Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-922/2023 10.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, məhkəmə iclas katibi Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Qərarı vermiş şəxs Şirvan şəhər prokurorunun köməkçisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, ali təhsilli, Dövlət Miqrasiya Xidmətinin X4 İdarəsinin vətəndaşların qəbulu və müraciətləri baxılması şöbəsinin maliyyə üzrə inspektoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə Şirvan şəhər prokuroru Kamal Talıbov tərəfindən verilmiş qərara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şirvan şəhər prokuroru Kamal Talıbov Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması və baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilməsinə dair qərar qəbul etmişdir. Qərara görə, Şirvan şəhər sakini Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə “Şirvan şəhər Mərkəzi Xəstəxanası” PHŞ-yə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması ilə bağlı müraciət etmişdir. Həmin məlumat əsasında Şirvan ŞPŞ-nin TB-də müvafiq qaydada qeydə alınaraq araşdırma aparılmasına başlanmışdır. Həmin məlumat əsasında Şirvan ŞPŞ-nin TB-nin əməkdaşı tərəfindən hadisə yerinə baxış keçirilmiş, fotoşəkillər çəkilməklə tərtib olunmuş protokola əlavə olunmuşdur. Yol nəqliyyat hadisəsini törədən şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşı olduğuna görə Şirvan ŞPŞ-nin TB-də toplanmış material araşdırma aparılması üçün aidiyyəti üzrə Şirvan şəhər Prokurorluğuna göndərilmişdir. Araşdırma materialına əlavə edilmiş alkotester nəticəsində Şəxs xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə zamanı sərxoş olmadığı 0.000 promil göstərici ilə öz təsdiqini tapır. Araşdırma materialına əlavə edilmiş xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs qarşı heç bir iddiası, şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Ona dəymiş ziyan Şəxs tərəfindən tam ödənilmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2023cü il tarixli, 355 nömrəli rəyində göstərilmişdir ki, X3 bədən səthində aşkar olunan xəsarətlərsağ mil biləyin üst hissəsində piqmentasiya sahəsi, sağ mil-bilək oynağında əzələ-bağ aparatının gərilməsi-küt əşya təsirindən törənmiş qançırdan sonra qalan izdir, müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs öz adına olan “Mitsubishi Pajero” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2023-cü il tarixdə, təxminən saat 23 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində Hacıqabul rayon istiqaməti üzrə hərəkətdə olarkən həmin prospektə bitişik ara küçəyə keçid edən zaman ehtiyyatsızlıqdan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1 bəndinin 3-cü hissəsinin və 42-ci maddəsinin İ və İV bəndlərinin tələblərini pozub yolun üzərində piyada şəklində dayanan Zərərçəkmiş şəxs görməyib sağ tərəfdən vurmuş, sonuncuya sağ mil biləyin üst hissəsində piqmentasiya sahəsi, sağ milbilək oynağında əzələ-bağ aparatının gərilməsi kimi dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Şəxs xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri Həliyev prospektində yol-nəqliyyat hadisəsi törətməsi ilə əlaqədar toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən xx.xx.2023cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında qərarı vermiş şəxs Şirvan şəhər prokurorunun köməkçisi X2 qərarı müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs qərarda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 23 radələrində öz adına olan “Mitsubishi Pajero” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şirvan şəhəri H.Əliyev prospektində hərəkətdə olmuşdur. Hacıqabul rayon istiqamətində hərəkətdə olarkən “Şirvan market” adlı obyektə yaxınlaşmaq qərarına gəlmişdir. Həmin zaman marketin qarşısında dönən yol ayrıcına daxil olmuşdur. Həmin yol "xxxx" ASC-nin sol tərəfində yerləşir. Avtomobili təxminən saatda 20-30 km surətlə idarə etmiş, həmin zaman yola dönmüş, təxminən 5-6 metr irəlilədikdən sonra anidən yolda iki nəfər şəxsin durduğunu görmüşdür. Dərhal əyləcdən istifadə edib avtomobili saxlamaq istəmiş, lakin məsafə az olduğundan avtomobili saxlaya bilməmiş və nəticədə avtomobilinin ön sağ hissəsi adamın qoluna dəymişdir. Avtomobili dərhal saxlamış və həmin şəxsə yaxınlaşmışdır. Həmin şəxsə yaxınlaşan zaman qohumu Zərərçəkmiş şəxs olduğunu görmüşdür. X7 şəhər Mərkəzi Xəstxanasına aparmaq istəmiş, lakin sonuncu istəməmişdir. Orxanın yanındakı dostu da onun xəstəxanaya getməsini istəmişdir. Təkidlə Orxanı xəstəxanaya aparmış və orada Orxana ilkin tibbi yardım göstərilmişdir. Orxanın əlində o qədər də ciddi xəsarət olmamışdır. Sadəcə xəfif şəkildə əzilmişdir. Daha sonra Şirvan ŞPŞ-nin əməkdaşları onlara yaxınlaşmış və müvafiq hərəkətləri icra etmişdir. Onlar hadisə yerinə getmiş və orada şəkillər çəkmişdir. Hadisə nəticəsində onun avtomobilinin sağ ön işıq cihazının şüşəsi sınmışdır. Qeyd etmək istəmişdir ki, baş vermiş hadisədə təqsir onundur. Avtomobil ilə Şirvan dayanacağı adlanan küçəyə dönərkən manevr qaydalarını pozmuşdur. Yolda hərəkət edərkən daha diqqətli olmalı idi. Yolda dayanan şəxsləri görməli idi, lakin görə bilməmişdir. Avtomobilinin işıq cihazları tam şəkildə işlək olmuşdur. Onu da bildirmək istəmişdir ki, araşdırma zamanı yolnəqliyyat hadisələri üzrə ekspertiza keçirilməsini istəməmişdir. Səmimi şəkildə izahat verib baş vermiş hadisə üzrə təqsirini könüllü olaraq boynuna alır. Ekspertizanın keçirilməsinə ehtiyac yoxdur. Zərərçəkmiş şəxs ondan heç bir şikayət və ya tələbinin olmaması, Orxanın bütün müalicə xərclərini ödəmiş olması, əməlindən səmimi peşman olmasını nəzərə alaraq məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə, 23 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində “Şirvan dayancağı” adlanan yerin yaxınlığında, "xxxx" ASC-nin Şirvan şəhər filialının yan tərəfində yerləşən küçənin kənarında dostu Kamal da onunla birlikdə olmuşdur. Onlar həmin zaman söhbət etmiş, təxminən 5 dəqiqə sonra evə getməyi planlaşdırmışlar. Həmin anda anidən “Mitsubishi Pajero” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobil onların dayandıqları küçəyə daxil olmuşdur. Həmin avtomobil küçəyə daxil olan zaman onların orada dayandıqlarını görməmişdir. Avtomobilin təxmini surəti saatda 20-30 km surətdə hərəkət etmişdir. Avtomobilin sürücüsü onları görmədiyi üçün avtomobil üzərlərinə gəlmiş və sağ əli avtomobilin sağ ön işıq cihazına dəymişdir. Həmin zaman əlində azacıq ağrı hiss etmişdir. Əlində əzələ ağrısı olmuşdur. Avtomobilin sürücüsü Şəxs dərhal avtomobildən düşüb ona yaxınlaşmışdır. İmamverdi onunla üzrxahlıq edərək xəstəxanaya aparmaq istəmişdir. Ancaq onun əlində ağrı olsa da, hər hansı ciddi xəsarət olmamışdır. Şəxs onunla qohumdur, avtomobildən düşdükdən sonra İmamverdini tanımışdır. Daha sonra dostu və İmamverdinin təkidi ilə “Şirvan şəhər Mərkəzi Xəstəxanası” PHŞ-yə getmişlər. Orada ilkin tibbi müayinə olunmuş və öz yaşadığı ünvana getmişdir. Şirvan ŞPŞ-nin TB-nin əməkdaşı izahatlarını almış və prosessual hərəkətləri icra etmişdir. Şəxs onun qohumudur. İmamverdidən heç bir şikayət və ya tələbi yoxdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarının izahatlarını dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, İş materiallarında olan AD seriyalı, 356857 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, “Mitsubishi Pajero” markalı, **- RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs məxsusdur. İş materiallarında olan 03 iyul 2023-cü il tarixli, 64 nömrəli “Sərxoşuluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, yol nəqliyyat hadisəsi zamanı Şəxs ayıq olmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, onun Şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. İş materiallarında olan məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 55 nömrəli rəyində göstərilmişdir ki, X3 bədən səthində aşkar olunan Xəsarətlər-sağ, mil biləyin üst hissəsində piqmentasiya sahəsi, sağ mil-bilək oynağında Əzələ-bağ aparatının gərilməsiküt əşya təsirindən törənmiş qançırdan sonra qalan izdir, müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan Şirvan şəhər prokurorluğunun müstəntiqi Sabir Hüseynlinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 avqust 2023-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə Şəxs barəsində cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılması və toplanmış materiallar baxılması üçün adidiyyəti üzrə Şirvan şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona dəymiş olan zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını, zərərçəkmiş şəxsin inzibati xəta törətmiş şəxsə qarşı tələbinin olmaması onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-922/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-922/2023
10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver