Məhkəmə qərarları › İş №3(032)-933/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-933/2024

29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-933/2024 29.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Şirvan şəhər İcra şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Şirvan şəhərində anadan olmuş, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu İsayev X7 şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(032)-970/2011 saylı icra sənədi ilə üzərinə düşən öhdəlikləri heç bir üzürsüz səbəb göstərmədən icra etməmiş və həmin icra vərəqəsini icra etmək üçün səy belə göstərməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra şöbəsinin icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-970/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs sabit məbləğdə iki uşaq üçün hər ay 76 manat məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə borcluya “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra vərəqəsi icra olunmamışdır. Borclunun əmlakına yerində baxış keçirilmiş lakin borcun əvəzinə götürüləcək heç bir əmlak aşkar edilməmişdir. Borclu tərəfindən tələbin könüllü icrası barədə bildirişin rəsmi qəbul edilməsinə və çoxsaylı xəbərdarlıqlara baxmayaraq Şəxs icra sənədi üzrə tələbi təmin etməmişdir. Yenidən xx.xx.2023-cü il tarixdə Şəxs izahatı alınmış və ondan borcu ödəməsi tələb olunmuşdur. Borclu Şəxs aliment borcunu qərəzli şəkildə ödəmədiyindən yenidən ondan borcun ödənilməsi tələb olunmuş və bununla bağlı ona 10 gün müddət verilmişdır. Lakin həmin vaxt ərzində borclu aliment borcunu ödəməmişdir. İş üzrə borclu Şəxs yazılı izahatı alınmaqla hüquq və vəzifələri yenidən izah olunmuş və icra sənədi üzrə olan borcunu ödəməsi tələb edilmişdir. Lakin borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə AR İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətani törətmişdir. Borclu Şəxs icra Sənədi üzrə 5068 manat borcu mövcuddur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-970/2011 saylı, 22 dekabr 2011-ci il tarixli icra sənədinə əsasən ondan iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 76 manat məbləğində aliment alınaraq X4 ödənilməlidir. Borcu ödəməkdən yayınmamış, işsiz olması səbəbindən borcu ödəyə bilməmişdir. Hazırda borcundan 500 manat ödəmişdir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan şəhər Məhkəməsinin 2(032)-970/2011 saylı, 22 dekabr 2011-ci il tarixli icra icra sənədindən görünür ki, 05 oktyabr 2001-ci il tarixdə anadan olmuş X8 və 04 mart 2005-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs sabit pul məbləğində uşaq üçün 76 manat olmaqla aliment tutularaq X2 ödənilməlidir. icraata başlama haqqında qərarın surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-970/2011 saylı, 22 dekabr 2011-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Şirvan şəhəri üzrə İcra Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, İsayev X7 şəhər Məhkəməsinin 2(032)- 970/2011 saylı, 22 dekabr 2011-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir; Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, o, X1 hesabına ümumilikdə 500 manat ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)- 970/2011 saylı, 22 dekabr 2011-ci il tarixli icra sənədi üzrə Şəxs tərəfindən xx.xx.2024-cü ümumilikdə 500 manat ödəniş edilmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişlərin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar