Məhkəmədən barəsində ədalət qərar qəbul edilməsini xahiş etdi. Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X2 məhkəmə iclasında izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 18:30 radələrində şəhərin H.Əliyev prospektində BMW markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti patrul avtomobili ilə Şirvan şəhər polis şöbəsinin DYPB-nin YPX-i inspektoru polis baş serjantı Sədi Süleymanlı ilə birlikdə xidmətdə olan zaman “Ford Transit” markalı, **- FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə dönmə əməliyyat yerinə yetirərkən, dönmə işığından istifadə etmədiyi üçün tərəflərindən saxla işarəsi verilmiş, sürücü Şəxs törətdiyi inzibati xəta pozuntusu haqqında məlumat verilərkən sürücünün qeyd olunan avtomobili etibarnaməsiz idarə etdiyi aşkar edildi. Bundan sonra həmin avtomobili hərəkətdən kənarlaşdıraraq Şirvan şəhər Polis şöbəsinin müvəqqəti duracağına yerləşdirildi. Polis şöbəsinin ərazisində sürücü Şəxs ucadan səs-küy salmağa başlayaraq ünvanlı söyüşlər söyüb, onlara əl-qol ataraq hədə-qorxu gəlməyə başladılar. Onu sakitləşdirib dəfələrlə nizam-intizama dəvət etsələr də o, öz əməlini davam etdirərək onların qanuni tələbinə məhəl qoymamış və sonra Şəxs polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X1 məhkəmə iclasında X2 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şirvan şəhər Polis şöbəsinin inzibati ərazisində polis əməkdaşlarına qarşı əl-qol ataraq qanuni tələblərinə məhəl qoymadığından, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 18:47-də inzibati qaydada tutulmuşdur. Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantları X2 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində şəhərin H.Əliyev prospektində BMW markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti patrul avtomobili ilə Şirvan şəhər polis şöbəsinin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı Sədi Süleymanlı ilə birlikdə xidmətdə olan zaman “Ford Transit” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə dönmə əməliyyat yerinə yetirərkən, dönmə işığından istifadə etmədiyi üçün tərəflərindən saxla işarəsi verilmiş, sürücü Şəxs törətdiyi inzibati xəta pozuntusu haqqında məlumat verilərkən sürücünün qeyd olunan avtomobili etibarnaməsiz idarə etdiyi aşkar edildi. Bundan sonra həmin avtomobili hərəkətdən kənarlaşdırarq Şirvan şəhər Polis şöbəsinin müvəqqəti duracağına yerləşdirildi. Polis şöbəsinin ərazisində sürücü Şəxs ucadan səs-küy salmağa başlayaraq ünvanlı söyüşlər söyüb, onlara əl-qol ataraq hədə-qorxu gəlməyə başladılar. Onu sakitləşdirib dəfələrlə nizam-intizama dəvət etsələr də o, öz əməlini davam etdirərək onun qanuni tələbinə məhəl qoymamış və sonra Şəxs polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Raport əsasında qanuni tədbir görülməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Məhkəmə iclasında CD diskin nümayişi zamanı Şəxs tərəfindən Polis şöbəsinin ərazisində ucadan səs-küy salmağa başlayaraq, ünvanlı söyüşlər söyərək, polis əməkdaşlarına qarşı əl-qol ataraq hədə-qorxu gəlməsini təsdiq edən hallar öz əksini tapmamışdır. Belə ki, CD diskidə baxış zamanı aydın görünür ki, DYP-nin YPX-nin polis əməkdaşı tərəfindən Şəxs “Ford Transit” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə etdiyi aşkar edilmiş və avtomobili polis şöbəsinin cərimə meydançasına yerləşdirilməli olduğu sonuncuya bildirilmiş və Şəxs könüllü şəkildə polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəldiyi müəyyən edilmişdir. Polisin cərimə meydançasında protokol tərtib edilərək, Şəxs imza etdirilmişdir. Yəni video diskə baxış zamanı hər hansı bir qanun pozuntusu, hazırkı hala münasibətdə isə polisin qanuni tələblərinə tabe olmama halı aşkar edilməmişdir. Şərh olunan əsaslara məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-921/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-921/2023
28.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver