Məhkəmə qərarları › İş №3(032)-923/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-923/2024

24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-923/2024 24.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X5 iştirakı ilə , xx.xx.1994-cü ildə Salyan rayonu Şorsulu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Cəbrayıl rayonu, Xələfli kəndində qeydiyyatda qeydiyyatda olan , ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-54/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 25 avqust 2023-cü ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdeh Şəxs qazancından Cəbrayıl Rayon Məhkəməsinin 16(072)-001/2024 saylı, 19 yanvar 2024-cü tarixli qərardadı nəzərə alınmaqla, 14 noyabr 2023-cü il tarixdən etibarən 200 (iki yüz) AZN sabit pul məbləğində aliment tutularaq, iddiaçı X1 qızına verilməsi nəzərdə tutulsa da, borclu icra vərəqəsində göstərilən tələbləri icra etməmiş və icra sənədinin icrası ilə bağlı Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən 24 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta hadisəsinin olması 24 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin izahatı, zərərçəkmiş şəxsin məhkəməyə ünvanladığı teleqram, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xəstəliyi ilə əlaqədar işləmədiyindən və maddi imkanı olmadığından aliment borcunu ödəyə bilmir. Onun öz xərclərini valideynləri, qardaşı qarşılayır, onun uşağa pul ödəməyə imkanı yoxdur. Hazırda borcdan ödəniş edə bilmir, ödəniş üçün vaxt verilsə belə ödəyə bilməyəcəkdir, onun ümumiyyətlə aliment ödəmək fikri yoxdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X9 izahat verərək bildirdi ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-54/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 25 avqust 2023-cü ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdeh Şəxs qazancından Cəbrayıl Rayon Məhkəməsinin 16(072)-001/2024 saylı, 19 yanvar 2024-cü tarixli qərardadı nəzərə alınmaqla, 14 noyabr 2023-cü il tarixdən etibarən 200 (iki yüz) AZN sabit pul məbləğində aliment tutularaq, iddiaçı X1 qızına verilməsi qət edilmişdir. Borcluya “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra sənədi üzrə tələb icra edilməmişdir. Şəxs bu günə kimi ödənilməyən 1890 (bir min səkkiz yüz doxsan) manat aliment borcu yaranmışdır. Zərərçəkmiş şəxs X4 məhkəməyə xx.xx.2024-cü il tarixli teleqram göndərərək bildirmişdir ki, himayəsində azyaşlı uşağı olduğu üçün vaxt azlığından və məhkəmə iclasının vaxtı barədə gec məlumat verildiyindən məhkəmə iclasında iştirak edə bilmir. Şəxs 1890 (bir min səkkiz yüz doxsan) manat aliment borcu vardır. Dövlət tərəfindən övladı X7 200 manat aliment təyin olunmuşdur. O, Şəxs borcunu ödəməsini, əks halda həbs olunmasını məhkəmədən xahiş etdi. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, borclu Şəxs hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 qızının xeyrinə ödənilməlidir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsi tərəfindən göndərilmiş tələbin könüllü icrası haqqında xx.xx.2024-ci il tarixli bildirişin surətindən görünür ki, , Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-54/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-54/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə yaranmış aliment borcunun alınıb tələbkar X1 qızına ödənilməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xəbərdar edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şəxs xx.xx.2024-cü il tarixli yazılı izahatından görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 16(072)-001/2024 saylı, 19 yanvar 2024-cü tarixli icra sənədindən Rusiya Federasiyasına istirahət üçün getdiyindən məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə Samur buraxılış məntəqəsində sənəd yoxlanışı zamanı barəsində axtarış elan olduğundan xəbər tutmuş,xx.xx.2024-cü il tarixdə o Şirvan şəhər üzrə icra və probasiya şöbəsinə polis əməkdaşları tərəfindən gətirilmişdir. Tələbka uşaqla onu görüşdürmədiyi üçün aliment ödəmir. xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixli borclunun yaşayış yerinin (iş yeri və ya olduğu yerin) dəyişməsinin və yaxud tələbin yönəldilə biləcəyi əmlakının olmamasının müəyyən edilməsi haqqında aktın surətindən görünür ki, borclu Şəxs məxsus əmlakın axtarışı bir nəticə verməmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli , 126842/10- 20 saylı məktubundan görünür ki, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icraatında olan Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-54/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs yazılı izahat verməkdən , inzibati xəta haqqında protokolu imzalamaqdan əsassız olaraq imtina etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) 118571 saylı,xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Şəxs şəxsiyyətin emosional-davamsız tip pozuntusu, çoxsaylı özünü kəsmələrlə diaqnozu qoyulmuşdur. xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, aliment borcundan 160 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərinin hər birinin surətindən görünür ki, aliment borcundan 50 manat ödəniş edilmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədinin icrasını tam təmin etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xətanın xarakterini (idarəçilik qaydaları əleyhinə olması), inzibati xəta törədən şəxsin əmlak vəziyyətinin qənaətbəxş olmaması, borclunun icra sənədinin icrasından yayındığını və barəsində axtarış elan edildiyini, inzibati xətanın aliment borcunun icrası ilə əlaqədar olduğunu, bu alimentin ödənilməməsində uşağın mənafelərinin pozulduğunu, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbs növündə inzibati tənbehin müddəti İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən müddətə inzibati həbs edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: xx.xx.1994-cü ildə Salyan rayonu Şorsulu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Cəbrayıl rayonu, Xələfli kəndində qeydiyyatda qeydiyyatda olan , ünvan 1 ünvanında yaşayan inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 24 oktyabr 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar