Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-932/2023 10.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə Barəsində iş üzrə icraat aparılan hüquqi şəxs Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsinin nümayəndəsi X1, Şirvan şəhər Polis Şöbəsinin inzibati təcrübə üzrə baş inspektor polis kapitanı X2 iştirakları ilə, AZ 1800, ünvan 1 ünvanında yerləşən Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə, Müəyyən etdi: Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsi mülkiyyətində olan «ZİL 431410» yük markalı ** AD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində 5 gün müddətində məlumatı Şirvan şəhər Polis şöbəsinin X6 Bölməsinə təqdim etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsinin nümayəndəsi X3 izahat verərək bildirdi ki, Şirvan şəhər Polis şöbəsinin 31 iyul 2023-cü il tarixli, 3-13-111/2-20655/23 nömrəli məktubu ilə tələb edilən məlumatı qanunla müəyyən edilmiş müddət ərzində Şirvan şəhər Polis şöbəsinin X6 Bölməsinə verə bilməmişlər. Belə ki, həmin avtomobil çox köhnədir və demək olar ki, istismara yararsızdır. Texniki baxışdan keçirilməsi mümkün deyil. Bu səbəbdən də məlumatı verməmişlər. Sorğunu alan şəxs onların işçisidir. Sorğudan və inzibati məsuliyyət barədə məlumatı olmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsi Şirvan şəhər Polis şöbəsinin X6 Bölməsinin 31 iyul 2023cü il tarixli, 3-13-111/2-20655/23 nömrəli məktubu ilə tələb edilən məlumatın Şirvan şəhər Polis şöbəsinin X6 Bölməyə təqdim edilməsi barədə xəbərdar edilmişdir. Şirvan Kommunal Kombinatı Müəssisəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 2- 18824/23 nömrəli sorğudan görünür ki, Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən istifadədə olan ZİL 431410 yük markalı ** AD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini (xx.xx.2023-cü il, saat 07:34, İXM-nin 339.1-1-ci maddəsi ilə) inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində Şirvan şəhər Polis Şöbəsinin DYPB-yə göndərilməlidir. Əks halda hüquqi şəxs olaraq barənizdə İXM-nin 347-ci maddəsinə əsasən inzibati protokol tərtib edilərək Şirvan şəhər Məhkəməsinə göndəriləcəkdir. Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Şirvan Kommunal Kombinatı Müəssisəsinə ünvanlanmış sorğunu xx.xx.2023-cü il tarixdə Nəbiyeva.M şəxsən imza etməklə almışdır. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki,inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş hüquqi şəxs Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin sanksiyasında hüquqi şəxslər üçün nəzərdə tutulmuş məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, Qərara aldı: Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-932/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-932/2023
10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver