Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-934/2024 30.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 157-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdim: Şəxs 07 oktyabr 2024-cü il tarixdə, saat 17:50 radələrində aralarında yaranmış münaqişə nəticəsində Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Arəstə və onun 2 azyaşlı bacıları mütəmadi olaraq onların yaşadığı küçədə onun nəvəsi X1 və digər azyaşlı məhlənin uşaqları ilə birlikdə oynayırlar. 01 oktyabr 2024cü il tarixdə təxminən saat 17:30 radələrində onların yaşadığı ünvanın küçəsində uşaqların uca səslə səs-küy saldıqlarını eşitmişdr. Həyətə düşüb orada səs-küy salan uşaqların Arəstə və onun balaca bacıları ilə onun nəvəsi Rəşadın olduğunu görmüşdür. Bu vaxt onlara yaxınlaşıb nəvəsi Rəşadı oradan uzaqlaşdırmaq istəyəndə Arəstə nalayiq ifadələr işlədərək onun və nəvəsinin üzərinə gəlib şərəf və ləyaqiyyətini alçaltmağa başlamışdır. Yaşlı qadın olduğu üçün Arəstənin onu vurmaması üçün onu itələyib məndən uzaqlaşmasını istəmişdir. Arəstənin ailəsini, anası Ayseli və nənəsini gözəl tanıdığı üçün onların mütamadi olaraq qonşular barəsində əsassız şikayətlər etməsini, şər və böhtan atdıqlarını bildiyi üçün oradan uzaqlaşmışdır ki, söz-söhbət uzanıb onun nəvəsinə şər atılmasın. O, Arəstəni vurmamış, heç bir xəsarət yetirməmiş, ondan uzaq durması üçün itələmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs onun qonşusudur. 07.102024-cü il tarixdə təxminən saat 17:50 radələrində az yaşlı bacıları Reyhan və Zəhranın küçədə, kiminləsə mübahisə etdiyini eşitmiş, çölə çıxanda qonşusu Qızbəsin nəvəsinin bacılarını döydüyünü görmüşdür. Onlara yaxınlaşaraq, az yaşlı bacılarısı Qızbəsin nəvəsindən uzaqlaşdırmağa çalışmış, onların sə-küyünə Qizbəs gəlmişdir. Qızbəst onun nəvəsinə əl-qol atdığını bildirərək, onun ağız nahiyyəsinə əli ilə vurdu. Sonra Qızbəstin nəvəsi Məhəmməd onun qarın nahiyyəsinə təpik vurmuş, o da yerə yıxılmışdır. Sonra huşunu itirmişdir. Bir qədər müdətdən sonra onu ailə üzvləri ayıltmışdırlar. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etdiyi əmələ görə bağışlamadığını bildirərək, məhkəmədən sonuncunun barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin ifadələrini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respulikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertizası və Pataloji Anatomiya Birliyi” X4 07 oktyabr 2024-cü il tarixli, 379 saylı ekspert rəyinədə göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət alt dodağın iç səthinin qançırı. Qeyd olunan xəsarət küt əşya təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə kənar şəxs tərəfindən yetirilməsi zamanı əmələ gələ bilər. Müddəti müayinədən 1-2 gün əvvələ uyğundur. Sağlamlığa zərər vurmayan xəsarətə aid olduğu üçün dərəcəsi təyin edilmir. Bundan başqa, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti icra olunması üçün Şirvan şəhər X2 Təhlükəsizlik bölməsinə həvalə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-934/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-934/2024
30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver