Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-937/2023 03.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 157-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2023-cü il tarixdə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Bununla əlaqədar Şəxs barəsində Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X1 tərəfindən 03 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə 2013-cü ildə ailə həyatı qurmuş, bu nikahdan bir övladı olmuş, Zərərçəkmiş şəxs ilə münasibətləri normal olmuş, lakin ara-sıra mübahisələri olmuş, hal-hazırda boşanma ərəfəsindədir. Bakı şəhərində işləyir. İş bitdiyindən xx.xx.2023-cü il tarixdə Şirvan şəhərində yaşadığı evə gəlmiş, həmin günü axşam saat 23 radələrində yaşadığı evin yataq otağında həyat yoldaşı Baxçıxanımla aralarında mübahisə yaranmış, daha sonra o, əsəblərini sakitləşdirmək üçün otaqdan çıxmış, sonradan Baxçıxanım onun barədə şikayət etmiş, polis şöbəsindən ona zəng vurub polis şöbəsinə dəvət olunmuş, o, polis şöbəsinə gəlmişdir. Həmçinin o, izahatında onun anası Təranə və arvadı Baxçıxanımı heç vaxt ölümlə hədələmədiyini, onun belə bir niyyəti olmadığını, Təranə və Baxçıxanımın ona əsəbləşərək bu cür yalan ifadə verdiyini bildirmişdir. O, həyat yoldaşına əl qaldırmamışdır. Aralarında olan mübahisə zamanı həyat yoldaşının sadəcə paltarı cırılmışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, Şəxs ilə 2013-ci ildə ailə həyatı qurmuş, bu nikahdan bir övladı olmuş. Şəxs ilə münasibətləri normal olmamış, dəfələrlə aralarında mübahisələri olmuş, həyat yoldaşı Bakı şəhərində işləmiş, lakin aradabir ailəsini ziyarət etməy. gəlmiş, xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Rəşad Bakıdan gəlmiş, həmin günü axşam saat 23 radələrində Rəşadla yaşadığı evin yataq otağında aralarında mübahisə yaranmış, mübahisə zamanı Rəşad onu söyüb-təhqir eləmiş, onu sözlə hədələyərək öldürəcəyini bildirmiş, mübahisə davam etmiş və mübahisə zamanı Rəşad onun bədəninin müxtəlif nahiyələrinə sillə və yumruq zərbələri endirmiş, daha sonra Rəşad çıxıb getmiş və o, bu barədə DİN-nin “102” xidmətinə zəng edərək məlumat vermişdir. Həmçinin o, izahatında qeyd etmişdir ki, Rəşad həmin gün əsəbləşərək ona və öz anası Təranəyə onları öldürəcəyi barədə bildirsə də hər hansı bir real hərəkət etməmişdir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 13 iyul 2023-cü il tarixli qərardan müəyyən olunur ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti şöbənin müvafiq əməkdaşına həvalə edilmişdir. 13 iyun 2023-cü il tarixli 260 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sağ kürəküstü nahiyədə və sol baldırın yuxarı 1/3-də sıyrıqlar- küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən 11 iyun 2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, iş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alıb Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 16 (on altı) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 03 avqust 2023-cü il tarixdən, saat 11:45-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinə tapşırılsın. Qərardan 10 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-937/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-937/2023
03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver