Məhkəmə qərarları › İş №3(032)-924/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-924/2024

24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-924/2024 24.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2, inzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-84/2023 nömrəli və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-1621/2023 nömrəli icra sənədlərinin Şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-84/2023 nömrəli icra sənədinə əsasən borclu Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-1621/2023 nömrəli icra sənədinə əsasən borclu Şəxs 21 qram çəkidə, 585 əyarlı, 3570 manat dəyərində sep, klon, qolbağ, sırğa və üzük dəsti 6 qram çəkidə, 1020 manat dəyərində brilyant nişan üzüyün 5,5 qram çəkidə, 585 əyarlı, 385 manat dəyərində şəbəkə üzüyün 2 qram çəkidə, 585 əyarlı, 140 manat dəyərində alyans 2 qram çəkidə, 585 əyarlı, 140 manat dəyərində sırğa və 788 manat dəyərində üzük olan qızıl-zınət əşyaları və ya onların dəyəri 6043 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Rzayeva (Umudlu) Ceyran İlham qızına verilməlidir. İcra sənədləri müvafiq qaydada icraata daxil olduqdan sonra “icraata başlamaq haqqında” qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə borcluya göndərilmişdir. Borclu tərəfindən tələbin könüllü icrası barədə bildirişin rəsmi qəbul edilməsinə və çoxsaylı xəbərdarlıqlara baxmayaraq Şəxs icra sənədləri üzrə tələbi təmin etməmişdir. X4 barəsində tətbiq edilmiş məcburi icra tədbirlərinə baxmayaraq o, nəticə çıxarmayaraq tələbkarın qanunla qorunan hüquqlarının pozulmasına şərait yaratmışdır. İş üzrə borclu Şəxs yazılı izahatı alınmaqla hüquq və vəzifələri yenidən izah olunmuş və icra sənədləri üzrə olan borclarını ödəməsi tələb edilmişdir. Lakin borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə AR İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu səbəbdən də borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi əsasında protokol tərtib edilməsi zərurəti yaranmışdır. Ona görə də, məhkəmədən borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında bildirdi ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-84/2023 nömrəli icra sənədinə əsasən ondan hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-1621/2023 nömrəli icra sənədinə əsasən ondan 21 qram çəkidə, 585 əyarlı, 3570 manat dəyərində sep, klon, qolbağ, sırğa və üzük dəsti 6 qram çəkidə, 1020 manat dəyərində brilyant nişan üzüyün 5,5 qram çəkidə, 585 əyarlı, 385 manat dəyərində şəbəkə üzüyün 2 qram çəkidə, 585 əyarlı, 140 manat dəyərində alyans 2 qram çəkidə, 585 əyarlı, 140 manat dəyərində sırğa və 788 manat dəyərində üzük olan qızıl-zınət əşyaları və ya onların dəyəri 6043 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Rzayeva (Umudlu) Ceyran İlham qızına verilməlidir. Alimentin ödənilməsindən boyun qaçırtmır, indiki vaxta qədər müəyyən vaxtlarda ödənişləri etmiş, hal-hazırda işsizdir, icra sənədləri üzrə borcunu tam ödəmək üçün maddi imkanı yoxdur. Hər ay alimentlə yanaşı digər icra sənədi üzrə 50 manat olmaqla borcunu ödəyə bilər. Sonda barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədləri üzrə borcun tam olaraq ödənilməsini, əks təqdirdə barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-84/2023 nömrəli icra sənədinə əsasən borclu Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-1621/2023 nömrəli icra sənədinə əsasən borclu Şəxs 21 qram çəkidə, 585 əyarlı, 3570 manat dəyərində sep, klon, qolbağ, sırğa və üzük dəsti 6 qram çəkidə, 1020 manat dəyərində brilyant nişan üzüyün 5,5 qram çəkidə, 585 əyarlı, 385 manat dəyərində şəbəkə üzüyün 2 qram çəkidə, 585 əyarlı, 140 manat dəyərində alyans 2 qram çəkidə, 585 əyarlı, 140 manat dəyərində sırğa və 788 manat dəyərində üzük olan qızıl-zınət əşyaları və ya onların dəyəri 6043 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Rzayeva (Umudlu) Ceyran İlham qızına verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişlərin surətindən görünür ki, borclu icra vərəqələri üzrə tələbin könüllü icrası ilə bağlı məlumatlandırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında protokola və protokola əlavə olunmuş digər sənədlərə məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmişdir. Belə ki, borclu icra sənədini üzrlü səbəbdən icra etmədiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona götə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiya həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmamışdır. Şəxs əməlində iş üzrə inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-84/2023 nömrəli və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-1621/2023 nömrəli icra vərəqələri ilə Şəxs tutulmalı olan pulun borclu tərəfindən ödənilməməsi, icra sənədinin icrasını təmin etməməsi Şəxs məhkəmə qərarı ilə cərimə növündə tənbeh tədbiri tətbiq ediləcəyi halda cərimənin ödəniləcəyi imkanını istisna edir. Ona görə də, məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Məhkəmə iş materiallarını araşdıraraq, inzibati xəta törətmiş Şəxs tələbkara olan borcunu ödəmədiyini, icra sənədinin icrasından yayındığını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 24 oktyabr 2024-cü il tarixdən, saat 17:35-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar